Amerikalı professor: “Qaradərililərə yönələn şiddətin əsasında sistemli irqçilik durur”...

23.05.2015 01:01     A-reaksiya     1147

 

 

 Baltimorda polis nəzarətində saxlanılan Freddy Grayin ölümü ABŞ polistəşkilatındakı irqçilik problemini bir daha gündəmə gətirib. Stockholm Universitetinin jurnalistika fakültəsində çalışan, amerikalı prof.dr. Chiristian Christensenin fikrincə, qaradərililərə yönələn şiddətin əsasında sistemli irqçilik durur. Michael Brown, Freddy Gray, Tamir Rice, Eric Garner, Akai Gurleyin...(siyahını uzatmaq olar) üzərindən silah aşkarlanmamışdı, ancaq polis tərəfindən öldürüldülər. Fergusonda silahsız Michael Brownun ölümündən dərhal sonra polisin qaradərililərə silah çəkməsi və Brownu öldürən polisin sərbəst buraxılması odun üstünə neft tökdü.Brownailəsinin hüquqi mücadələsi davam etdiyi bir vaxtda, digər tərəfdən Baltimorda üzərində soyuq silah gəzdirdiyi üçün şiddət tətbiq edilərək polis nəzarətinə alınan Freddy Grayin həbsxanada ölümünün ardından ictimai qəzəb pikk həddə çatdı. Grayin nəzarətə alınması mobil telefon vasitəsi ilə görüntülənmişdi. Baltimorda əhalinin ayağa qalxmasının pərdə arxası məqamları nədən ibarət idi? Hər polis cinayətinə qarşı göstərilən sərt reaksiya ilə ABŞ dakı irqçilik problemi həllini tapa bilərmi?Bu hadisələri yaxından izləyən və 1991-ci ildə Los Angelesdə Rodney Kingin döyülməsinə reaksiya olaraq edilən etirazın da şahidi olmuş amerikalı prof.dr.Christensen, o zaman da baş verən küçə iğtişaşlarının nəticəsiz qaldığını ve bütün baş verənlərin ABŞ da dərin kökləri olan irqçiliyə söykəndiyini bildirib. Biz isə ABŞ dan minlərcə kilometr uzaqlıqdayıq və Baltimorda, Fergusonda əslində nə baş verdiyini anlamaq istəyirik. Belə bir sual da ortaya çıxa bilər ki, sözü gedən hadisələrbiz-ABŞ xaricindəkiləri niyə maraqlandırmalıdır və nəyi anlamalıyıq? ABŞ-dan xaricindəkilərin başa düşməsi vacib olan bir şey son bir neçə ayda görüb- eşitdiyimiz Amerika polis təşkilatındakı on illərdən bəri olan və bu gün də davam edən irqçilikdir.  Baltimordakı üsyan, Fergusondakı vətəndaşların reaksiyası bir və ya iki ölümə qarşı deyil, on illərdir mövcud olan polis zülmü və şiddətinə qarşıdır. Bu zülümə təkcəinsanları güllələməkdeyil, təcavüz etmək və qeyri-qanuni həbslər də daxildir. Əgər ABŞ-dakı həbslərə baxsaq, məsələn ölüm cəzasını misal gətirək, bir ağ dərilini öldürən qara dərilinin edam edilmə ehtimalı, bir zəncini öldürən ağdan iki qat daha yüksəkdir. Bu durum 15 il əvvəldən günümüzə qədər dəyişməyib. Yəni qanun afro-amerikalılara qarşı önyarqılıdır. Anlamağımız gərəkən məqam, irqçiliyin ABŞ- da nə qədər böyük bir problem olduğudur. Baltimorda bələdiyyə sədri zənci, polis rəisi zənci, baş hakim zənci və hətta ABŞ prezidenti də qara dərilidirsə, o zaman irqçilik və sosial baxımdan yaşanan olaylar nədən qaynaqlanır? Obama prezident seçildiyi zaman ABŞ-da çoxları “ artıq irqçi bir ölkə deyilik, qaradərili prezident seçdik” dedilər, amma ölkədə mövcud olan struktur irqçilik bunun əksini göstərir. Bələdiyyə sədri, polis rəisi, baş hakim zənci ola bilər, ancaq