Çin İsraillə Fələstin arasındakı ixtilafa müdaxilə etməyə məhkumdur

27.05.2015 17:44     A-reaksiya     967

Yiye Chen

 

Pekin Universiteti Yəhudi Araşdırmaları Mərkəzinin rəhbəri

 

 

1954-cü ilin iyununda Çin, Hindistan və Burma (indiki Myanma) liderləri, beynəlxalq əlaqələrinin əsasını qoyacaq “Birlikdə sülh şəraitində yaşamağın 5 prinsipi” adlı ortaq bir bəyanat mətni imzaladılar. Bu prinsiplər qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyünə hörmət, qarşılıqlı hücumdan imtina, digərlərinin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı maraqlar və sülh içində birlikdə yaşamaq kimi açıqlandı. Çin o zamandan etibarən digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə bağlı qaldı. Bu hal son bir neçə ildir Pekinin Suriyadakı vətəndaş müharibəsi mövzusunda izlədiyi siyasətdə da açıq bir şəkildə özünü büruzə verməkdədir.

Lakin, Çinin Sudan ilə Cənubi Sudan arasındakı ixtilafla bağlı həyata keçirdiyi vasitəçilik diplomatiyasında vəziyyət bir qədər fərqlidir.

Belə ki, Çin ictimai iqtisadi təşəbbüskarları (xüsusilə də Çin Milli Neft Şirkəti) on illərdir Sudandakı neft yataqlarına, 2011 – ci ildəki müstəqilliyindən etibarən də Cənubi Sudanın neft infrastrukturuna kifayət qədər əhəmiyyətli investisiyalar yatırıb. Çinin daxili işlərinə qarışmamaq siyasətini "çaydan keçəndə daşları hiss etmək" (Bu ifadə Çində yeni bir problemin sistemli, praqmatik tərzdə ələ alınması mənasında işlədilir) şəklində dəyişdirməsi yalnız Sudanda yox, elə Afrikanın bir çox yerlərində özünü dərhal göstərir. Eyni zamanda belə hallar daha kiçik miqyaslarda dünyanın digər hissələrində də hiss olunur.

Çinin bu yanaşmasının məntiqi olduqca açıqdır: sərmayələrini qorumaq. Əslində Çinin "qarışmağı" qərara aldığı hər yerdə, yerli ixtilaflara ya da siyasi qarışıqlıqların alovlanmasına imkan verilsə Çin bu məqamda iqtisadi maraqlar baxımdan ziyan çəkə bilər.

Çin 2009-cu ildə Afrikanın ən böyük ticarət ortağı kimi Amerika Birləşmiş Ştatlarından qabağa keçdi. Çin eyni zamanda dünya səviyyəsində ən böyük üçüncü birbaşa xarici investisiya mənbəyinə çevrildi. İnkişaf edən beynəlxalq ticarəti ilə yanaşı Çinin siyasi fəaliyyətləri də aktuallıq kəsb etməyı başladı.

Bu məntiqdən çıxış edəsi olsaq, İsraillə Fələstin arasındakı ixtilafa müdaxilə etmək Çinin alın yazısıdır. Nəticə etibarı ilə bu gün Çin əhəmiyyətli dərəcədə İsrail şirkətlərini ya tam, ya da qismən ələ keçirib. İrəli texnologiya sayəsində Çin bütün İsraili əhatə edən bir əməkdaşlığa imza atıb ki, bu əməkdaşlıq da həm Çinli, həm də İsrailli şirkətlərin xeyrinədir.

 

Çin Orta Şərqdəki etibarını qorumalıdır

 

Çinin Fələstinlilərlə iqtisadi əlaqələri bu qədər geniş deyil, amma yenə də Pekin, Fələstin Azadlıq Təşkilatının "köhnə dostu" kimi rolunun əhəmiyyətini yaxşı dərk edir.

Fələstin iddiasına verilən zəif bir dəstək ərəb ölkələri arasında şikayətlərə yol açmaqla kifayətlənməyəcək, eyni zamanda Çinin də inkişaf etməkdə olan ölkələrdə ədalətin müdafiəçisi kimi əziyyətlə əldə etdiyi imicinə zərər verəcək. Pekin hər noyabr "Beynəlxalq Fələstin xalqı ilə həmrəylik Günü" adlı bir görüş keçirir. Prezident Şi Cinping, 2014-cü ildə təbrik mahiyyətində bir məktub göndərdi. Çinin Fələstin iddiasına münasibətlərinin artdığını göstərən bu nadir hadisə heç bir ərəb ölkəsi tərəfindən nəzərdən qaçırılmayacaq bir işarə idi.

