"Hədəf Türkiyədən daha çox NATO-Aİ əməkdaşlıqdır" - Türkiyəli ekspert

13.01.2016 19:29     A-reaksiya     2212

Rusiya Baş nazirinin müavini Serbiyanı silahlandıra biləcəklərini söyləyib. Amma Serbiya eyni zamanda Aİ üzvüdür və müsəlman bosniyaları ilə problemlərinin olduğu bilinən bir reallıqdır. Reaksiya.az xəbər verir ki, bu barədə Karabakh.Today saytına açıqlama verən Beynəlxalq Strateji Baxış İnstitutunun direktoru Yusuf Çinar belə bir bəyanatların xoşniyyətli ola bilməyəcəyini söyləyib. O, bildirib ki, Rusiyanın Serbiya üzərində təsirinin olması bir reallıqdır: "Hətta Rusiyanın yaxın əlaqədə olduğu siyasi partiyalar də mövcuddur, lakin bunların heç birisi Rusiyanın silahlandırma şərhini qanuni edə bilməz. Tam tərsi, Rusiyanın işğalçılıq siyasət izlədiyinə dair ittihamlarla qarşılaşmasına səbəb ola bilər. Rusiyanın Aİ üzvü bir ölkəni yanında saxlamaq istəməsi Avropa İttifaqına da simvolik mənada bior mesajdır. Tarixdə 1908 – ci ildə Bosniya böhranı Bosniyanın Avstriya İmperatorluğuna verilməsi ilə ruslar serblərə milliyyətçiliyi aşılamış və I Dünya müharibəsinin ilkin rüşeymi sayılacaq bir qarşıdurma yaşammıştı. Rusların təzədən serbləri silahlandırmaq istəməsi qaynayan qazan olan Balkanlarda çox mənfi reaksiya doğurur. Məncə buradakı hədəf Türkiyədən daha çox NATO-Aİ əməkdaşlığıdır. Aİ sabitliyi təmsil edir, Aİ sərhədləri içərisində yaşanacaq hər hansı bir qeyri-sabitlik Rusiyanın keçmiş SSRİ və keçmiş Yuqoslaviya torpaqlarında təsirini artıra bilər. Bu da elə Rusiyanın istədiyidir. Geniş çərçivədə Rusiya Türkiyə arasında yaşanan böhran, eyni zamanda Rusiya NATO-Aİ arasında yaşanıb. Bu böhranın hər hansı bir əks -sədası Balkanlarda mütləq özünü göstərəcək".

Şərhlər

Çox oxunanlar