Rusiyalı ekspert: “Aİ qarışmasa “Türk axını”nda problem də çıxmaz”...
24.06.2015 18:37 A-reaksiya 2792
“Türk axını”nın gerçək bir layihə olub olmadığı yönündəki müzakirələri dəyərləndirən ekspert Anna Bodrova Rusiya və Türkiyə layihənin problemsiz həyata keçirməməsi üçün əllərindən gələni edir. Avropa da mane olmasa layihənin reallaşacağına inanıram'' - deyib.
“Qazprom” “Türk axını”nda təbiri – caizsə dibə vurur. Çünki Rus şirkətindən əvvəlki günlərdə verilən bir açıqlamada, Türkiyədən aldıqları icazəsi təbii qaz boru xəttinin ilk hissəsi üçün ölkənin quru sularında mühəndislik işlərinin görülməsi nəzərdə tutduğunu ifadə edilib.
Digər tərəfdən ümumi xəttləri ilə ortaya çıxmış olsa da “Türk axını”nın gerçək bir layihə olmadığı barəsində geniş bir fikir var. Reaksiya.az-a danışan İngiltərə mərkəzli “Alpari” maliyyə şirkətinin analitiklərinin Anna Bodrova bu düşüncəyə qatılmadığını söyləyib.
Türkiyə ciddi görünür
Bodrova bildirib ki, bəzilərinin “Türk axını”nın gerçək olduğundan şübhəsi vardı, ancaq artıq Türkiyənin bu məsələdə ciddi olduğunu söyləyə bilərik: “Layihənin inşa və başlanğıc tarixləri də təxmini olaraq təyin olunub. 2016 -2018 – ci illərdə tikintisi planlaşdırılan işin sürətli şəkildə araşdırılması üçün keyfiyyətli texnologiya, təcrübə və imkanlar mövcuddur”.
Üçüncü enerji paketi maneəsinə ilişə bilər
Digər tərəfdən layihənin Cənub axınının başa çatmasından sonra gündəmə gətirilməsinə diqqət çəkən Bodrova bildirib ki, “Türk Axını”nın nə kimi maneələrlə qarşılaşa biləcəyinə dair sualı belə cavablandırdı: “Yetər ki, Avropa “Cənub axınında” olduğu kimi bu enerji layihəsinin həyata keçirilməsinə də maneə törətməsin. Əgər hər şey yenə fırlanıb Üçüncü Enerji Paketinə gələcəksə, bu layihə də bəlkə dayana bilər. Ancaq hələ şikayət doğuracaq məqamlar yoxdur. Qaz təmin edən və boruları nəzarət edəcək tərəflər təyin olunub, yoxlama tək bir tərəfin əlində deyil. İş dünyası sərmayə hesablamasında çox gözəl məqamlar var, ona görə də hamı öz siyasi bloklarını ön plana çıxarmaq istəyir və bunun üçün hər şeyi edir''.
Şərhlər