Keçmiş preizdent yeni partiya qurur... - İDDİA
30.06.2015 14:15 A-reaksiya 2223
Bahçeli Akşeneri buna görə silib?
MHP sədri Bahçelinin Meral Akşener adının üstündən çəkməsinin əsl səbəbinin Meral Akşenerin və Abdullah Gülün adının keçdiyi yeni bir partiya qurma cəhdi olduğu danışılır.
Türkiyənin “Sabah” qəzetinin jurnalisti Mahmud Övür bomba bir iddia ortaya atıb. YENİ PARTİYA dedi-qodusu adlı yazısında Mahmud Övür bildirib ki, MHP lideri Dövlət Bahçelinin Meral Akşenerin adının üstündən xətt çəkdiyi ilə bağlı gəzən söz - söhbətin maraqlı məqamları ortaya çıxıb. Deyilənlərə görə, Bahçeli Akşener adını eşidəndə artıq dəliyə dönür. Bunun səbəbi isə Meral Akşenerin mərkəz sağda qurulacaq yeni bir partiyada adının hallanmasıdır.
Dövlət Bahçelinin Akşeneri bir müddətdir çox sərt tənqid etdiyini və çıxdaş hala gətirdiyini yazan Mahmud Övür aşağıdaki məqamlara da toxunub:
"Üstündən xətt çəkib"
"Bunun tək səbəbi də Akşeneruin sədr olmaq ehtimalı deyil. Elə olsaydı, daha əvvəl adları sədrliyə namizəd kimi hallanan Koray Aydın və Ümid Özdağ da eyni formada cəzalandırılardı.
Halbuki Akşenerin harda adı çəkilirsə Bahçeli qəzəblənir. Hətta bir dəfə Bahçeli onu çox sərt bir şəkildə tənqid də etmişdi: "MHP-də təkcə Akşener yoxdur. Ondan daha dəyərli millət vəkilimiz var. Nə üçün həmişə onun haqqında danışılır? Bu ədəbsizlikdir. Hesab edirəm ki, Akşener itirib. Və üstündən xətt çəkilib".
"YENİ PARTİYA VƏ Meral Akşener" İDDİASI
"Yaxşı, bəs Bahçeli səbəb Akşenerə bu qədər hirslidir? Siyasi kulislərdə bu suala, "Mərkəzi sağda yeni bir partiya yaradılır” - cavabını verirlər. Onun da ətrafında iki güclü şəxs var; Türkiyənin 11 - ci prezidenti Abdullah Gülün çevrəsi və Meral Akşener...
Şərhlər