Ukrayna-Türkiyə münasibətləri
29.06.2015 17:39 A-reaksiya 2493
Prof. Dr. Beril Dedeoğlu
Qalatasaray Universiteti, Beynəlxalq münasibətlər fakultəsi
Ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri, Türkiyə-Ukrayna Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının IV konfransı vəsiləsiylə reallaşdı. Ukrayna "normal" bir ölkə olsaydı, yəqin ki, bu səfər haqqında ayrıca bir yazın yazmağa ehtiyac olmazdı. Ancaq Ukrayna həqiqətən iki dünya arasında bölünmüş bir ölkədir; Türkiyə isə iki dünyaya aid bir ölkə olduğuna görə bu ziyarət olduqca kritik bir vaxta təsadüf edirdi.
Danışıqlar sonra verilən mətbuat açıqlamasında Türkiyə açıq bir şəkildə Ukraynanı Avropada gördüyünü bəyan etdi. Bu da dolayı da olsa Rusiyanın Şərqi Ukraynadakı varlığının təsdiqlənmədiyi mənasına gəlirdi. Ayrıca, Türkiyə prezidentinin Krım türkləri üçün xüsusi yer ayırması, "Krım türklərini yaxından izləyirik" açıqlamasını verməsi də oilduqca əhəmiyyətli idi.
Krım türkləri ilə bağlı bu açıqlama əsasən təkcə Ukraynaya xitab etmirdi. Bu daha çox Rusiyanın Krımı bir şəkildə ilhaq etməsi ilə bağlı narahatlığı ifadə edirdi.
Türkiyənin Ukrayna ilə münasibətlərini strateji dərəcədə olduğunu açıqlayıb, eyni zamanda Rusiyanı çox ciddi tənqid etmək, Ukraynanın prezidenti Poroşenkonu elə də xoşbəxt etmədi.
Poroşenko narahatlığını birbaşa dilə gətirmədi; o işi mətbuat konfransında sual soruşan bir jurnalistin öhdəsinə buraxdı. Jurnalist isə Türkiyənin həm Rusiyanı tənqid etməsi, həm də əlaqələrini inkişaf etdirməsi ilə bağlı ikibaşlı bir sual verdi.
Ukraynadan baxanda vəziyyət belə görünür demək ki; ya bir dövlətlə iş qurub dost olacaqsan, ya da o dövləti tənqid edirsənsə əməkdaşlıq qurmayacaqsan. Halbuki müasir diplomatiya bunun əksini deyir. Dost ölkələrlə əməkdaşlığı inkişaf etdirmək çox əhəmiyyətlidir, ancaq əsas müvəffəqiyyət bir də dost olaraq görülən ölkələrlə əməkdaşlığı təmin edib qarşılıqlı asılılığı yaratmaqdır.
R. T Ərdoğanın bu suala verdiyi cavab, çox açıq oldu; Rusiya-Türkiyə arasındakı ticarət həcmi, investisiyalar və enerji ehtiyacı olduqca önəmlidir. Yəni bu mənada eyni imkanları Ukrayna təmin etsə, Rusiya ilə enişli-yoxuşlu və çox çətin olan bu əlaqəyə o qədər də həssaslıq göstərilməzdi demək istədi.
Bu, illərdir Ermənistana üçün də səsləndirilən bir səbəbdir. Ermənistan Türkiyənin Azərbaycanın təzyiqi altında qalaraq ikili əlaqələrdə addım atmaqdan çəkindiyini irəli sürür. Türkiyə də cavabında "yaxşı, bəs sizdə neft, təbii qaz, investisiya imkanları, Antaliyada filan oteli tikəcək qədər zənginlər insanlar varmı?" sualını verir.
Göründüyü kimi Rusiya öz yaxın coğrafiyasındakı ölkələrin "qərbə" açılmalarını Türkiyə üzərindən etmələrini istəyir. Belə olan halda Ukraynanın hələ Almaniyaya baxmaqda israr etməsi çox da mənalı deyil; Rusiya seçimini edib, Türkiyə də bu seçimə sayğı ilə yanaşır və ona uyğun addım atır.
Şərhlər