Putin və Erdoğan: Oxşar və ziddiyyətli siyasi dühalar… - maraqlı

30.05.2015 15:56     A-reaksiya     1103

Fərqli bir Putin-Erdoğan müqayisəsi

 

"Erdoğan hər gün bir az da Putinə bənzəməyə, avtoritar rəhbərlik tərzinə yönəlməyə başlayıb". Qərb mətbuatında son dövrdə bu və bənzər şərhlər çoxalmağa başlayıb. Turkrus.com saytının əməkdaşları iki önəmli siyasi lider arasında bənzər və ziddiyyətli məqamları Moskvadan gördüyümüz qədəriylə dəyərləndirməyə çalışıblar. Sizə həmin araşdırmanı təqdim edirik:

Əsəblərin cilovlanması: Bu məsələdə Putin peşəkar, Erdoğan bir az hissi davranır. Putin də əslində olduqca əsəbi bir xarakterə sahibdir, amma DTK – nin bütün sistemlərindən uğurla keçdiyinə görə duyğularını idarə etmək ondan çox uğurlu alınır. Ən çətin zamanlarda belə sakit və təmkinli davranır. İşi tez-tez yumorla həll edir. Hirsləndiyi anlarda sərt mesajlarını belə zarafatlar, "kobud" atalar sözləri və deyimlər vasitəsi ilə təbəssümlə verir. Amma nadir hallarda olsa belə hirslənəndə (işçiləriylə müqavilə imzalamayan oliqarxlardan birinin sifətinə qələmi çırpması kimi) heç kimi gözü görmür. Erdoğan isə bir qədər emossionaldır.

Yumor anlayışı: Putinin ən güclü silahlarından biridir. Erdoğanın "Kasımpaşalılığı" kimi Putinin də rus dilində buna uyğun gələn "mujik" tərəfi var. Amma bunu jest və mimikalarla, zarafatları ilə yumşaltmağı bacarır. Keçən yay Sankt Peterburqda keçirilən İqtisadi Forumda əsnasında Merkelə tərəf çevrilib "Zifaf gecəsi olmadı deyə, o iş heç olmayacaq mənası çıxmamalıdır" dediyi an tarixə düşdü. Sinxronun tərcümənin necə edilməsi də medianın gündəmində idi! 2006 – cı ildə cinsi həyatı ilə bir sual veriləndə "İlk dəfə nə vaxt sekslə məşğul olduğumu xatırlamıram, amma sonuncu dəfə baş verənlər tam yadımda qalıb" – cavabını vermiş, gülmüş və eyni zamanda güldürmüşdü. Erdoğan nadir hallarda gülür, Putin isə nadir hallarda qaşqabağını tökür.

Gərginlik yaratmaq taktikası:  Hansı ölkədə və hansı lider olmasından asılı olmayaraq, liderlər tez - tez öz məşhurluqlarını saxlamaq, aktuallıqlarını qorumaq üçün xalqa hədəf göstərir və "düşmən yaradırlar". Erdoğanın bu siyasi üsuldan həm daxildə, (Gəzi Parkı vs.) həm də xaricidə (İsrail, ‘bizi sevməyən Qərb' vs.) düşmən obrazı yaratdığı açıqlamaları olduqca məşhurdur. Putin isə daha çox xaricidə "hədəf" yaratmağa diqqət edir. İçəridə isə Rusiyanın həssas federal tarazlıqlarını qorumaq üçün böyük səy göstərir. Rus milliyyətçiliyi qızışdırılanda ölkənin sabitliyi və həmrəyliyinə görə tez qarşısını kəsir. Qafqazda bu qədər məşhur olmağının səbəbi də məhz  bu məsələdəki həssas davranmasıdır.

