General-leytenant Karakuş: “Türkiyə Əsəd ilə razılaşmalıdır” - ANALİZ

01.07.2015 13:44     A-reaksiya     2706

Bunu Reaksiya.az – a açıqlamasında təqaüddə olan hava qüvvələri general-leytenantı Dr. Ərdoğan Karakuş Türkiyənin bölgədəki vəziyyətə görə Suriya prezidenti Bəşər Əsad ilə birlikdə hərəkət etməli olduğunu söyləyib. O, bildirib ki, tez - tez təkrarlanan terror hücumları qarşısında dünya ictimaiyyəti bu təhdidlə ortaq mübarizə aparılması ilə bağlı gedərək daha çox razılaşır: “İraq Şam İslam Dövlətinin (İŞİD) təmsil etdiyi böyüyən terror təhlükəsi qarşısında Suriya və bölgədəki digər ölkələrin birləşməli olduğu fikri yayılır. Bilindiyi kimi, İordaniya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Türkiyə də bu mübarizədə iştirak etməyə hazırdır. Yaxşı, bu günkü mühitdə Ankaranın, Şamın da iştirak edəcəyi bir beynəlxalq koalisiyada yer alması mümkündürmü? Türkiyədə, Şam ilə müvəqqəti də olsa birləşib Suriyanın ərazi bütövlüyünü və Türkiyənin sərhədlərini təhdid edən terror təşkilatlarına qarşı birlikdə hərəkət etmə ilə bağlı nələr düşünülür?

Məsələ ilə bağlı Reaksiya.az - a açıqlama verən Türkiyə Təqaüddə olan zabitlər dərnəyinin sədri, təqaüddə olan hava qüvvələri general-leytenantı Dr. Ərdoğan Karakuş bildirib ki, müdaxilə üçün əsas şərt Suriyanın razılıq verməsidir: “Suriyanın öz torpaqları ilə bağlı həm İŞİD-lə, həm də PKK-PYD ilə çətinliklər var. Hal-hazırda Suriyanın şimalı, həm PKK-PYD, həm də İŞİD tərəfindən demək olar ki, tamamilə paylaşılıb . Burada bir tərəfdən IŞİD -in nə edəcəyi müəyyən deyil, digər tərəfdən isə PYD-PKK İsrail ilə Bərzani və Şimali İraqdakı qüvvələr də Aralıq dənizinə çıxararaq Suriyanın şimal torpaqlarını tamamilə əlinə keçirməyə yönəlik  bir siyasət aparır. Bu iki güc də Suriyada unitar dövlətin düşmənidir".

Ekspert bildirib ki, Türkiyə baxımından PKK-PYD və İŞİD böyük bir təhlükə kimi qəbul olunduğuna görə, Türkiyə lap əvvəldən Bəşər Əsəd ilə birlikdə hərəkət etməli idi: “Biz bunu dəfələrlə demişik. Türkiyə xalqının əsla və əsla suriyalı qardaşlarla heç bir problemi yoxdur. İki milyondan çox suriyalı hazırda Türkiyədə yaşayır. Bu insanların yavaş - yavaş öz torpaqlarına göndərilməsinin böyük faydası olacağını düşünürəm. Bu, həm Suriyanın, həm də Türkiyənin lehinə olacaq. Türkiyə Suriyada müharibəyə başlamaq istəmir. Bunun üçün tək yol Əsəd ilə razılaşmaqdır. Esadla əldə olunacaq razılaşma Suriyanın ərazi bütövlüyünə zərər vurmayacaq".

Şərhlər