polisin kimi hədəf alib, kimə şiddət göstərəcəyi kimin bələdiyyə sədri olması ilə əlaqədar deyil. Bunu təyin edən bu ölkədə illərdən bəri polisin öz üzərinə düşən vəzifəni necə yerinə yetirməsidir. Doğrudur, ABŞ-da 30-40 il əvvəl dövlət idarəsində qara dərililərin olması qeyri-mümkün idi. Bu gün Baltimordakı  polislərin bir qismi də afro-amerikalıdır və insanlar afro-amerikalıların da irqi ayrı-seçkilik edə biləcəyini təsəvvürlərinə gətirə bilmirlər. Obama da bir qaradərilidir və o prezident seçiləndən sonra da bele durumlar, qarşıdurmalar  ABŞ-da yaşanır. Nə səbəbdən, qaradərili bir prezident var ikən afro-amerikalılara bu dərəcədə şiddət göstərilə bilir. Çünki bu on illərdir var olan sistemdir və kimin prezident olması bunu dəyişməz. Baltimoru daha yaxından bilən jurnalist və yazar David Simon bir müsahibəsində narkotik maddələrə qarşı mübarizənin polis və qaradərililər arasındakı güvəni zəiflətdiyini bildirib. Chiristian Christense görə isə David Simonun vurğuladığı məsələ Amerikan hökümətinin və hakimlərinin milli azlıqları hədəfə almasının ən qabarıq göstəricilərindən biridir. Tarixə baxsaq, 1980-cı illərdə ABŞ-da ən böyük narkotik problemlərindən biri kokain idi. İki növ kokain var. “Crack “ kokain və toz kokain. Kristal şəkilində satılan Crack kokain son dərəcə ucuz olduğu üçün yoxsullar, ələlxüsus da afro-amerikalılar tərəfindən istifadə olunur. Toz şəkilində olan kokain isə daha bahalı və varlıların istifadə etdiyi narkotikdir. Crack kokainin istifadəsinə görə olan cəza, toz kokaindən 100 dəfə ağır idi. Əlbəttə düşünüldüyündə ikisi də uyuşdurucu maddədir. Toz kokaindən Wall Street bankirləri, crack kokaindən isə yoxsul milli azlıqlar istifadə edirdi. Demək ki, amerikalı hakimlərin gözündə kokainin istifadəsinə görə cəzanı, ondan kimin və ya kimlərin istifadə etməsi müəyyənləşdirirmiş. Yəni narkotikə deyil, narkotikdən kimin istifadə etməsinə qarşı bir mübarizə idi. Həmçinin polisə verilən “durdur və axtar” əmrinin icrası zamanı afro-amerikalılara qarşı ayrı-seçkilik edilib. Məsul şəxslər bunun qanundan kənar vəziyyətlərin qarşısını almaq üçün işə yaradığını bildirib. Prof.dr Chiristianın bu məsələ ilə bağlı fikirləri isə belədir. “Əlbəttə, Amerikada polis çox böyük gücə sahibdir. Polis insanları yerindəcə güllələyə bilər. Hətta  polis məmuru, ona toxunan adamı güllələmə icazəsinə malikdir. Durdurma- axtarış qaydalarının cinayət faizini azaltmaqla nə kimi bağlılığı olduğunu bilmirəm, amma Baltimore və New-York kimi şəhərlərdə polislə cəmiyyətin münasibətində irqi ayrı-seçkiliyin olduğunu açıq aşkar görürük. Kimin potensiyal cinayətkar ola biləcəyini irqlərə görə müəyyən etmək nə dərəcədə doğru ola bilər axı. Həm də milli azlıqların fasiləsiz olaraq saxladılıb axtarılması polislə aralarında münaqişəyə səbəb olur. İnsanların hansı kriteriyalara görə saxlanıldığını polis mütləq açıqlamalıdır. Amerikada keçən il 458 nəfər polis tərəfindən güllələnərək öldürülüb. Statistikaya görə ikinci yerdə qərarlaşan Almaniyada isə bu rəqəm 8-dir. Bu da Amerikan polisinin vətəndaşları güllələməyə