“Hamısı boş təhdidlərdir” - Almaniyalı ekspert

28.01.2016 18:17     A-reaksiya     2622

Aİ-nin son planı, xarici sərhədlərin daha yaxşı qorunması və lazım gələrsə, Yunanıstanın avrozonadan olmasa da, Şengen bölgəsindən ixrac edilməsidir. DW – nin Avropa müxbiri Bernd Riegert düşünür ki, bu düstur böhran üçün uğurlu həll variantı deyil.

Avropalı siyasətçilər, Aİ-nin xarici sərhədlərinin daha yaxşı qorunmalı olduğunu tez – tez dilə gətirməyə başlayıblar. Amsterdamdakı son Aİ Daxili İşlər Nazirləri Şurasında də eyni sözlər deyilib. Sərhədlərin daha yaxşı müdafiəsi üçün nə etmək lazım olduğuna gəlincə isə... Bunu əvvəlcə Yunanıstan bilmək istəyir. Viza səyahət bölgəsi Şengeni xilas etmək üçün xarici sərhədlər daha yaxşı qorunmaq istənilirsə, o zaman sərhədlərin kimlərdən və nələrdən qorunacağını da bilmək və müəyyənləşdirmək lazımdır.

 

Mühacirləri uzaqlaşdırmaq

 

Almaniya bu baxımdan sığınacaq axtaran şəxslərin, miqrant olmaq istəyənlərin və miqrant sayının hiss olunacaq dərəcədə azaldılmasını istəyir. Məqsəd xaricilərin Aİ torpaqlarına addım atmasının qarşısının alınmasıdır. Belə olan halda yunan sahil mühafizəsi xidməti Egeydə həbs etdiyi qaçqın qayıqlarını Türkiyəyə geri qaytarsın, ya da batırsın? Əlbəttə, bu insanlığa yaraşan hal deyil. Qanuni baxımdan da səhvdir. Çünki, özləri günahkar olsalar da dənizdə qəza keçirənlər xilas etməmək mümkün deyil.

Mühacirlər yunan adalarına çıxmağa davam edəcək, oralarda ehtiyacları ödəniləcək və qeydiyyata alınacaqlar. Balkanlar yolu ilə yollarına davam etmələri üçün iltica şikayətinin bir an əvvəl tamamlanması lazım gələcək . Bunun üçün də qaçqınların qala biləcəkləri nəhəng düşərgələr qurulmalıdır. Eyni zamanda Avropa yönündə yollarına davam edəcəklərlə müraciətləri rədd olunanları ayırmaq məqsədi ilə qanuna da ehtiyac duyacaq. Bu sistemin nüvəsini qaynar nöqtələr meydana gətirə bilər. Amma bu düstur belə indiyə qədər ancaq söz olaraq qalıb. Yunanıstan artıq üzərinə düşəni yerinə yetirəcək halda da deyil. Türkiyə ilə arasındakı dəniz sərhədini bağlaması isə mümkün deyil.

 

Hamısı boş təhdidlərdir

 

Belə olan təqdirdə Yunanıstanı Şengen bölgəsindən çıxarmaqla təhdid etmənin heç bir mənası yoxdur. Çünki praktikada heç bir şey dəyişməyəcək. Yunanıstanın qaçqın ordusunu saxlayacaq sərhəd yaxınlığındakı düşərgələrə ehtiyacı var.

Şərhlər

Çox oxunanlar