Aİ ilə soyuyan münasibətlər canlanmalıdır - EKSPERT RƏYİ

30.06.2015 15:55     A-reaksiya     2567

Avropa İttifaqı üzrə mütəxəssis Mustafa Kutlay son illərdə Türkiyə-Aİ əlaqələrinin soyuduğunu ifadə edib. Türkiyədə yeni qurulacaq hökumətin əlaqələri canlandırmaq üçün addım atmalı olduğunu vurğulayan ekspert seçkilərdən sonra başlayan təmasların davam etdirilməsini istəyib.

Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı (USAK) Aİ üzrə mütəxəssisi Mustafa Kutlay Türkiyə - Aİ əlaqələrini Reaksiya.az üçün dəyərləndirib. Müxbirimizin suallarını cavablandıran Kutlay Türkiyənin gündəminin son illərdə fərqli yönlərdə inkişaf etdiyini, buna görə də əlaqələrdə bir geriləmə yaşandığını ifadə edib. Seçkilərdən sonra əlaqələrin yenidən canlandığını deyən Kutlay atılacaq addımlarla müzakirələrin yenidən başlamasını istəyir.

Soyuma oldu

Ekspert bildirib ki, Türkiyənin gündəminin son illərdə fərqli yönlərdə inkişaf edib, buna görə də əlaqələrdə bir geriləmə yaşanıb: “Türkiyənin bu vəziyyətindən dolayı  Aİ- də bir soyuma yaşandı. Son zamanlarda Avrozonada daha çox iqtisadi müzakirələr aparılır. Əslində əlaqələrin soyumasında Aİ-dəki bu problemlərin də böyük rolu var”.

Yeni bir nəfəs açılır

Aİ ilə əlaqələrin yenidən normallaşma prosesinə daxil olduğuna diqqət çəkən Kutlay bildirib ki,Türkiyə-Aİ əlaqələrinin tam üzvlük yolunda yeni bir nəfəsə ehtiyacı var: “Seçkilərdən sonra əlaqələrdə yeni bir fürsət yaranıb. Yeni müzakirə müddəaları gündəmə gətirilməlidir”.

Türkiyədən təkliflər

USAK Aİ Araşdırma Mərkəzi, Türkiyə və Aİ arasındakı əlaqələrin yenidən əvvəlki halına çatdırılması üçün aşağıdaki təklifləri verib:

-Yeni qurulacaq 63 - cü hökumət islahat prosesinə tam üzvlük perspektivindən baxmalıdır.

-63 - cü hökumət, Aİ dəyərləri ilə bütöv və ifadəyə uyğun hərəkət edən və çoxtərəfli dialoqa əhəmiyyət verən bir xarici siyasət müəyyən etməlidir.

-Türkiyə, demokratiya və bazar iqtisadiyyatına əsaslanan əhatəli bir model yaratmalıdır.

-Türkiyə, Aİ üzvü olsa da, olmasa da Avropadakı sabitlik və rifahdan payını alacağına görə, Avropaya inteqrasiya layihəsi ilə birbaşa maraqlanmalı və necə bir Avropa istədiyi yolundakı müzakirələrə başlamalıdır.

Şərhlər

Çox oxunanlar