Dünyada "sanksiya" müharibələri... - ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar, Kreml qəzəblidir

24.12.2015 13:00     A-reaksiya     2765

ABŞ və Aİ-dən Rusiyaya ... Rusiyadan Qərbə ... Rusiyadan Ukraynaya və Türkiyəyə ... Ukraynadan Rusiyaya ... Bir çox ölkənin, aralarındakı yüksək gərginliyə görə müharibə şəraitində olduğu bu günlərdə, silahların yerinə "sanksiyalar"dan istifadə edilir. Bir neçə gün  öncə vəziyyəti gərginləşdirən yeni bir "sanksiya" qərarı açıqlandı:

Bir tərəfdən Suriyada İŞİD əleyhinə ortaq strategiya və əməliyyat planlarının hazırlanması prossesi davam edərkən, digər tərəfdən Moskvaya qarşı bir neçə gün öncə Vaşinqtonun elan etdiyi yeni sanksiyalar vəziyyəti yenidən gərginləşdirib.

ABŞ rəhbərliyi Ukraynada böhranın davam etməsini əsas gətirərək Rusiyaya qarşı sanksiyaları artıracağını açıqladı. “Wall Street” jurnalı Putinin yaxın dostları kimi bilinən Rusiyalı biznesmənlər Gennadi Timçenko, Arkadi və Boris Rotenberg qardaşlarının daha əvvəl qoyulan sanksiyalara əhəmiyyət vermədiklərinə görə yeni sanksiyaların həyata keçirildiyi yazdı.

Jurnala açıqlama verən adı açıqlanmayan ABŞ rəsmilərindən birisi, Moskvaya "Suriya ayrı, Ukrayna ayrı, birində əməkdaşlıq edilirsə, digərinə göz yummayacağıq" - mesajını verdi. Ancaq jurnal bu sanksiyaların Suriyadakı ortaq təmaslara ziyan vuracağı ilə əndişələrini də dilə gətirib.

ABŞ Maliyyə Nazirliyi isə Rusiyaya qarşı sanksiya siyahısına yeni adları və şirkətləri əlavə etdiklərini bildirib. Açıqlamada, dörd ayrı sanksiya siyahısına onlarla ad və təşkilatın əlavə olunduğu qeyd edilib. Siyahıda aralarında rusiyalı iş adamları Gennadi Timçenko, Arkadi və Boris Rotenberg qardaşları ilə əlaqələri olduğu düşünülən vətəndaşların və şirkətlərin adları qeyd olunub.

ABŞ-ın yeni sanksiya siyahısına 34 ad əlavə olunub. Yeni siyahı belədir:

- “VTB” bankının “Banco VTB Africa” və eyni zamanda  Qazaxıstan, Ermənistan, Avstriya, Belarus, Ukrayna şöbələri, “VTB” sığorta və “VTB” lizinq şirkətləri

- “Sberbank”ın Belarus, Ukrayna, Qazaxıstan, İsveçrə şöbələri, “Sberbank Kapital”, “Sberbank Europe”, “Sberbank Maliyyə”, “Sberbank sığorta”, “Sberbank Investments” və “Sberbank lizinq” şirkətləri

- “Sberbank” və “VTB”nin pensiya fondları, “Novikombank”, “Hals-Development” şirkəti, “Yandex dengi” (pul transferləri) şirkəti

- “Novıy Svet”, “Massandra” və “Magaraç” kimi şərab istehsalçısı olan firmalar

- “Kalaşnikov” və “İjevsk” silah zavodunun bəzi işçiləri

Kreml: "Mütləq cavab veriləcək"

Kreml sözçüsü Dmitriy Peskov isə ABŞ-ın sanksiya siyahısını genişlənmə qərarının məntiqsiz olduğunu, bu qərarın iki ölkə arasındakı əlaqələrə mənfi təsir edəcəyini bildirib.

Peskov qeyd edib ki, bu qərar, Rusiyaya qarşı məntiqə zidd və düşmən siyasətin davamı kimi təqdim oluna bilər: “Bu qərar, ikitərəfli əlaqələrə dağıdıcı təsirə sahib siyasətin davamıdır. Əlbəttə, biz də əvvəlcə bütün bu qərarları analiz edəcək, sonra da görüləcək adekvat tədbirlərlə əlaqədar təklifləri dəyərləndirəcəyik".

Bu cür mövzularda qarşıqlı cavablar prinsipinin əsas olduğunu ifadə edən Kreml sözçüsü adekvat qərarların nə zaman veriləcəyini hələ bilmədiyini söyləyərək həmin müzakirələrdə Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyini bildirib.

Şərhlər

Çox oxunanlar