CHP – nin də daxil olduğu koalisiya İsrail-Türkiyə əlaqələrinə necə təsir edəcək?

29.06.2015 13:37     A-reaksiya     2799

Türkiyəli jurnalist Barçın Yinanç, qurulacaq koalisiyanın içərisində CHP-nin də olmasının, bir müddətdir gərgin olan Türkiyə-İsrail əlaqələrinin yumşalacağını bildirib.

Reaksiya.az – açıqlamasında “Huriyyet Daily News” qəzetinin xarici siyasətçisi Barçın Yinanç bildirib ki, böyük koalisiyanın yaradılması ilə İsraillə əlaqələrin müsbət istiqamətdə irəliləyəcək. Yinanç qeyd edib ki, CHP-nin seçki marafonunda çox açıq bir şəkildə İsraillə əlaqələrin normallaşacağı ilə bağlı müddəalar mövcud idi: “Buna görə də CHP-nin olduğu bir koalisiyada bu məsələdə bir addım atılması tələb olunacaq. Atılacaq addımlar çox radikal olmasa da, uzunmüddətli bir yumşalma reallaşa bilər".

 

Yumşalma olsa da,əlaqələr əvvəlki kimi olmayacaq

 

İsraildəki mövcud siyasi vəziyyət də iki ölkə əlaqələrinin keçmiş parlaq dövrünə qayıtmasına maneə yaradır" deyən Yinanç hesab edir ki, İsraildəki siyasi mühit, Fələstin probleminin həllində heç bir ümid vəd etmir.

Yaxın Şərqdəki şərtləri dəyişdirmə gücünə sahib iki ölkənin yüksək səviyyədə təmas içərisində olmalarının gözlənilmədiyini söyləyən Yinanç bürokratiyanın ünsiyyət halında olmasını qeyri – adi hal saymadığını vurğulayıb.

Şərhlər