nəqədər həvəsli olduğunun göstəricisidir. Avropada, məsələn İsveçdə polisin silaha əl atması üçün mütləq həyati təhlükə olmalıdır. Amerikada isə bir sürücü qaçarkən belə vurula bilər. Məsələn Fergusonda tam olaraq nə baş verdiyini bilməsəkdə, amma Michael Brownun silahsız olduğunu bilirik. Ancaq nə zaman bu kimi hadisələr baş versə, “ özümü təhdid altında hiss etdim” müdafiəsi ilə polis silaha əl atır və məhkəmə də bu müdfiəni məqbul sayır. Əksini isbat etmək demək olar ki mümkün deyil. Çünki, Brown öldürülmüşdü. İrqçi bir sistemdə qaradərililərin vurulması adi hala çevrilə bilir. Amerikalı alim Christian Chiristense Common Dreams-dəkı yazısına açıqlama gətirərək deyib. Amerikada dərin köklərə malik irqçiliyin olmasını  medyanın Baltimore və Fergusondakı hadisələri işıqlandırma tərzindən də görmək olar. Məsələn Fergusondakı olayda diqqətimizi yenicə vurulan adam, polis və etirazlara yönəldərkən, xəbər birdən ortadan qaldırılır. Baltimordakı problem isə bir nəfərlə bağlı deyil. İctimai fəalların da medya ilə davası elə budur. Jurnalistlər qarşıdurmalar zamanı sındırılan şüşələrdən, yanğınlardan kameranı çevirib bölgədəki işsizliyi, irqçiliyi göstərmir. Medya, insanların niyə ayağa qaxdığını anlamaq üçün məktəblərdəki aşağı səviyyəli təhsil, silah problemi, uşaqların yetərincə qidalanmaması ilə bağlı araşdırmalar edib xəbər verməlidir. Bunlar təbii medya üçün maraqlı və cəlbedici mövzular deyil. Medya üsyan, qarşıdurma və silah göstərməyi sevir və bunları xəbər kimi təqdim etmək də asandır. Biri digərini güllələyir və hadisənin bir yaxşı, bir də pis qəhrəmanı göstərilir. Ancaq təbii ki, həyat daha qarışıqdır.  Məsələn hələ 1991-ci ildə Rodney Kingi döyən polislər sərbəst buraxıldıqdan sonra insanlar ayağa qalxdı. Sonra olaylar bitdi, ardı heç kəsi maraqlandırmadı. Ama bütün şəhər nəyə görə bir nəfər sərbəst buraxıldı deyə ayağa qalxsın ? Əslində Kingin öldürülməsi ilə insanların səbr kasası doldu. Ancaq medya irqçiliklə mübarizəni həyatın kiçik bir detalı olaraq görməyi üstün tutur. İrqçilik əslində insanların polis tərəfindən öldürülməsi ilə bitmir. Qaradərililər iş tapa bilmir, onlara kirayə verilmir, həbs olunmaq ehtimalları daha yüksəkdir və yoxsulluq qaçılmazdır. Bəs qaradərili olmaq mütləq yoxsul olmaqdırmı? Statistik göstəricilər qaradərililərin nisbət etibarı ilə daha çox kasıb olduğunu göstərir. Insanlar deyir ki. işləyib daha yaxşı həyat qurmaq olar, ama əslində tam olaraq belə deyil. Çünki bu zəncirvari bir prosesdir. Yoxsulluq içində yaşayırsınızsa, təhsil səviyyəsi aşağı olan məktəblərə gedib pis təhsil alar və iş tapa bilməzsiniz. Əlbəttə ki, Amerikadakı yoxsul xalqın hamısı qaradərili deyil. Məsələn Katrina fəlakəti zamanı əhalisinin əksəriyyəti ağdərililər olan New-Orleanın nə qədər yoxsul bir bölgə olduğu üzə çıxdı. Bir Afrika ölkəsindən seçilmirdi. Nəticə etibarı ilə bəli, irqlə yoxsulluq arasında bir əlaqə var. Ancaq orta sinif qaradərililər də yox deyil. Amerikanın indiki vəziyyətindən görünən isə budur. Ağdərilisənsə, daha az problem yaşayırsan.

Şərhlər

Çox oxunanlar