Əl Ərəbi: Rusiyanın Yaxın Şərq siyasəti olduqca professionaldır - TƏHLİL

30.06.2015 13:51     A-reaksiya     2819

Bunu Ərəb Liqasının baş katibi Nəbil Əl Ərəbi Rusiyanın Yaxın Şərqdəki böhranlarla bağlı izlədiyi siyasəti dəyərləndirərkən bildirib.

Moskvada 1-2 iyulda tarixində BMT – nin dəstəyi ilə reallaşdırılacaq Fələstin Konfransında iştirak edəcək olan Ərəb Liqasının Baş katibi Nəbil Əl Ərəbi Reaksiya.az müxbirinin suallarını cavablandırıb.

 

Suriyada vəziyyət olduqca pisdir

 

Nəbil Əl Ərəbi, Moskvada Lavrovla reallaşdıracaqları görüşdə Suriya böhranının də əhəmiyyətli bir yer tutacağını bildirib. Danışıqlar zamanı Suriya böhranı ilə bağlı qərarlar alınacağına ümid edən Əl Ərəbi bildirib ki, dünyanın heç bir yerində vəziyyət Suriyadakı kimi pis deyil.

 

ƏRƏB LİQASI ŞAM rəhbərliyi ilə hər zaman münasibətdədir

 

Əl Ərəbi Ərəb liqasının Suriya böhranının həlli ilə bağlı ortaq bir plan üzərində çalışıb çalışmadığına dair sualı isə belə cavablandırıb: "Ərəb Liqası Suriya böhranının başından bəri aktiv rolu öz boynuna götürüb. Ölkənin hökuməti ilə daim münasibətlər qurub. Bir çox fərqli təkliflər təqdim edib. Bunların isə bəziləri qəbul edilib, bəziləri isə edilməyib".

 

Rusiyanın Yaxın Şərqdə rolu əhəmiyyətli dərəcədədir

 

Digər tərəfdən Əl Ərəbi Rusiyanın Yaxın Şərq siyasətini necə qiymətləndirdiyinə bağlı suala cavab olaraq da bunları deyib: "Mənə görə Rusiya Yaxın Şərqdəki problemlərlə bağlə çox ağıllı bir siyasət izləyir. Rus hökumətinin bölgə ölkələriylə yaxşı əlaqələri var. Ayrıca, Yaxın Şərqdəki problemləri da çox yaxşı anlayırlar. Buna görə də Rusiya bölgəmizdə çox əhəmiyyətli bir rol oynayır. Bu, gələcəkdə də belə olacaq".

Şərhlər

Çox oxunanlar