Şiə-Sünni davasında ABŞ münaqişə tərəflərinin heç birinin yanında olmamalıdır

09.01.2016 17:56     A-reaksiya     1889

Keçmiş iyirmi il ərzində ABŞ öz konseptual baxışı çərçivəsinə yaxın şərq məsələlərinə yanaşıb və həmin çərçivədə: diktatorluğu demokratiya qarşısında, dünyəviliyi dinçilik qarşısında, əminamanlığı hərc-mərclik qarşısında görüb. Lakin bugünkü gündə regionu formalaşdıran başqa bir cəhətdir: şiə və sünnilik. Demək olar ki, son zamanlarda təriqətçilik regionun siyasətinin bütün cəhətlərini bürüyüb. Belə bir münaqişə mühitində ABŞ-ın xarici siyasəti çaş-baş qalır və yaranan vəziyyətdə ABŞ və ümumiyyətlə istənilən xarici qüvvə artıq regionda sabitlik yaratma iqtidarına ola bilmir.

Vəli Nəsr (Vali Nasr) “Şiənin Dirçəlişi” adlı uzaqgörən kitabında qeyd edir ki, ABŞ-ın 2003-cü ildə İraqa hücumu əslində fəvvarənin zirvə nöqtəsi idi. ABŞ regiona demokratiya aparmasını düşünsə də, regionda yaşayan xalq heçdə belə düşünmürdü – onlar mövcud olan güc balansının pozması və yeni balansın yaratmasını düşünürdülər. Dünya müsəlmanların 85 faizini təşkil edən sünnilər uzun müddətdən bəri regiona hökumət edib; onlar hətta əhalisinin əksəriyyətini şiələr təşkil edən İraq və Bəhreyn kimi ölkələrə də hökm sürüblər. Lakin bir anda vəziyyət dəyişdi. Ərəb ölkələrinin əsas üzvlərinin biri hesab olunan İraqda artıq Şiələr hökm sürməli oldular. Bu hadisə başqa ərəb ölkələrində söz-söhbətin başlanmasına səbəb oldu və onlarda get-gedə iztirab səviyyəsinin artmasına gətirib çıxardı.

Regionun gərgin olmasına baxmayaraq son zamanlara qədər şiələr və sünnilər əsrlər boyu sülh şəraitində yaşamağa nail ola bilmişlər. 1960-cı və 1970-ci illərdə regionda hökm sürən yeganə şiə qüvvəsi, İran hökuməti, əslində nə dini dövlət olub, nə də təriqətçiliyi dəstəkləyib. Şah rejiminin çevrilişindən sonra şaha sığınacaq verən məhz regionda birinci sünni qüvvə hesab olunan Misir hökuməti olub; lakin bugünkü təriqətçilik atmosferində belə bir halın bir daha baş verməsi görünmür.

Regionda əsas dəyişik 1979-cü ildə baş verdi. İslam İnqilabı nəticəsində güclü bir dinçi qrup ölkədə hakimiyyəti ələ keçirdi ki, öz ideyasını bölgəyə ixrac etməyi və regionda şiələrə dəstək verməyi bir məqsəd kimi qarşıya qoydu. Həmin ildə radikal bir silahlı qrup Məkkə şəhərində Məscid əl-Haramı işğal edərək öz müxalifətlərini kral ailəsi və onun zəif qanunları ilə elan etdi. Bu hərəkət Səudiyyə krallığını qorxuya saldı və krallığı daha çox dini hüquqların nəzərə almasına doğru sövq etdi. Və bir mənalı olaraq Səudiyyə Ərəbistanının ideologiyası hesab olunan Vəhhabilik təriqətində şiəyə zidd olan bir ideologiya oldu. Səudilər Ərəbistanı hökuməti ələ keçirdikdən sonra şiə məscidlərini və məqbərələrini sökməyə başladılar və belə bir fikri yaymağa başladılar ki, şiələr mürtəddir.

İran Livanda, İraqda və Suriyada öz təsirini göstərəndən sonra, Səudiyyə Ərəbistanı daha çox təriqətçilik hərəkətləri ilə buna cavab verməyə başladı. On il bundan əvvəl, Səudiyyə Ərəbistanın rəsmiləri şiələri hərəkətə gətirmək və onları gücləndirməkdən söhbət edirdilər. Lakin bu gün şiələrə şübhə ilə baxılır və bəziləri onları İranın agenti kimi görürlər.

