"NATO həddini aşıb!" - 9 maddədə Rusiyanın yeni milli təhlükəsizlik strategiyası

03.01.2016 17:43     A-reaksiya     2696

Rusiya prezidenti Putin, 2016 – cı il Milli Təhlükəsizlik Strategiyasını imzaladı. Putinin 2015-ci ilin son günündə təsdiq etdiyi və 2020-ci ilə kimi əsas ölkə prioritetlərinin müəyyən olunduğu strategiyada, “rəngli inqilablar” və “kimyəvi silah” Rusiyanın qarşı-qarşıya olduğu ən böyük təhdidlər kimi göstərilir.

Rusiyanın 2016 – cı il  Milli Təhlükəsizlik Strategiyası müəyyən edildi. Prezident Vladimir Putinin 31 dekabr 2015-ci ildə imzaladığı strategiya planının ilk hissəsində "Strategiya, Rusiya Federasiyasının milli maraqlarını və strateji milli prioritetlərini, xarici siyasət hədəflərini, milli təhlükəsizliyi gücləndirməyə və sabit uzunmüddətli inkişaf tempini təmin etmək məqsədli hədəf və tədbirlərini təyin edən kilid bir strateji plan sənədidir" sözləri qeyd olunub. Sənədin geri qalan hissəsində yer alan 9 əsas məqam isə aşağıdakilardır:

“Rəngli inqilablar” və korrupsiya

Milli təhlükəsizliyə ən ciddi təhdidlər arasında rəngli inqilablar və korrupsiya əsas gündəm maddəsi kimi qeyd olunur. Sənəddə milliyyətçi və dinçi ideologiyalardan istifadə edən radikal qruplar, bəzi xarici və beynəlxalq qeyri-hökumət təşkilatları və hüquqi şəxslər Rusiyanın ərazi bütövlüyünü yox etməyə və siyasi prosesləri istiqrarsızlaşdırmağa çalışdığı bildirilir. Sənəddə xarici kəşfiyyat orqanları, terrorist və ultra radikal qruplar ilə cinayətkar dəstələr də təhdid mənbəəyi olaraq göstərilir.

Danılmaz KİMYƏVİ SİLAH Təhlükəsi

Rusiyanın 2016 – cı ildəki Milli Təhlükəsizlik Strategiyasına görə, nüvə silah sahibi ölkələr müəyyən risklər daşıyır. Ancaq nüvə silahı ilə yanaşı kimyəvi silahlar da təhlükəni artırır: "ABŞ-ın Rusiyaya qonşu ölkələrdəki bioloji hərbi laboratoriya şəbəkəsi get – gedə genişlənir."

NATO “hədlərini aşdı”

Sənəddə NATO-nun Rusiya sərhədlərinə kimi yaxınlaşması digər bir təhdid mənbəəyi kimi qeyd olunur. “Bərabər və bölünməz təhlükəsizlik prinsiplərinə” nümunə kimi göstərilən sənəddə bütün bunlara baxmayaraq Rusiyanın NATO, ABŞ və Aİ ilə hələ də dialoq və müsbət əlaqələrin tərəfdarı kimi vurğulanır.

Ukraynada qəsdən yaradılan “DÜŞMƏN RUSİYA” obrazı

Sənəddə toxunulan bir digər əhəmiyyətli məqam da ABŞ və Aİ-nin Ukraynadakı çevrilişə dəstək verməsidir. Bu dəstəyin Ukrayna cəmiyyəti içində dərin bir ayrı - seçkilik yaratdığı və silahlı qarşıdurmalara gətirib çıxardığı vurğulanan hesabatda, ultra radikal sağ ideologiyaların yüksəlişi və qəsdən yaradılan “düşmən Rusiya” obrazının Avropada və buna görə də Rusiya sərhədində uzun müddətli qeyri-stabillik mənbəəyi kimi qeyd olunur.

“Nüvə istehsalı” üçün 2 ŞƏRT

Digər tərəfdən sənəddə Rusiyanın nüvə potensialını aşağı salmağa hazır olduğu, amma bunun sadəcə qarşılıqlı anlaşma və çox tərəfli dialoqlar nəticəsində mümkün olacağı qeyd olunur. Təqdim edilən digər şərt isə belədir: Rusiya beynəlxalq təhlükəsizlik və strateji sabitliyə ziyan vurmadan nüvə silahlarının azaldılmasına yarayacaq lazımi şərtlərə uyacaqsa, o zaman nüvə potensialını aşağı salmağa hazır olduğunu ifadə edir.

İnformasiya müharibəsi

Digər tərəfdən 2016 – cı ildə Milli Təhlükəsizlik Strategiyasında informasiya müharibələri məsələsi də xüsusi olaraq vurğulanır və beynəlxalq təsir dairəsi yaratmaqla məşğul olan xüsusi xidmət orqanlarının olduqca aktiv olduğu vurğulanır.

Hərbi silahlanmaya bircə şərtlə gediləcək

Bununla yanaşı, hərbi silahlanmaya ancaq “milli maraqları qorumaq üçün müraciət edilən digər yolların təsirsiz qaldığı” təqdirdə müraciət ediləcəyi bildirilir.

Maliyyə çətinliklərinin mənbəəyi hardandır?

Sənəddə Rusiya iqtisadiyyatının “ölkədə rəqabət olmadığı və ehtiyat asılılığı” ucbatından sabitliyin təmin olunmadığı ifadə edilir. İqtisadiyyatın xarici iqtisadi şərtlərdən təsirlənməsinin də vəziyyəti çətinləşdirdiyinin qeyd olunduğu sənəddə, qlobal və regional böhranlarla korrupsiyanın iqtisadiyyata mənfi təsir etdiyi, bunun da gələcəkdə su və bioloji resurslar kimi əsas mənbəələri təhlükəyə atacağı bildirilir.

İqtisadiyyatın təkmilləşdirilməsi planları

Bu yöndə Rusiya hökumətinin lazımi tədbirləri görməyə hazırlaşdığı qeyd olunan sənəddə iqtisadi təhlükələrə sinə gərmək üçün, hökumətin ictimai və iqtisadi siyasət həyata keçirəcəyi, bu siyasət çərçivəsində də görüləcək tədbirlər arasında maliyyə sistemini gücləndirmək və rublun sabit hərəkət etməsinin təmin edilməsi yer alacağı deyilir.

Ayrıca, Rusiya Çin, Hindistan ilə Latın Amerika və Afrika ölkələri ilə əlaqələri inkişaf etdirməyə də böyük əhəmiyyət verir. 

Şərhlər

Çox oxunanlar