Ermənilərə əsir düşən qadın danışdı - VİDEO

28.02.2016 15:59     A-reaksiya     3446

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırım törədildi.

 

Axar.az xəbər verir ki, soyqırımda 1275 xocalılı əsir düşdü. Həmin əsirlərdən biri də hazırda Bakıda yaşayan, 3 uşaq anası Sayadova Leyladır.

 

BDU-nun Jurnalistika fakültəsinin tələbələri Xocalı sakininin həyatı barədə süjet hazırlayıb.

 

Sözügedən sujetdə həm real, həm də filmdən götürülmüş kadrlardan istifadə edilib.

Şərhlər

Çox oxunanlar