Çin ordusu ABŞ-ın qlobal hakimiyyətinə meydan oxuya biləcək? - TƏHLİL

04.07.2015 16:20     A-reaksiya     2665

ABŞ-da nəşr olunan beynəlxalq siyasət jurnalı “The National Interest” jurnalında dərc olunan bir məqalədə Çinin hərbi gücünün on il sonra gələcəyi nöqtə təhlil edilib və Çin ordusunun ABŞ-ın qlobal hakimiyyətinə əhəmiyyətli bir təhdid meydana gətirə bilməyəcəyi bildirilib.

“The National İnterest” jurnalı Çinin hərbi gücünün bundan on il sonra necə görünəcəyi ilə bağlı analiz yazısı hazırlayıb. Məqalədə Çinin hərbi gücü ABŞ ilə müqayisə edilib. Yazıda Çin ordusunun ABŞ-ın qlobal hakimiyyətini qarşısını alabiləcək səviyyədə olmadığı xüsusi ilə vurğulanıb.

Çin Xalq Azadlıq Ordusunun quru, hava və dəniz əməliyyatlarında təcrübə baxımından ABŞ-dan geridə olduğu bildirilən məqalədə aşağıdakı təsbitlərə yer verilib: "Terrorla mübarizə siyasətinin ABŞ-a təsirləri müsbət olub. Bunun sayəsində Amerika ordusu hər gün daha böyük təcrübələr qazanıb. Çin ordusu isə təcrübə sahəsində hələ ki, zəifdir”.

Çin ordusunun əməliyyat təcrübəsi azdır

Jurnalda Çin ordusunun gələcək on ildə da əməliyyat təcrübəsindən uzaqda qalacağı qeyd olunub.  Həmçinin, bildirilib ki, Çinin bu əskikliyini tamamlamaq üçün sonu qeyri – müəyyən müharibələr başlamasını planladığı ilə xəbərlərə inanmaq çətindir: "ABŞ ordusu, hər müharibədə daha da böyüyərək, təsirli bir qrup performansı göstərək adına yeni texnika və üsullar yaradlb. Bu baxımdan ABŞ-ın müdaxilə etdiyi hərbi qarşıdurmalar, ordunu xeyli gücləndirib".

Çin əleyhinə ittifaq da yarana bilər

Çinin Rusiya silah texnologiyasından və Rusiyanın lojistik dəstəyindən asılı olması da Çin üçün özü üçün başqa bir dezavantaj meydana gətirdiyini müdafiə edən məqalədə, önümüzdəki illərdə bu asılılıq tarazlığının Çinin lehinə dəyişə biləcəyi ifadə edilib. Pekinin müttəfiqliklərdə duyduğu əksiklik də ABŞ qarşısındakı bir digər zəif nəqtəsi kimi vurğulanıb:

"Çinin demək olar ki,heç bir müttəfiqinin olmaması, ölkənin bir digər böyük problemi sayıla bilər. Önümüzdəki on il içində Çindən idarə olunan bir ittifaq yaranmayacaq. Əksinə  “Çinfobiya”lı bir ittifaq yarana bilər". 

Şərhlər

Çox oxunanlar