Terrora Qarşı İslam İttifaqının əsl məqsədi nədir?
20.12.2015 18:33 A-reaksiya 2629
Rusiyanın Plexanov adına İqtisadiyyat Universitetinin politoloqu Aleksandr Perenciyev Səudiyyə Ərəbistanı liderliyində qurulan Terrora Qarşı İslam Koalisiyasının, terrorla təsirli bir şəkildə mübarizə apara bilməyəcəyini, çünki koalisiyanın əsl məqsədinin bu olmadığını söyləyib.
Reaksiya.az xəbər verir ki, RİA Novosti xəbər agentliyinə açıqlama verən Perençiyev bildirib ki, Səudiyyə Ərəbistanı liderliyindəki terror əleyhinə koalisiya Rusiyaya Suriyada İŞİD ilə olan mübarizəsində kömək etmək yerinə, Riyadın bölgədəki liderlik rolunu yenidən təsdiq və digər koalisiyalarla təsirli şəkildə rəqabət etmək üçün qurulub: "Səudiyyə Ərəbistanı əsas koordinatoru özü olacağı bir təşkilat yaratmaq istədi” - deyə davam edən Perenciyev qeyd edib ki, ancaq burada əsas məsələ, terrorla mübarizədə koordinasiya yox, müəyyən bir ölkənin nüfuzunu artıracaq maliyyə axınları və bəlkə də iqtisadi layihələrin əlaqələndirilməsidir.
IŞİD – in yaranmasında çox böyük səy göstərmişdi
"Riyadın terrorizmlə təsirli bir şəkildə mübarizə aparacağına inanmıram” - deyən Perenciyev, bunun səbəbini də belə izah edib: "Çünki Riyadın özü İŞİD kimi adlandırılan siyasi və iqtisadi layihənin meydana gəlməsi üçün əməlli başlı səy göstərib”.
Fərqli koalisiyalar bir-biri ilə mübarizə aparacaq
Perenciyev Rusiyanın Terrora Qarşı İslam Koalisiyası ilə əməkdaşlıq etməsinin mümkün olub olmadığına dair verilən suala cavab olaraq isə bunları deyib: "Əməkdaşlıq etmək mümkündür, ancaq bunun təsirli ya da gerçək bir əməkdaşlıq olacağına inanmıram. Bundan sonra təkcə Suriyada fərqli koalisiyaların bir-biri ilə mübarizəsinin şahidi olacağıq".
Şərhlər