"Böhranı Türkiyə-Rusiya dialoqu həll edəcək" - İsveçin baş naziri Stefan Löfven
20.12.2015 18:44 A-reaksiya 3132
İsveçin baş naziri Stefan Löfven, Suriyadakı böhranın həlli üçün Türkiyə ilə Rusiyanın dialoq içində ortaq çalışması lazım olduğunu söyləyib.
İsveçin baş naziri Löfven bildirib ki, Türkiyə ilə Rusiya siyasi təzyiqlərini bir az aşağı salmalıdırlar: “Suriyadakı böhranını Türkiyə ilə Rusiyanın dialoq içində olmaları ilə aradan qaldırmaq olar".
Baş nazir Löfven Türkiyə-Rusiya münasibətləri, Suriya və sığınacaq axtaran şəxslər böhranı ilə bağlı İsveçdə baş verənləri Anadolu Agentliyi müxbiri üçün dəyərləndirib.
Türk hava sahəsini pozan Rusiyanın döyüş təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında başlayan gərginliyə toxunan Löfven bildirib ki, iki ölkənin əlaqələrinin normal vəziyyətə qayıtmalıdır: "Türkiyə ilə Rusiyanın siyasi təzyiqi aşağı salması vacibdir. Suriya probleminin həlli Türkiyə-Rusiya əlaqələrinə bağlıdır. Suriyadakı böhran, Türkiyə ilə Rusiyanın dialoq içində ortaq səy göstərməsi ilə aradan qaldırmaq olar".
Sığınacaq axtaran şəxslər böhranında kilid ölkə Türkiyə
Löfven, Avropaya çatmağa çalışan sığınmacılar mövzusunda Türkiyənin kilid rola sahib olduğunun Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edildiyini ifadə edərək, Türkiyə ilə Aİ arasında yaranan qaçqın böhranının razılaşdırılmasında Türkiyə həyati missiyanı öz boynuna götürməli olduğunu bildirib.
Brüsseldə bu həftə keçirilən zirvə toplantısında, Aİ ilə Türkiyə arasında ortaq işçi qrupunun yaradılması istiqamətində qərar alındığını xatırladan Löfven bildirib ki, sığınacaq, təhsil və iş tapma problemləri ilə yanaşı, miqrantların Avropaya bugünkü kimi təhlükəli yox, etibarlı yollardan gəlməsi kimi məsələlər müzakirə olunmalıdır.
Şərhlər