Rusiyanın "yaxın ətrafı"ndan Çinin "yaxın ətrafı”na ... - TƏHLİL
04.07.2015 15:20 A-reaksiya 2755
Çinin yaxın ətraf siyasəti Çin rəhbərləri tərəfindən tez – tez dilə gətirilən "Bütün yollar Pekinə aparır" iddiasının bir hissəsi kimi ölkənin qonşu dövlətlərlə bağlı siyasətini müəyyən edir. Həmin siyasətin reallaşdırılması baxımından şimalından Rusiya və cənubundan da Hindistan kimi güclü dövlətlər ilə qarşı-qarşıya olması, Çini daha çox Asiya, Sakit okean və Orta Asiya ölkələrinə istiqamətləndirir. Xüsusilə, Orta Asiya vasitəsilə Orta Şərq və Avropa qitəsinə kimi uzanan Böyük İpək Yolu layihəsi Çinin yaxın ətraf siyasətindən gözlədiklərini açıq bir şəkildə ortaya qoymaqdadır. Qlobal ölçüdəki gözləntilərini qarşılayacaq islahatların və açıqlıq siyasətinin aparılmasına uyğun şərtlər təmin edən Çinin tarixdəki böyüklüyünün geri qazanılmasını nəzərdə tutan ölkənin qlobal strategiyası, qlobal liderlər arasında sülh əlaqələrini dəstəkləmək və qonşu dövlətlərlə əməkdaşlıq etməkdən ibarətdir. Buna görə də, Çinin yaxın ətraf siyasətini təyin edən faktorların başında Tayvanın müstəqillik hərəkatının qarşısını almaq və Tibet ilə Sincan üzərindəki nəzarətini gücləndirmək gəlməkdədir. Çünki həmin faktorlar, digər qonşu ölkələrdə təsirli güc halına gəlməsi baxımından adıçəkilən ölkəyə böyük əngəllər yaradır. Çinin yaxın ətraf siyasətini təyin edən faktorlardan biri də ölkəyə qonşu ölkələrin dövlət quruluşu, sosial – iqtisadi inkişafı və dini – etnik açıdan fərqliliklərin olmaması, həmçinin, bu dövlətlərin bir çox regional və qlobal güclərin çıxar sahəsi olmasından qaynaqlanan mənafelərin kəsişməsidir. Ətraf ölkələrə gəldikdə, bu ölkələr regional və beynəlxalq problemlərdə Çin ilə əməkdaşlıq etməklə birlikdə, böyüyən bir iqtisadi güc olmasından ötəri Çin ilə qarşılıqlı iqtisadi əməkdaşlıq içərisindədirlər. Çinin ətraf ölkələri ilə olan ticarəti ümumi ticarət həcminin 60% -ni, ətraf ölkələrdən Çinə qoyulan investisiya isə ümumi xarici ticarətin 70% -ni təşkil edir. Buna görə, ətraf ölkələrin rifah səviyyəsi Çinin inkişafında əhəmiyyətli ölçüdə təsirlənməkdədir. Təhlükəsizlik baxımından isə qonşu ölkələri Çinin həm iqtisadi, həm də ictimai sabitliyi təmin edən bir xarici divar mövqeyində olmaqla Çin xarici siyasətinin əhəmiyyətli bir hissəsi sayılır. Xüsusilə Pakistan və Orta Asiya dövlətlərindən Qırğızıstan, Qazaxıstan və Tacikistan ilə paylaşılan sərhədlər, ölkə baxımından problemli sərhəd bölgələri kimi xarakterizə edilməklə yanaşı, Çinin ən təhlükəli "üç bəla" adlandırdığı terrorizm, ekstremizm və seperatizmin mənbəyi sayılmaqdadır. Bu baxımdan Çinin qonşu ölkələrlə bağlı xarici siyasəti üç əsas məsələlərdə köklənir. Bunlardan birincisi, həmsərhəd olduğu ölkələr ilə sərhəd problemlərinin həll edilməsi və daha sonra da bu məsələdə əməkdaşlığın davam etdirilməsidir. İkincisi, həmin dövlətlər ilə xoşniyyətli iki və çoxtərəfli siyasi əlaqələrin dərinləşdirilməsidir. Sonuncusu və bəlkə də ən mühimi, bu dövlətlərin digər böyük güclərin, xüsusilə də Çin ilə strateji və geosiyasi əlaqələrinin yaxşı olmadığı dövlətlərin tam nəzarəti altına girməsinə maneə törətməkdir. Çinin yaxın ətraf siyasətində ayrıca analiz edilməli olan digər bir mövzu da Çin – Rusiya münasibətləridir. Soyuq Müharibənin sona çatdığı illərdən etibarən beynəlxalq sistemdə tək bir hegemonmuş kimi hərəkət edən ABŞ-ı özünə gətirmə məsələsində müəyyən bir ölçüdə birlikdə hərəkət etsələr belə, xüsusilə mövzu regional səviyyəyə çatmaqla Çin ilə Rusiya arasında qarşılıqlı rəqabət yaradır. Yaxın ətraf siyasətini ilk olaraq ortaya atmaqla bölgəni tarixi mənfəət sahəsi kimi təyin edilən Rusiyaya qarşı Çin böyüyən bir qüvvə kimi bölgədə öz payını almaq istəyir. Lakin Çin bu məsələdə Rusiyanın siyasi baxımdan qarşısını almaqdan çox, iqtisadi yayılma siyasəti ilə təsirsiz hala gətirmə siyasətini izləyir. Başda, Şanxay Əməkdaşlıq Təşkilatı olmaqla, xüsusilə iqtisadi və təhlükəsizlik məsələsində əməkdaşlıq edərək Rusiyanı çox incitməməyə çalışan Çinin yaxın ətraf siyasəti baxımından, son illərdəki Ukrayna və Krım hadisələri, Rusiya qarşısında bir fürsət qazanmasına gətirib çıxarıb. Ətraf ölkələr ilə siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək və Rusiyanı müşahidə etmək imkanını əldə edən Şanxay Əməkdaşlıq Təşkilatı, eyni zamanda, bölgədə Pakistan ilə Hindistanı balans siyasətinə icra üstünlüyü tanıyaraq Çinin yaxın ətraf siyasətini tətbiq vasitələrinin başında dayanır. Bundan başqa, Çinin bölgə ilə bağlı sərmayə və ticarət siyasətində, Azərbaycan, İran, Pakistan, Monqolustan və Orta Asiya ölkələrini əhatə edən infrastruktur əlaqələrinin rolu böyükdür. 2015-ci ildə Urumçi şəhərində açılan Orta Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu da Çinin bölgədəki iqtisadi fəaliyyətini artırma məqsədi ilə etdiyi əhəmiyyətli cəhdlərdən biri olmuşdur. Ayrıca, üzərində danışıqların davam etdiyi və ətraf ölkələrin demək olar ki, hamısını əhatə edəcəyi planlaşdırılan "İqtisadi Qurşaq" və "21. Əsrin Deniz İpək Yolu", qısaca "Tək yol, tək qurşaq" layihəsi, Çinin yaxın ətraf siyasətində tətbiq etdiyi ən uğurlu layihələrdən biri sayıla bilər.
Kalmira RYSKULOVA
Şərhlər