Qlobal ağdərili irqçilik: terrorun yeni forması - ARAŞDIRMA

30.06.2015 15:07     A-reaksiya     2940

Benjamin R. Teitelbaum

 

17 İyun 2015-ci il tarixində Cənubi Karolina əyalətindəki Çarleston şəhərindəki bir kilsədə ibadət edən doqquz qaradərilini vurub öldürən 21 yaşındakı Dylann Roof qəribə və qorxunc görünürdü. Amma eyni zamanda olduqca tanıdıq idi.

22 İyul 2011-ci il tarixində, 36 yaşındakı norveçli Anders Behring Breivik əvvəl iki bomba partlatmış, sonra Oslo sakinlərini güllə yağışına tutublar, çoxu gənc yaşda olmaqla 77 nəfərin ölümünə səbəb olmuşdu. Breivik eyni Roof kimi hücumlarını tək başına planlamış və tətbiq etmişdi. Breivik, eyni Roof kimi, ardında öldürdüyü şəxslərə qarşı bəslədiyi kini vurğulayan qorxunc bir manifest ortaya atılmışdı. Və Breivik eyni ilə Roof kimi, "ağdərili milliyyətçiliyi" kimi bilinən qlobal bir sağ alt mədəniyyətlə olan əlaqəsini açıqca sərgiləmişdi.

Məhz bu qlobal ağdərili milliyyətçi terrorun yeni formasıdır.

Zaman - zaman "sağqanad radikallığı" ya da "mütəşəkkil irqçilik" kimi təyin olunan ağdərili milliyyətçiliyin bir alt formasıdır. Ağdərili milliyyətçilər özlərini ümumiyyətlə Cənub Konfederasiyasının ya da Nasist Almaniyasının varisləri kimi təqdim etsələr də, aksiyaları bütün dünyaya yönəlib. Hərəkatın əsas iddiası, qlobal ağdərili əhalinin, çoxmədəniyyətçilik, irqlərarası və feminizim kimi ictimai hərəkatların inkişaf etməsi kimi səbəblərlə üstün xüsusiyyətlərini itirmələridir. Bunların hamısının yəhudilər tərəfindən idarə edildiynə inanılır. Hərəkat funksionerləri mövcud rejimləri yıxmağa ya da yalnız sektaların yaşadığı qapalı bir bölgəyə çəkilməyə çağırır. Ağdərili milliyyətçiliyin heç bir zaman mərkəzi bir təşkilatlanması olmayıb, lakin 1980 və 1990-cı illərdə Avropa, Amerika, Cənubi Afrika və Avstraliyada kiçik fəal qruplar şəklində ortaya çıxıblar. Bu qruplar ümumiyyətlə ideoloji sistemlərə və hər hansı bir xarizmatik bir liderə bağlı deyillər.

Tez – tez səsləndirdikləri inqilab çağırışlarına baxmayaraq, ağdərili milliyyətçi qruplar böyük miqyaslı zorakılıq hallarına çox nadir müraciət edirlər. Təbii burda bəzi istisnalar da yox deyil. Məsələn, amerikalı "The Order" təşkilatı, 1980-cı illərin ortalarında bir çox soyğunlar və cinayətlər törədiblər. Lakin, ABŞ federal agentlərinin “The Order”i çökdürməsindən sonra həbs olunan keçmiş üzvləri digər ağdərili millətçilərə onların taktikalarından istifadə etməmələri ilə bağlı xəbərdarlıq etmişdilər. Buna da əsas səbəb kimi, liberal cəmiyyətə qarşı silahlı müqavimətin mənasız olduğunu göstəriblər.

O zamandan etibarən ağdərili milliyyətçilikdən dünyada yaşanan daxili qarşıdurmalarda müxtəlif təşkilatlar və liderlər tərəfindən istifadə olunur. Bu daxili qarşıdurmalar hərəkatın daha da böyüməsinə səbəb olur. Ağdərili millətçilərin öz aralarında əməkdaşlıq yaratmasını və vahid bir şəbəkə qurmalarını təmin edən ən önəmli məqam daxillərində mövcud olan dinamik mədəniyyət sənayesidir. Öz mədəniyyətlərinin musiqilər vasitəsi ilə (mahnı sözləri ağ olmayanları şeytanlaşdıran punk və heavy metal tərzli musiqilər) yayılması və eyni tip saç kəsdirmə forması dünyadakı ağdərili milliyyətçilərin ortaq dil, işarə və mərasimlər yaratmasına gətirib çıxarır. Meydana gətirdikləri mədəniyyət bu əsəbi qlobal camaatın özlərini "tək" görmələrini təmin edir.

Dylann Roof və Andres Behring Breivik də bu ağdərili milliyyətçilik altmədəniyyəti ilə sırf bağlıdırlar. Roofun bədənində Cənubi Afrikanın irqçi bayraqlarını əks etdirən döymələr var idi. Veb səhifəsində Skandinaviya Runik əlifbasından istifadə edən Roof son zamanlarda, ailəsinin də qeyd etdiyi kimi, ağdərili millətçi mədəniyyətin ortaya çıxardığı musiqiləri dinləməyə başlamış və bu da onun fikirlərini daha da radikallaşdırmışdı. Bənzər bir şəkildə, Breivik də manifestinin böyük bir hissəsini ağdərili milliyyətçiliyin dünyadaki ən məşhur simalarından olan İsveçli musiqiçi Saqanın mahnılarının sözlərinə həsr etmişdi. Saqanın oxuduğu mahnıların sözlərində ağdərililərin nəslinin yaxında tükənəcəyi ilə bağlı xəbərdarlıqlar var və həmin mahnılarda İkinci Dünya müharibəsindəki nasistlər "müqəddəs bir savaş içində, qaranlığa qarşı yandırılan işığın mənbəəyi"  kimi qəbul edilir.

1990-cı illərin ilk illərində bu iki terroristin fəaliyyətinə, müəyyən bir simvolizmdən istifadəyə və ağdərili milliyyətçi mədəniyyətinin musiqisinə duyduqları heyranlıqlarına baxanda onların ağdərili milliyyətçi bir təşkilat ilə əlaqəli olduqlarını söyləmək mümkündür. Bu cür musiqilər və digər məhsullar poçt vasitəsilə, ya da konsertlər və digər fəaliyyətləri əsnasında paylanır. Buna görə də bu təşkilata giriş də müəyyən bir çərçivə daxilində məhdudlaşır.

Ağdərili milliyyətçiliyin səbəb olduğu əsl təhlükə hərəkatın içindəki əsas təşkilatlanma ya da məşhur liderlər yox, kimliyi qeyri – müəyyən olan internet istifadəçiləridir. Hərəkat gündən günə daha elastik və adəmi mərkəziyyətçi bir hala gəldikcə, ardıcılları genişlənəcək və öz arzuladıqlarının arxasından getməyə başlayacaqlar. Ortaya çıxan bu meylə qarşı mübarizə aparacaq olduqca çətindir.

 

Tərcümə: Oktay

Şərhlər