"Qərbin Suriya böhranında Rusiyaya ehtiyacı var...” - Sanksiyalar bu il qaldırıla bilər…

28.01.2016 14:55     A-reaksiya     2336

Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar bu il qaldırıla bilər mi? “Bloomberg” agentliyinin fikrini soruşduğu bəzi avropalı ekspertlər və siyasətçilər Suriya başda olmaqla digər bəzi bölgələrdəki gərginliyin artmasının, Rusiyanı Qərb üçün lazımlı bir "müttəfiq" halına gətirə biləcəyini və bunun nəticəsində də sanksiyaların bu il ərzində yumşaldıla biləcəyini və ya tamamilə ləğv edilə biləcəyini bildiriblər.

ABŞ xarici işlər naziri John Kerrinin Davos zirvəsində Minsk müqaviləsinin şərtlərinin gələcək bir neçə ay ərzində yerinə yetirilməsinin mümkün olduğunu və Rusiyauya qarşı sanksiyaların aradan qaldırıla biləcəyini dediyini xatırladan agentlik Almaniya maliyyə naziri ilə Fransa iqtisadiyyat nazirinin də, Suriya böhranının həlli üçün Avropanın Rusiya ilə yaxın münasibətlərdə qurmağa ehtiyacı olduğu ilə bağlı açıqlamalarına diqqət çəkib.

Qərbin bugün ilk növbədə Rusiya ilə yox, radikal islamçılar və Suriya məsələsi ilə məşğul olduğu, buna görə də Moskva ilə əməkdaşlığa normai baxdığı ilə bağlı tez – tez açıqlamalar səslənir.

Şərhlər

Çox oxunanlar