Adıbelli: Artıq siyasət yox, hərbi güc əsasdır

27.05.2015 17:21     A-reaksiya     1075

Türkiyəli politoloq, akademik Barış Adıbelli bu günlərdə Orta şərq və Ukrayna ilə bağlı bir çox siyasi mesajların verildiyini, amma artıq siyasi mesajların yox, hərbi gücün əsas olduğunu reaksiya.az – a açıqlamasında bildirib.

Dumlupınar Universitetinin professoru Barış Adıbelli reaksiya.az üçün açıqlamasında Çin və Rusiya’nın Aralıq dənizində həyata keçirdiyi hərbi təlimlər, bir neçə gün əvvəl daha da vüsət alan “Təlimləndir , idarə et” proqramı və Suriyadakı son vəziyyətlə bağlı fikirlərini bildirib.

“NATO ikili standartlarla oynayır”

 

“Minsk müqaviləsi imzalandıqdan sonra, NATO - nun Ukrayna və civarında hərbi varlığını gücləndirməsi prosesə ziyan vurub.  NATO Rusiyanın donbaslı döyüşçülərə verdiyi “dəstəyin” kəsilməsini istəyir” – deyən Adıbelli müxbirimizin mövcud vəziyyətlə bağlı sualını belə cavablanbdırıb:

“NATO  bir tərəfdən Rusiyanın donbaslı seperatçılara verdiyi dəstəyi tənqid edir, digər tərəfdən Suriyadaki müxalifəti, “Təlimləndir , idarə et” proqramı daxilində professional döyüşçülər kimi yetişdirməyə başlayır. Hal – hazırda Suriya höküməti hələ də BMT – də təmsil edilir. Yəni,bu dövlətin tanınması faktı mövcuddur və hökümət müxalifəti “terrorist” kimi təqdim edir.  Burada bir qavram qarışıqlığı problemi var. NATO hadisələrə ikili standartlarla yanaşır”.
 

“Rusiya, oynanilan oyunlari dərk edir”

 

Adıbelli Rusİya və Çinin Aralıq dənizində keçirdiyi hərbi təlimləri isə belə dəyərləndirib:
 

“Rusiya, bu hərbi təlimlərlə oynanılan siyasi oyunları gördüyü müsajını verdi. Hərbi təlimlərdə istifadə olunan gəminin Kırımın Sivastopol limanından gəlməsi isə ayrı bir mesajdır.  Bir tərəfdə Aralıq dənizinin sahilində Antalyada NATO – ya daxil olan ölkələrin Xarici işlər Nazirlərinin iclası keçirilir, digər tərəfdə Rusiya və Çin yenə Aralıq dənizində hərbi təlimlər keçirir.  Orta şərq və Ukrayna ilə bağlı həddindən çox danışılır. Lakin unutmamalıyıq ki, bu gün siyasət də çox aktual deyil. Artıq siyasi mesajlardansa hərbi gücün gedərək önəm qazandığını görürük”.

Şərhlər

Çox oxunanlar