Yəməndə gedən vətəndaş müharibəsi də təriqətçiliklə xarakterizə olunur. Fari əl-Müslimi (Farea al-Muslimi) Karnegi Beynəlxalq Sülh Xeyriyyə Təşkilatı üçün hazırladığı hesabatda qeyd edir ki, hər iki tərəf biri digərini ya İranlı yada İŞİD adlandırır. Əl-Müslimi həmçinin qeyd edir ki, “təriqətçilik daha çox qızğınlaşıb və Yəmən ictimaiyyəti yenidən təriqətlər əsasında bölünüb və artıq xalq millətindən asılı olmayaraq sırf təriqət bağlığı ilə biri-biri ilə əlaqələnir”.

Səudiyyə Ərəbistanı həqiqətən İranın təsirindən strateji narahatlıq keçirir; xüsusilə İranın İraqın cənubunda olan rolundan daha çox əndişələnir. İqtisadiyyat eksperti Əli əl-Şihabi (Ali al-Shihabi) qeyd edir ki, “İraqın cənub bölgəsi İran tərəfindən dəstəklənən silahlılarla doludur. Bu bölgədən Ərəbistanın neft yataqlarına iki saata maşınla getmək olar. Krallığın narahatlığı yersiz deyil.” Lakin təriqətlərin silahlanması sırf geosiyasətlə bitmir. Səudiyyə Ərəbistanı həmçinin bir sıra başqa problemlərlə də üz-üzə qalıb, o cümlədən İŞİD və yerli ekstremistlər. Ölkənin sosial mediasının böyük və əsas hissəsini radikal islamçılar idarə edir. Neftin qiymətinin düşməsi nəticəsində dövlətin gəlir mənbələri tənəzzülə başlayıb və belə bir vəziyyətdə əhali üçün nəzərə tutulan subsidiyaları çətin təmin etmək olar. Belə bir halda dövlətin ayaqda qalması üçün daha güclü legitimlik tələb olunur.

Qeyd olunanlara keçən həftənin sonunda görkəmli şiə aliminin edamı, İranla siyasi əlaqələrin kəsilməsi, Yəməndə hökm sürən müharibə və Səudiyyə Ərəbistanın Suriyaya qarşı apardığı siyasətini də əlavə edin, onda görərsiniz ki, Səudiyyə Ərəbistanın son zamanlar apardığı inadcıl, aqressiv, və təriqətçilik-yönlü siyasətləri nədən qaynaqlanır. Belə bir strategiya istər daxildə, istərsə xaricdə risksiz olmur. Səudiyyə Ərəbistanı əhalisinin 10-15 faizini şiələr təşkil edir və onlar ölkənin Şərqi Vilayətində neft yataqlarının üstündə yaşayırlar. Bəhreyn və Yəmən kimi qonşu ölkələr Səudiyyə Ərəbistanın apardığı siyasətlərdən incik olan şiələrlə doludur və hesab edirlər ki, Səudiyyə Ərəbistanı onların üsyanını yatırtmaq üçün var gücü ilə çalışır. Və əlbəttə İranda müəyyən zaman çərçivəsində Səudiyyə Ərəbistanın hərəkətlərinə cavab verəcək.

Ümumilikdə, ABŞ İranın hücumu qarşısında Səudiyyə Ərəbistanına dəstək verməli lakin təriqətçilik müharibəsində kimsənin tərəfində olmamalıdır. Bu artıq başqalarının vətəndaş müharibəsidir. Bunlardan başqa, İŞİD-lə mübarizədə regionda ABŞ-ın ən yaxın tərəfdaşı İraqın Şiə dövlətidir. Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ABŞ üçün yaxın şərqdən qaynaqlanan ən böyük təhlükə mənbəyi radikal sünni cihadçılardır ki, Səudiyyə Ərəbistanı onların çoxuna ilham, maliyyələşdirmə və təlimat mənbəyidir.

Bu hekayədə yaxşı obrazların sayı çox azdır.

 

7 yanvar 2016

"The Washington Post"un rəsmi saytında dərc olunub

Tərcümə: Əli Ş.

Fareed Zakaria CNN Televiziyasının aparıcısı, "TİME" jurnalının redaktoru və Vaşinqton Post qəzetinin yazarıdır

 

 

Şərhlər

Çox oxunanlar