"Rusiya-Türkiyə münasibətlərində geriləmə davam edə bilər" - Rusiyalı politoloq
04.01.2016 00:00 A-reaksiya 2408
Rusiya Federasiyası Sankt-Peterburq Dövlət Universiteti Beynəlxalq Əlaqələr Fakültəsinin müəllimi Dos.Dr.Aleksandr Sotniçenko Rusiya təyyarəsinin vurulması ucbatından pozulan Rusiya-Türkiyə əlaqələrinin qısa müddət ərzində düzəlməsini gözləmədiklərini söyləyib.
Karabakh.today xəbər verir ki, Türkiyənin Cihan Xəbər Agentliyinə müsahibə verən Sotniçenko bildirib ki, Rusiya-Türkiyə əlaqələrinin geriləmə dövrünə girdiyini, iki əsas səbəbə görə əlaqələrin geriləməyə davam edəcəyini ifadə edib. Rusiyalı ekspertin fikrincə, Suriya böhranının həlli ilə əlaqədar prosesin uzanması və rəsmi Ankaranın təyyarənin vurulması məsələsində Moskvanın tələblərinə müsbət yanaşmaması Türkiyə-Rusiya əlaqələrində yaşanan böhranı uzadacaq.
Əlaqələrdə hər hansı bir yaxınlaşma gözləmədiyini bildirən Sotniçenko vurğulayıb ki, Suriya böhranında Rusiya və Türkiyənin siyasətinin fərqli olması böhranı daha da dərinləşdirib: “Rusiya prezident Vladimir Putin təyyarənin vurulması hadisəsində Türk xalqını yox, Türkiyənin siyasi elitasını günahkar saydığını açıq – aşkar bildirib. Məncə böhranın həlli üçün ilk növbədə keçmişdə əldə edilən əməkdaşlıqları qorumaq lazımdır”.
Böhranın həlli üçün biznes dünyası və qeyri-hökumət təşkilatları fəaliyyətə başlamalıdırlar
İki ölkə arasında yaşanan problemin biznes dünyası və ictimai əlaqələrə təsirlərinin azaldılmasının həyati əhəmiyyətə sahib olduğunu qeyd edən Rusiyalı ekspert bildirib ki, rus və türk xalqları arasında, iki ölkə qeyri-hökumət təşkilatları arasında, mədəni sahədə əməkdaşlığın davam etməsi vacibdir: “Türk iş dünyası rus həmkarları ilə görüşərək sanksiyaların mənfi təsirlərini aradan qaldırsınlar. İki ölkənin media qurumları arasında da eyni fəaliyyət həyata keçirilə bilər".
Əlaqələrin inkişafına türk elitası mane olur
Türkiyənin çox da uzaqda yerləşən bir ölkə olmadığını, mətbuat vasitəsi ilə Türkiyədə yaşanan prosesləri çox yaxşı izlədiklərini ifadə edən Sotniçenko vurğulayıb ki, Türkiyənin Suriya siyasətini də görürlər: “Rusiya Türkiyəni düşmən kimi görmür, əksinə Rusiya sadəcə rus-türk münasibətlərini gücləndirmək istəyir. Ancaq hazırda bu məsələdə tək maneə bugünkü Türk elitasıdır".
Şərhlər