ABŞ-da silah mafiası çox güclüdür
01.07.2015 07:42 A-reaksiya 2755
ABŞ-da hər üç nəfərdən biri silahlıdır. Ölkədə təkcə 2013-cü ildə 33 mindən çox adam odlu silahla qətlə yetirilib.
"Injury Prevention" jurnalında dərc olunan araşdırmaya görə, amerikalıların 29% - i ən az bir odlu silaha sahibdir. Silah sahibi şəxslərin əksəriyyəti 55 yaşdan yuxarı şəxslərdir.
Columbia Universitetinin apardığı araşdırmaya görə, təkcə 2013-cü ildə 33 min 636 nəfər odlu silahla qətlə yetirilib, 84 min 258 nəfər də yaralanıb. ABŞ-da evlərdə təxminən 300 milyon odlu silahın olduğu təxmin edilir.
Araşdırmada 18 yaşdan yuxarı 4 min Amerika vətəndaşı ilə görüşən alimlər silah sahiblərinin yarıdan çoxunun ətrafının və dostlarının üstündə odlu silah gəzdirdiyini və gündəlik həyatda istifadə etdiklərini müəyyən ediblər.
Odlu silahla həyata keçirilən insidentlərlə tez-tez gündəmə gələn ABŞ-da yeni silah qanunun qəbulu tələb edilir. Ancaq ölkədə silah lobbisi olduqca güclüdür. ABŞ prezidenti Barak Obamanın da bu istiqamətdəki cəhdləri Respublikaçıların müqavimətinə görə uğurla nəticələnməmişdi.
Şərhlər