Bundan başqa, Çin, Fələstin məsələsində dəstəkləyici bir mövqeyin öz müsəlman azlıqları ilə olan gərginliyi də azaldacağını düşünür. Gərginliyin azalması Pekinin Yeni İpək Yolu İqtisadi Zolaq layihəsi üçün də əhəmiyyətli bir məqamdır.

Orta Şərq Çin üçün təkcə imtina edilməsi mümkün olmayan qalıq yanacaq mənbəyi kimi yox, eyni zamanda Çində istehsal olunan məhsullar üçün də böyük bir bazar kimi də önəmlidir. Çin enerji ehtiyatlarını diversifikasiya etmək və Orta Şərqdən olan asılılığını azaltmaq istəsə də, bu səylər ancaq məhdud dairədə uğur qazana bildi.

Rusiya artıq etibarlı bir alternativ olmadığı kimi, digər məsələlərlə yanaşı rus neftini boru xəttləriylə Çinə gətirmənin xərci düşünüləndə bu iqtisadi bir alternativ də deyil. Pekin bu arada Afrika ölkələrinə sabitlik gətirməyin yüksək xərclərini də öyrənmiş oldu. Buna görə də alternativlərlə müqayisədə Orta Şərqdə sistemin mövcud təminatçısı (Amerika Birləşmiş Ştatları) ilə iş birliyinə getmək heç də pis variant deyil. Belə etdiyinə görə Pekini “hazırın naziri” adlandırmaq da çox səhvdir.

 

Çinin Amerika Birləşmiş Dövlətləri ilə əlaqələrini tarazlıqda saxlaması

 

Çini İsrail-Fələstin anlaşmazlığına daha çox müdaxilə etməyə sövq edən digər bir məsələ də Çinin Amerika Birləşmiş Ştatları ilə əlaqələrində tarazlığı təmin etmək arzusudur. Şərqi Asiyada torpaqla əlaqədar ixtilafları incələmək baxımından Çin və Amerika Birləşmiş Ştatları arasında gərginliyin gedərək artdığını düşünsək Çin çox vaxt Amerika Birləşmiş Ştatlarının Orta Şərq və ya Cənubi Amerikadakı "arxa bağçasındaki" zəif nöqtələrini yoxlamağa çalışır.

Amerika Birləşmiş Ştatları üçün Orta Şərqdə heç bir məsələ İsrail-Fələstin məsələsi kimi xroniki problemlərə gətirib çıxarmayıb və onun  ehtiyatlarını bu qədər istismar etməyib. Hər ABŞ rəhbərliyi iki tərəf arasındakı əlaqələri inkişaf etdirmək məqsədi ilə yeni cəhdlər etdi, hər dəfə bu cəhdlər İsrailin daha da böyüməsi, Fələstinin isə daha da kiçilib, daha da bölünməsi ilə nəticələndi.

Hər nə qədər Çin indi ixtilafın həll edilməsi üçün məsələyə müdaxilə olma meylində olub, atacağı addımların gətirəcəyi risklər və qazancları qiymətləndirsə də, hələ bu təmayülü həyata keçirməyib. Pekin hələ də bu məsələdə ABŞ-ın liderliyinə və onun məsələyə diqqqət yetirməsinə hörmət edir. Yəqin ki, bu da Çinin hələ açıq və istiqrarlı bir Orta Şərq siyasətinə ya da İsrail-Fələstin məsələsini həll etmək bir tərəfə, bu məsələyə sistemli şəkildə, strategiya ilə yanaşacaq siyasətçilər və mütəxəssislərə malik olmamasından qaynaqlanır.

Çin tam olaraq hazır olsun ya da olmasın, məsələ Çinin İsrail-Fələstin məsələsinə "müdaxil" olub olmayacağı deyil, bunu nə zaman edəcəyidir.

Çinlilərin on illərdir etdikləri çox sayılı cəhdlə bəlkə də yeni bir siyasəti, tətbiq prosesində ikən öyrənmək daha yaxşı olacaq. Yəqin ki, Çin sülh prosesində tam olaraq iştirak etmək üçün Vaşinqton tərəfindən dəvət ediləcəyi gün üçün hazırlıqlar görərkən, hələlik məsələyə bir həll variant tapılması ilə bağlı güclü diplomatic dillə danışmaqdan kənara çıxmayacaq.

Şərhlər

Çox oxunanlar