ABŞ və Kuba arasındakı münasibətlərin normallaşması
29.06.2015 08:48 A-reaksiya 3122
Yarım əsrdən çox davam edən anlaşmazlıq niyə bir anda başa çatdı? ABŞ Kuba ilə hansı mövzularda razılığa gəlib? ABŞ-ın bu həmləsindəki məqsəd nədir? Kuba məngənəyəmi sıxışıb? ABŞ-da müxalifətin reaksiyası nədir? Bu yöndə Aİ nə reaksiya verəcək?
Bu sualları 9 Eylül Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Aybars Aldağ Reaksiya.az üçün cavablandırıb.
9 Eylül Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin müəllimi Aybars Aldağ Reaksiya.az – a açıqlamasında bildirib ki, keçən ilin dekabrında ABŞ prezidenti Barak Obama və Kuba prezidenti Raul Kastro eyni zamanda verdikləri açıqlamalarda iki ölkə arasında yeni bir dövrün başladığını dünyaya elan etdilər: “Kanada və Vatikanın vasitəçiliyi ilə 18 aya yaxın davam etdirilən gizli təmaslar nəticəsində, 1959 – cu ildə baş verən Kuba inqilabından sonra davam edən gərginliyin aradan qaldırılması ilə bağlı razılığa gəldilər. Yarım əsrdən çox davam edən münaqişənin əslində bir çox səbəbləri var idi, Kuba-Amerika ikilisinin bu qədər illər keçəndən sonra buzları əritməyi qərara almasının altında da bir çox siyasi və iqtisadi səbəblər yatır.
Qeyd edək ki, ABŞ-dan yalnız 200 km uzaqda yerləşən Kuba adası Vaşingtonun hər zaman diqqətini cəlb edib. Hələ ABŞ-ın quruluş illərində ölkənin qurucularından olan Tomas Jefferson Kubanın mütləq ABŞ-a ilhaq edilməli olduğunu söyləmişdi. XIX əsrdə bir neçə dəfə eyni fikirlər dilə gətirlmişdi Bu istəyin 3 əsas səbəbi var. Birincisi, Kuba ABŞ-ın təhlükəsizliyi üçün geostrateji bir məkanda yerləşir. İkincisi, Kuba şəkər qamışı və tütün istehsalı baxımından Amerikalı investorların daim diqqət mərkəzində olub. Üçüncü və sonuncu amil isə, ABŞ-dakı kilsələrin Kuba xalqının ispanların zülmündən xilasın mütləqliyi ilə bağlı Ağ evə daim təzyiq etməsi ilə bağlı idi.
Bilindiyi kimi, Kubanın Konstitusiyası ABŞ tərəfindən yazılıb. İkinci Dünya müharibəsindən sonra ABŞ ilə Sovet Rusiyası arasında Soyuq müharibə başlayanda, ABŞ Latın Amerika ölkələrini əvvəl Rio müqaviləsi, daha sonra isə Amerika Dövlətləri Təşkilatı (OAS) ilə "kommunizmdən uzaqlaşdırma" siyasətini həyata keçirməyə başladı. Kuba da bu sistemin bir parçası idi. Əlbəttə ki, ABŞ tərəfdarı Kuba lideri Batista 1959-cu ildə Fidel Castro liderliyindəki kommunist partizanlar tərəfindən devrilənə kimi.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə Kuba prezidenti Raul Kastro arasında baş tutan telefon danışığından sonra Kanada və Vatikanın vasitəçiliyi ilə 18 aya yaxın davam etdirilən gizli təmaslar nəticəsində ABŞ-da həbsdə olan kubalı 3 kəşfiyyat agentinə qarşılıq Amerikalı Alan Grossun insani səbəblərlə sərbəst buraxılması , iki ölkə əlaqələrində uzun illərdən sonra yaşanmış ən əhəmiyyətli inkişaf sayıla bilər.
Dəyişdirilmədən dərhal sonra 17 dekabr 2014 – cü il tarixində ABŞ və Kuba, tam diplomatik əlaqələri yenidən canlandırma prosesinin başlanacağını bildirdi. Artıq Obama Kuba ilə "yeni bir səhifə" açmaqdan danışırr. Qarşılıqlı səfirliklərin açılması qərara alınıb. Amerika Birləşmiş Ştatları və Kuba arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün başlayan danışıqların üçüncü hissəsi keçən ay baş tutub. Heyətlər, Kubanın paytaxtı Havanada bir araya gəliblər. Ən son olaraq alınan qərarlar isə bunlardır:
Kuba əsilli olmayan amerikalılar üçün Havanaya getmək asanlaşacaq. İki ölkə arasında bank əməliyyatları həyata keçiriləcək. Vaşinqton Kubada yaşamayan Kubalıları ABŞ banklarındakı hesablarını artıq dondurmayacaq. Ayrıca amerikalılar Kubanın xaricindəki Kubalılarla ticarət qura biləcək.Bəzi ticarət problemlər öz həllini tapacaq.
Atılan bu diplomatik addımlar Kubada turizm sektorunun canlanmasına səbəb olub. ABŞ ilə düzələn əlaqələrdən sonra ölkəyə olan turistik tələb daha da artır. 'Zaman kapsulu' kimi xarakterizə edilən ölkəyə yönələn turistlər, dünya tərəfindən məşhur markaların Kubanı ələ keçirəcəyindən narahatdırlar. Bu da son turist yüksəlişinin ən böyük səbəbləri arasında göstərilir.
Konqresdə əksəriyyəti əllərində saxlayan Respublikaçılar Obamanın bu açılımından narahatdırlar . Anlaşılan bu açılımı 2016 – cı ildəki prezident seçkisində onun əleyhinə istifadə edəcəklər. Yenə də uzun müddət davam edən bu gərginliyin nəhayət başa çatması Latın Amerikasında məmnuniyyətlə qarşılanıb. Sağ əli XX əsrdən bu günlərə miras qalan digər anlaşılmazlıqların başına”.
Şərhlər