TBMM sədri bu gün seçiləcək
01.07.2015 09:37 A-reaksiya 2443
TBMM sədri seçkilərinin ilk 2 mərhələyə kimi irəliləməsi üçün yetərsay təmin etmək mümkün olmayıb. Prezident bu gün ediləcək 3-cü turda müxalifət partiyaları öz namizədlərinin arxasında dayanmağa davam edərsə, yarış AKP-li İsmət Yılmaz ilə CHP-li Deniz Baykal arasında davam edəcək. Dördüncü turda isə ən çox səs alan 2 namizəd yarışacaq.
AKP Sivas Millət vəkili İsmət Yılmaz, CHP Antalya millət vəkili Dəniz Baykal, MHP İstanbul millət vəkili Ekmələddin İhsanoğlu və HDP'den Mersin millət vəkili Dengir Mir Mehmet Fıratın Məclis sədrliyi üçün yarışdığı seçkilərin ilk iki turunda 367 səs barierini heç bir namizəd keçə bilməyib.
İlk turdaki səsvermədə 545 millət vəkili səs verib. AKP-li millət vəkili İsmət Yılmaz 256, CHP -li millət vəkili Dəniz Baykal 125, MHP-li millət vəkili Ekmələddin İhsanoğlu 81 və HDP-li millət vəkili Dengir Mir Mehmet Fırat isə 81 səs yığıb. 2 nəfər bitərəf qalıb.Müvəqqəti Məclis sədri olduğuna görə Deniz Baykal da seçkidə səs verməyib.
İkinci turda da seçki baş tutmayıb
İkinci tur səsvermədə 545 millət vəkili iştirak edib. İsmət Yılmaz 256, Deniz Baykal 128, Ekmələddin İhsanoğlu 80, Dengir Mir Mehmet Fırat 80 səs toplayıb. Bu turda bitərəf olmayıb, 1 səs isə etibarsız sayılıb.
4 namizəd yarışır
Hal – hazırda Məclis sədrliyi uğrunda dörd namizəd yarışır. HDP Deniz Baykal ilə İsmət Yılmaz arasında seçim etmək vəziyyətində qalsa, "müxalifətdən bir namizəd" olduğuna görə Baykala dəstək verəcək. Ancaq bu dəstəyi açıq şəkildə elan etmək yerinə, rəftarını səsvermə ilə göstərəcək.
Düyünü MHP açmalıdır
İsmət Yılmazın namizədliyini verən AKP-nin MHP-dən də səs alma hədəfinin təsirli olduğu bildirilirdi. Ancaq MHP sədri Bahçelinin daha əvvəl mətbuatda dərc olunan, "Ərdoğanın namizədinə səs vermərik" mesajı MHP-nin də qərarında önəmli rol oynayacaq. MHP-nin alacağı hər qərar səsvermənin aqibətini təyin edəcək özəlliyə sahibdir. Çünki MHP səsvermədə iştirak etməsə, HDP -li deputatlar Baykala səs versə belə səs sayı ən çox 211 – də qalacaq. İsmət Yılmazın oyu isə 258-dir. Kulis MHP-nin səs verməyə qatılıb, bitərəf səs verəcəyi iddiası da dilə gətirilir.
MHP qərarını müəyyən etmək üçün əlaqədar yığıncaq keçiriləcək. MHP sədri Dövlət Bahçeli bu gün keçiriləcək üçüncü və dördüncü dəfə səsvermədən də partiyasının Məclis qrupunu toplayacaq.
Şərhlər