Çin demokratikləşəcəkmi?

30.05.2015 12:48     A-reaksiya     1500

Müasir dünya iqtisadiyyatının ən önəmli hissələrindən birini təşkil edən, ancaq hələ də Çin Kommunist Partiyası tərəfindən tək partiyalı sistemlə idarə olunan Çin Xalq Respublikasında önümüzdəki illərdə hansı inzibati rəhbərlik formasının qurulacağı, akademik dünyada əhəmiyyətli bir müzakirə və araşdırma mövzusudur. Optimistlər Çinin önümüzdəki illərdə zənginləşməsinin və sinifli cəmiyyətin ortaya çıxışının təbii nəticəsi kimi bu ölkədə bir demokratikləşmə bumunun yaşanacağını nəzərdə tutarkən, pessimistlər Çinin təkpartiyalı sistemini təsir sahəsinə girəcək digər dünya ölkələrinə məcbur qəbul etdirməsindən narahatlıq keçirirlər. Bu yazıda Müqayisəli siyasət sahəsinin əhəmiyyətli mütəxəssislərindən Larry Diamond'ın "Why China s Democratic Transition Will differ From Taiwan s" və Baogang HE'nin "Working with China to Promote Democracy" məqalələri işığında, Çinin demokratikləşmə imkanlarını müzakirə edəcəyik.

Çini demokratiyaya keçidi bacarmış Tayvanla müqayisə edən Diamond iki ölkə arasındakı əhəmiyyətli fərqlərə diqqət çəkir və buna görə də Tayvan modelinin Çində tətbiqinin çətin olduğunu ifadə etməkdədir.

 

Əhali

 

Əlbəttə Çin Xalq Respublikası deyiləndə birinci ağla gələn bu ölkənin 1,4 milyarda yaxın olan əhalisidir. Çin əhali baxımından Tayvandan 60 dəfə böyükdür. Bu bir həqiqətdir ki, çox sıxlıq olan və böyük ölkələrdə demokratiyanın bərqərar olması daha çətin olur. Ancaq qüsurlarına baxmayaraq, 1,2 milyard əhalisi olan və gələcəkdə əhali baxımından Çini keçəcəyi ifadə edilən Hindistanda demokratiyanın tətbiq olunması, bu məqamda Çinin əhali arqumentinə sığınmasını etibarsız hala gətirir. Özünəməxsus idarəli şərtlər altında (burada ABŞ-dakı kimi iki partiyalı bir sistem daha cazibədar görünür), əlbəttə Çində də demokratiya hələ tətbiq olunur. Bu məqamda əlbəttə yerli demokratiyanın gücləndirilməsi və Çində hazırda olan 33 əyalətin öz özünü idarə ediləcək hala gətirilməsi, Çin dövlətinin əlini gücləndirə bilər. Ancaq Çin Kommunist Partiyası ilə Çin dövləti ilə iç-içə keçmiş olduğu üçün, bu, ancaq Kommunist Partiyanın istəyiylə mümkün ola bilər.

 

Coğrafi amillər

 

Çinin heyəti olduğu torpaqlar, Tayvanın 250 qatıdır. Tayvanda demokratiyaya keçid prosesində yerli rəhbərliklərə yaxşı inteqrasiya edən Tayvan dövlətinin əksinə, Çində bu vəziyyətin reallaşması çox çətin başa gələ bilər. Buna görə də Çin Kommunist Partiyasının rəhbərləri demokratiyaya keçidlə bağlı qorxu içindədirlər. 1970-ci illərin sonlarından etibarən Tayvanın demokratikləşmə prosesində, milliyyətçi Kuomintang (KMT) partiyasının o dövrdəki lideri Chiang Ching-Kuo müsbət rol oynamış və mətbuat azadlığı və digər partiyaların qurulmasına icazə verilməsi baxımından əhəmiyyətli islahatlara imza atmışdır. Tayvanın "Səssiz İnqilab" (Quiet Revolution) kimi tarixə keçən bu islahat prosesi 1987-ci ildə başa çatmış və 1996-cı ildə demokratik yolla seçilən ilk Tayvan prezidenti Lee Denghui ilə Tayvan demokratiyaya keçidi uğurla başa çatmışdır. Tayvan nümunəsində belə 1978 – ci ildən 1996 – cı ilə kimi davam edən olduqca uzun və zəhmətli bir çevrilmənin reallaşdırıldığı görülməkdədir. Buna görə də Çin Xalq Respublikası demokratiyaya keçid qərarı alsa belə, bunun ancaq idarəli, planlı və yavaş-yavaş reallaşması mümkün ola bilər.

 

Çin iqtisadi möcüzəsinin görünməyən tərəfi

 

Larry Diamondun fikrincə; Çinin təsir edici iqtisadi inkişafının arxa planında, bu ölkədə yeni ortaya çıxmağa başlayan çox əhəmiyyətli problemlər yatır. Bu problemlərin başında sinfi bərabərsizliyin artımı gəlir. Kommunist bir partiyanın idarəsindəki Çində, sürətli zənginləşən şəhərli tacir əhali ilə dağlıq ərazilərdə yaşayan çinlilər arasında böyük bir gəlir fərqi və həyat tərzi uçurumu yaşanmaqdadır. İkinci əhəmiyyətli problem isə ətraf mühit çirkliliyidir. Nəzarətsiz inkişaf edən iqtisadi inkişaf özlüyündə böyük ətraf mühit problemlərini (xüsusilə böyük şəhərlərdəki hava çirkliliyi) gətirməkdədir. Ancaq Çin Baş naziri Li Keqiang'ın son açıqladığı və iqtisadi inkişafı 7% - lə məhdudlaşdırmağı nəzərdə tutan iqtisadi hədəflər bəyannaməsində, ətraf mühit problemlərinin üzərində daha çox durulacağının açıqlaması, bu mənada ümid verici bir inkişaf kimi dəyərləndirilə bilər. Üçüncü əhəmiyyətli problem, Dövlət Başçısı Şi Cin Pinqin israrla mübarizə aparmağa çalışdığı artan korrupsiya iddialarıdır. Ən son Bo Sılay hadisəsi ilə mediatik hala gələn bu sui-istifadə problemi, bəzilərinə görə Kommunist Partiyası daxilində liberal qanadın mühafizəkar qanadı təmizləmə səylərinin nəticəsidir. Beşinci əhəmiyyətli problem isə, böyük şəhərlərə köç edən on milyonlarla çöl seqmentindən gələn gənclərin ucbatından artan işsizliyi və bunun yaratdığı ictimai partlayış riskləridir.

Bütün bu səbəblərə baxıldığı zaman, Çin Xalq Respublikasının qısa və orta vədəli kənardan bir məcburiyyət olmadan demokratiyaya keçə biləcəyini düşünmək səhv olacaq. Buna görə, ABŞ baxımından bu ölkəni demokratiyaya keçid mövzusunda məcburi izlənilməsi daha yaxşı bir siyasət alternativi, bu ölkə ilə birlikdə çalışmaq və Çin xarici siyasətinin aqressivləməsini qarşısını almaq olacaq.

 

Reaksiya Araşdırma Qrupu

Şərhlər

Çox oxunanlar