Fəlakət kapitalisti – Corc Soros
29.06.2015 13:21 A-reaksiya 2593
Valentin Katasonov
Corc Soros Ukraynanın taleyində həll edici fiqurlardan biri olaraq qalır. İyun ayının əvvələrində onun prezident Poroşenko ilə olan elektron yazışmaları ortaya çıxdı. Bu yazışmalarda, Soros ABŞ istehsalı olan hücüm silahlarının Ukraynaya gətirilməsi, eyni zamanda Amerikalı instruktorlar tərəfindən ukraynalı hərbçilərin təlim keçmə planlarından bəhs olunurdu. Müasir dünyanın “ağaları” üçün Corc Soros, “maydanların” dövlət çevrilişlərinin və inqlabların əvəzolunmaz ustasıdır.
Forbes reytinqlərinə görə Soros planetin 30 ən zəngin adamından biridir. O maliyyə spekulyantı, biznesmen ve xeyriyyəçi olaraq tanınır. Bu üç sahə, onun davranışlarını və fəalliyətini formalaşdırır.
Sorosu çox vaxt “maliyyə sektorunun kimyagəri” adlandırırlar. Bunun səbəbi, onun 1992-ci ildə ingilis funt sterlingini məzənnədən salan “sehrli” əməliyyatıdır. O zaman oliqarxın qarşısında, İngiltərə bankı belə duruş gətirə bilmədi və Soros bir günün içində bir milyard dollar qazandı. Daha sonra bu işdə ona İsrail xüsusi xidmət orqanı olan Mossadın yardım etməsi ilə bağlı söz söhbət ortaya çıxsa da o, sərvətini nəinki qoruyub saxlaya eyni zamanda artıra da bildi. Daha sonra Soros 1998-ci ildə Cənub Şərqi Asiyada ona yaxın Asiya ölkəisinin milli valyutasının dəyərini itirməsi ilə nəticələnən krizisdə yaxından iştirak etdi. Daha sonra 1998 cil ildəki Rusiya maliyyə krizisindəki rolu da danılmazdır. Soros əsas maliyyə spekulasiyalarını Kyurasao’da (Karib dənizində Niderlanda məxsus adadır) offşor zonasında yerləşən Quantum Fund NV qoruma fondu (Hedge fund) üzərindən həyata keçirir. Bu, Sorosun idarə etdiyi Quantum Group of Funds qrupu içindəki ən böyük fonddur.
Sorosun var dövlətinin (30 milyard dollardan artıq) yalnız spekulasiyalar vasitəsi ilə əldə etdiyi ehtimal olunur. Amma o bir çox şirkətin aksiya və paylarını alaraq daha abırlı bizneslə də məşğul olur. Onun qurduğu Soros Fund Management LLC investisiya fondu bir çox məşhur korporasiyaların kapitalında iştirak edir. Soros, “Dow Chemicals” şirkətinin beş, Monsanto şirkətinin yarım milyonl aksiyasına sahibdir. Hər iki monopolist kimya konserni hal-hazırda kənd təsərüfatı, biotexnologiya, qida sənayəsi sahələrində aktiv olaraq fəaliyyət göstərməktədirlər.(Başqa sözl,ə son vaxtlar dünyanın bir çox yerində insan genlərinə mənfi təsirinə görə tənqidlərə məruz qalan GMO — (Genetik Modifikasiya olunmuş Orqanizm) yəni bizim birbaşa genimizə təsir edən zəhərli qida məhsullarının istehsalı yenə də Sorosla bağlıdır) Sorosun maraq dairəsində olan bir başqa sahə isə enerji sektorudur. Bu sahədə ona aid iki ən böyük şirkət “Energen” və “PDC Energy” şirkətləridir.
Soros eyni zamanda bank sektorunda iştirak edir. Walt Streetin “Böyük altılığına” daxil olan Citigroup maliyyə nəhənginin aksiyalarının böyük hissəsi ona aiddir.
Sorosun aktiv faəliyyət göstərdiyi üçüncü sahə isə xeyriyyəçilikdir. Burada o, əsasən Soros Fondu kimi tanınan "Açıq Cəmiyyət İnstitutu" vasitəsilə fəaliyyət göstərir. Əgər "Açıq Cəmiyyət İnstitutu" üzərindəki parılıtı reklamı götürsək, onda bu qurumun Transmilli şirkətlərin və bankların maraqlarına uyğun rejimlərin yaradılmasına kömək edən xəyanətkar elitanın və ictimai şuurun yaradılmasındakı rolunu görmüş olarıq.
“Açıq cəmiyyət institunun” Polşa, Latviya, Estoniya, Gürcüstan və Ermənistan kimi Asya və Avropa ölkələrində 27 filialı var. Həftəlik Business Week jurnalına görə Soros bu günə qədər xeyriyəçilik məqsədlərinə 5 milyard dollardan çox pul xərcləyib.
Sorosun biznes modeli təxminən bu cürdür:
1) Maliyə spekulasiyaları vasitəsi ilə milyardlar qazanmaq;
2) Qazanılmış milyardların bir hissəsini yeni maliyyə spekulasiyarına, bir hissəsini böyük şirkətlərin aksiyalarının əldə edilməsinə, qalan hissəsini isə “xeyriyyəçilik” lahiyələrinə xərcləmək;
3) Xeyriyyəçilik hər hansı bir ölkədə əlverişli "investisiya mühitinin" yaradılmasına kömək edir; Soros yalnız zərgər dəqiqliyi hazırlanmış "investisiya mühitinin" yaradılmasından sonra sərmayə yatırır.
