İŞİD İsrailə niyə hücum etmir? - TƏHLİL
01.07.2015 11:04 A-reaksiya 2252
Müsəlmanları hədəf alan İŞİD-in, İsrailə qarşı ən kiçik bir addım berlə atmaması "İŞİD İosrail tərəfindən yaradılıb" kimi fikirlərin yayılmasına gətirib çıxarıb.
Ekspertlər İŞİD -in niyə heç İsrailə qarşı terror aksiyası həyata keçirmədiyi ilə bağlı şübhələri dilə gətirərkən, bölgədə PKK – nin darəsində qurulacaq bir Kürd dövlətinin ən çox İsrailin işinə yarayacağını söyləyirlər.
İŞİD təkcə İsrailə hücum etməyib
Məsələyə münasibət bildirən beynəlxalq ekspert Prof. Dr. Oya Akgönenç hesab edir ki, Suriyanın şimalı ilə bağlı İsraildən başqa hamının danışdığı faktının özü də maraqlıdır. İsrailin bölgədəki əməllərinə diqqət çəkən ekspert Şimali İraqda oynanan oyunların başqa bir formsasının Suriyanın şimalında oynandığını ifadə edib. Akgönenç bildirib ki, İsrail əl altından kürd qruplarına kömək edir: “İsrail, Suriyada özünə bağlı bir kürd qrupunun olmasını arzu edir. Şimali İraqda bu səylərini gördük onsuz da. Eyni şeyin Suriyada olması üçün heç bir səbəb yoxdur. İsrail, kürd qruplarının üstün vəziyyətlərindən hər zaman yararlanacaq. İsrail bir gün öz payına düşəni mütləq alacaq”.
DAEŞ -N hücum etdiyi yerlər niyə PYD-nin əlinə keçdi?
"Suriya neçə yerə bölünürsə bölünsün İsrailin buradakı hüquqları həmişə qorunacaq" - deyən Akgönençin fikrincə, bölgədəki müharibənin diqqət çəkən bir xüsusiyyətinin DAEŞ -in hücum etdiyi ərazilərin daha sonra terror təşkilatı PKK-nın davamı olan PYD -nin əlinə keçməsidir. Eskpert fikrini belə davam etdirib: "DAEŞ -in davranışı bəzən hardansa alınan əmrləri yerinə yetirmək təsiri bağışlayır. Yəni, nə baş verir: DAEŞ bir bölgəyə hücum edir, sonra dərhal geri çəkilir. Sonra çəkilən və boşaldılan yeri PYD tutur. Bu anoloji hallar bir deyil, iki deyil, dəfələrlə yaşanıb. Bunun üzərində dayanıb düşünmək lazımdır. Bir-biriylə döyüşürmüş görünən qrupların, razılaşmalı bir şəkildə döyüşdükləri fikri yaranır insanda".
Oya Akgönenç müxbirinin "DAEŞ-in İsrailə heç hücum etməməsini necə dəyərlənmdirirsiniz?” – sualına cavabında ekspert bildirib ki, bu məsələ oplduqca əhəmiyyətlidir: “İŞİD nə qədər müsəlman varsa, ona hücum edib, ancaq bir dəfə də olsun İsrailə hücum etməyib. Xəlifəliyə iddialıdır, İslamçı olduğunu deyirer, amma məsələ İsrailə gələn kimi geri çəkilir. Ağla dərhal bir sual gəlir: “İŞİD-in arxasında kim var ki, kim ona kömək edir ki, bu cür davranır? Nə üçün bir dəfə də olsun İsrailə hücum etmir?"
Şərhlər