Açıq və qapalı oyunlar qurmaq: Erdoğan siyasi həyatında kartları açıq oynayır, sözünü deməkdən çəkinmir, düşündüyünü dərhal dilinə gətirir.  Daosda "Van minut!" deyə qalxıb getməyi bacarır. Putin isə Sovet diplomatiyasından miras qalan "təmkinli" siyasi taktikanı izləyir: Fövri reaksiya vermir, amma heç nəyi də unutmur. Sadəcə qeyd edir və reaksiya vermək üçün ən əlverişli məqamı gözləyir. Bir hadisədən sonra veriləcək reaksiyaları düşünsək, Erdoğanın nə edəcəyini "çox asan", Putinin nə edəcəyini isə "çox çətin" təxmin etmək mümkündür.

Silmək ya da silməmək: Erdoğan, bir dövr çox yaxşı əlaqəsi də olsa, əgər bir səbəbdən olsa dərin bir gərginlik yaşanıbsa, bir ölkənin liderini bir qələmdə silib ata bilməyi bacarır. Əsad ən yaxşı nümunədir. Putin isə 15 illik iqtidarı dövründə qanlı bıçaq olduğu düşünülən bir çox ölkə və liderlə daha sonra siyasi vəziyyətə uyğun olaraq əl tutub görüşməkdən qaçmadı, hətta yenidən normal əlaqələrə dönə bildi: Lukaşenko, Timoşenko, Buş və hətta Poroşenko... İngiltərə, Belarus, Gürcüstan,  Ukrayna...

Susmaq ya da susmamaq: Erdoğan demək olar hər gün bir hadisədən sonra kameraların qarşısına keçir və uzun – uzadı danışmağı sevir. Putin isə çox az – az danışır. Rusiyada ABŞ – dakı spikerlik sisteminə bənzəyən bir "spikerlik" sistemi var. Mətbuat spikeri Dmitri Peskov onun adından nə lazımdırsa danışır və hər sözü Putininn ağızından çıxıbmış kimi təsir yaradır. Türkiyədə isə bu system alınmır. Liderin özü danışmadıqca, deyilən sözlər qəbul olunmur

İdman həyatı: Gəncliyində Ərdoğan futbolçu, Bütün cüdoçu kimi aktiv idmanla məşğul olublar. Hər nə qədər nümayişlərdə “qəşəng qollar” atsa da, Ərdoğanın idmanla əlaqəsi də gənclikdə başa çatıb. Arada xalça sahədə futbol oynayır, bir az gəzintiyə çıxır ki, bu da biz Türklərdə elə idman sayılır. Putin isə idmanı həyat tərzi halına gətirib. Hər səhər üzür. Cüdodan at minməyə, üzgüçülükdən futbola hər idman növünə maraq duyur. Belə demək mümkündürsə, idman onun ömür yoluna yazılıb.

Media ilə əlaqələr: Bu məsələdə mənzərə demək olar ki, bənzərdir. Erdoğan özünə yaxın işadamları vasitəsi ilə mediada idarəetməni təmin etməyə çalışdığına görə tənqid olunur. Rusiyada Putin bunu, “Qazprom” başda olmaqla dövlətin inhisarındakı böyük şirkətləri mediaya sponsorluq etmələrinə şərait yaradaraq təmin edir. Türkiyədə hələ də iqtidarın yoxlaması xaricində və müxalifyönümlü yüksək tiraja və reytinqə sahib milli media orqanları mövcuddur. Rusiya bu məsələ bir qədər zəif inkişaf edib.   Federal nəşr orqanları Kremllə tam razılaşma ilə çalışır. İctimaiyyətə təsir gücü olmayan bəzi kiçik nəşr orqanlarına isə, "məmləkətdə kifayət qədər demokratiya olduğunun dəlili kimi" çox da diqqət yetirilmir. Amma onların da onsuz da dar bir çevrədən kənara səsləri çatmır!

Dinə bağlılıq: İki lider də dindardır. fürsət tapan kimi dini vəzifələrini yerinə yetirirlər. Erdoğan məscidə, Putin isə kilsəyə gedir. Kremllə Ortodoks Kilsəsi "tam bir həmrəylik içində" çalışır. Ancaq Putin çox vaxt dinlə bağlı açıqlamalar vermir.

 

TURKRUS.COM saytının əməkdaşlarının araşdırması

Şərhlər

Çox oxunanlar