Qloballaşan Qərb qlobal lider defisitinı yaşayır - ESKPERT RƏYİ
01.07.2015 16:12 A-reaksiya 2903
Azərbaycanın xarici siyasət vektorlarına yenidən baxılması zərurəti aktuallaşa bilər.
Bunu Reaksiya.az-a açıqlamasında politoloq Elman Nəsirli bildirib, O, qeyd edib ki, Avropa İttifaqı və ABŞ-ın I Avropa oyunları ərəfəsi və dövründə Azərbaycana münasibətdə qərəzli və subyektiv davranışı ilk baxışdan anlaşılmaz görünür: “Əslində isə hər şey anlaşılandır. Zəngin təbii sərvətlərə malik olan Azərbaycanın dinamik inkişafı qarşı tərəfdə qısqanclıq yaradır. Müsəlman ölkəsi olan Azərbaycanda xalq ilə iqtidarın vəhdəti onların yuxusuna haram qatır. Xalqın öz Prezidenti ətrafında monolit birliyi əleyhdarlarımızın isterik addımlarını şərtləndirir. Azərbaycan Prezidentinin yalnız milli mənafeyə söykənən müstəqil siyasəti həmin qüvvələrinin amirane davaranışı ilə zidiyyət təşkil edir. Hələ az imiş kimi Azərbaycan idmançılarının 21 qızıl medalla (ümümən, 56 medal) 49 Avropa təmsilçiləri arasında 2-ci mövqeyə yüksəlməsi və bununla da Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və "qoca qitə"nin bütün digər ölkələrini özündən arxada qoymaslı onların son təzyiqlərinin daha əcaib xarakter almasında təzahür etməkdədir. Bu reallıq haqlı olaraq Azərbaycan ictimaiyyətində təzyiq tərəflərinə qarşı narazılıq doğurur. Bu gerçəklik qarşı tərəflərə qarşı etimadsızlıq mühitinin formalaşmasına rəvac verir. Azərbaycan ilə onlar arasında "strateji vakuum"un yaranmasına gətirib çıxarır. Bu prosesin dərinləşməsi isə son nəticədə Azərbaycanın xarici siyasət vektorlarına yenidən baxılması zərurətini aktual edə bilər. Bu kontekstdə baş verməsi istisna olamyan proseslərin nəticələrinə görə məsuliyyət Azərbaycana qarşı haqsız və ədalətsiz siyasət yeridə qüvvələrin, ilk növbədə, Avropa Parlamentinin, AŞPA-nın, Almaniya Bundestaqının, ABŞ-ın müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının üzərinə düşəcəkdir. Yeni dünya nizamının hələ formalaşmadığı reallıqda Azərbaycana münasibətdə qərəzli siyasət yeridən qüvvələrin praqmatik və düşünülmüş siyasəti onları yaranmaqda olan çoxqütüblü dünyanın qalibi statusuna yüksəldə bilər, cılız, dar erməni maraqlarına xidmət edən yanlış addımları isə əksinə məğlubu səviyyəsinə endirmiş olar. Qərbin bu bu vəziyyəti düzgün dəyərləndirməsi üçün bir qədər ağıllı olması yetər. Tam ağıl sahibi olması qəliz məsələdir. Bunun üçün Almaniyaya Angela Merkel deyil, Konrad Adenauer, Böyük Britaniyaya Devid Kamerun deyil, Uinston Çerçil, Fransaya Fransua Holland yox, Şarl de Qoll, nəhayət, ABŞ-a ölkəsində eynicinsli nigahları leqallaşdırmaqla məşğul olan Barak Obama deyil, dahi Rusvelt kmi şəxslər rəhbərlik etməlidir.Qloballaşan Qərb qlobal lider defisitinı yaşayır. Əzabını isə Azərbaycan çəkir”...
Şərhlər