Normal biznesmən üçün əlverişli "investisiya mühiti" iqtisadi və siyasi sabitlik, bazarın inkişaf trendi və s. faktorlardır. Soros üçün isə başlıca amil “nə qədər pis olsa o qədər” yaxşıdır prinsipidir. Onu “fəlakətlər kapitalisti” adlandırırlar. Sorosa bağlı qurumlar siyasi çevrilişlərin, inqlabların və kütləvi iğtişaşların yaranmasında iştirak edirlər. Onun “xeyriyyə” lahiyələri hər hansı bir ölkədə iqtisadi və maliyyə krizisləri ilə müşaiyyət olunan siyasi krizislərin yaranmasına səbəb olur. Valyuta krizisi milli valyutanın dəyərdən düşməsinə, iqtisadi krizis ölkənin milli valyutası ilə dəyərləndirilən şirkətin qiymətinin düşməsinə gətirib çıxardır. Və artıq bundan sonra “sərmayə” yatırmaq çox əlverişli olur, çünkü Sorosun əldə etdiyi aktivlərin valyuta dəyəri qəpik quruşa çevrilir.
Soros özünün “biznes modelini” bir çox regionlarda sınaqdan çıxardıb. Əvvəlcə Qərbi Afrikada, Nigeriya, Kamerun, Uganda və digər maddi resurlarla zəngin ölkələr siyasi qarışıqlardan əziyyət çəkəndə bu qarışıqlarda Sorosun izləri açıq aydın görünürdü. Daha sonra isə maliyyəçi Şərqi Avropa və post Sovet ölkələrinə diqqət yetirməyə başladı. Serbiya, Gürcüstan, Ukrayna, Makedoniya – bütün bu ölkələrdə Sorosun lahiyələri insanları “ağ günə” çıxartdı və bu ölkələrin hamısında onun uzunmüddətli iqtisadi maraqları var.
Sorosun maliyyə uğurlarının arxasında nəyin dayanması haqqında iki mülahizə var. Bunlardan birinciyə görə onda maliyyə öncə görməsi var. İkinci mülahizəyə görə isə Soros dünyanın lider dövlətlərindəki rəhbərliyindən insayder məlumatları toplayır. Onun bu cür qeyri qanuni əməllərinin üstü bir neçə dəfə açılsa da Soros bu cinayətlərdən cərimə ödəməklə yaxa qurtara bilib. İkinci mülahizə daha həqiqətə yaxın görünür.
Fəqət yuxarıd qeyd olunan mülahizələrdən başqa Sorosun maliyyə uğurlarının arxasında daha bir faktor – böyük pul mənbələrinə çıxış da olabilər. O “pul sahibləri” olaraq adlandırılan dünyanın ən zəngin qruplaşmalarına yaxındır. Bu ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olsa da kapital formasının şəxsi olduğu yəni özəl bankdan başqa heç nə olmayan Federal Ehtiyat Sisteminin əsas sahibləri olan ailələrdir. Bu ailələr dolların çap dəzgahını əllərində tutur, istədikləri qədər dollar çap edir və daha sonra bu pulları effektli şəkildə investisiya edirlər. Onların bu işdəki əsas köməkçilərindən biri Sorosdur. Hardasa onu da “Pul sahiblərindən” biri hesab etmək olar. Yuxarıda qeyd olunduğu kimi Əalt Streetin “Böyük altılığına” girən Citigroup bankının hissələrinin çoxusu Sorosa aiddir. Bu altı bank qapalı səhmdar cəmiyyət olan Federal Ehtiyat Sisteminin sahibləridir. Ancaq Soros, Rotşild və Rokfeller ailələri kimi Federal Ehtiyat Sisteminin əsas sahiblərindən deyil. O sadəcə bu iki ailəyə xidmət edir. Bəzi məlumatlara görə o Rotşildlərə işləyir.
Əsas odur ki ölkələrin milli valyutalarının məzənnədən salmaq kimi əməliyyatları həyata keçirmək üçün onda həmişə kifayət qədər maddi vasait olur. Yəni bu əməlliyatlara ölkələrin Mərkəzi banklarında mövcüd olan pul ehtiyatlarından daha çox vasəitlə girir. Məsələn 1992-ci ildə Britaniya fıntunun məzənnəsini salmaq üçün ona nə az nə çox 20 milyard dollar lazım idi. O vaxt isə Sorosun əlində bu qədər pul yox idi və o hardansa bu pulları əldə etmişdi. Bundan başqa idarə etdiyi “Soros Fondu” da “Pul sahiblərinin” varidatlarının müəyyən bir hissəsini saxlama kassası rolunu oynayır.
Burada çox vacib bir məqamı unutmaq olmaz. “Böyük ailələr” Sorosa lazım olan maliyyə resurslarını heç də öz kapitallarını çoxaltmaq üçün vermirlər. Bunun üçün onsuz da onların ailə çap dəzgahı daxil olmaqla bir çox imkanlar var. Soros pulu sevir, həyatı boyu fərqli ölkələrin siyasi və iqtisadi sabitliyini məhv edərək, sanki qumar oynayaraq öz varidatını çoxaldır. “Böyük ailələrə” xaos mühitini yaratmaq milli dövlətlətləri məhv edərək özlərinin son məqsədinə dünya hökmranlığına can atırlar. Və bu işdə Soros, xidət etdiyi ağalarına sui qəsdlər, çevrilişlər və maydanların mahir ustası kimi lazımdır. Ona görə də o “fəlakət kapitalistidir”. Dünyanın hər hansı bir yerində qan, vətandaş qarşıdurması və digər iqtisadi və siyasi bəlaların bir çoxunun arxasında məhz bu qüvvələr durur.
Tərcümə etdi: Fuad Hilalov
Şərhlər