Biz Ankaranı düşünəndə - YANAŞMA

04.07.2015 18:07     A-reaksiya     2805

Abdürrahman Dilipak

 

Hamı Məclis sədrliyi və koalisiya müzakirələrini müzakirə edəndə Türkiyənin və dünyanın başqa yerlərində bir sıra başqa hadisələr baş verdi...

Yunanıstan iflas etdi məsələn. Azad Qəzza donanmasının admiral gəmisinə İsrail icazə vermədi. Misirdə edam qərarlarından sonra zorakılıq hadisələri artdı. Suriya və İraqda zorakılıq halları artır.. DAEŞ ilə PYD arasındakı qarşıdurma Türkiyənin sərhədinə kimi gəlib çatdı. Şərqi Türkistanda Çin rəhbərliyinin təzyiqlərinə qarşı reaksiyalar artır və gərginlik günbəgün yüksəlir..

Bu arada Ramazan ayında İstanbulda qərbin dəstəyi ilə LBGT – nin aksiyası təşkil edildi. Türkiyədə bir tərəfdən mülayim İslam dəstəklənir, bir tərəfdən müsəlman qruplar üz-üzə qoyulur, digər tərəfdən isə narkotik və fahişəlik əməlli başlı dəstəklənir. Bu pisliyi bəziləri müsəlmanların üstnə atmaq üçün elə bil səfərbər olulbar. Daxildən bəzi sol, dünyəvi qruplar, siyasi baxımdan da CHP və HDP bu işə dəstək verir. Onsuz da HDP belə bir insana mandat verərək bu işi qanuniləşdirməyə çalışır. Liberallar bu mövzuda hələ ki, bir qərara gələ bilmirlər.

Bu məsələ ilə bağlı müsəlmanların düşüncəsi Həzrəti Lüt hekayəsində nəql olunan çərçivədədir. Fahişəlik 10 böyük günahdan biridir. Haramlar xronologiyasında irqçilikdən sonra ikinci yerdə fəhşə / həddi aşmaq adı ilə dayanır. Qətl üçüncü yerdədir. Feminist hərəkatların fikirləri də eyni dəyirmana su tökür. Boz rəngi özləri üçün seçmələri boş yerə deyil. Masonların, xaxamların rəngi də bozdur. Bu hal isə yəhudilikdəki Lilith ya da Lili əfsanəsi ilə birbaşa bağlıdır. Lilith mifologiyası bugünkü mənada fahişəliyin bire üst qatıdır. İslam ənənəsində bu hadisə həddin aşılması kimi dəyərləndirilir. Fahişəlik şeytanın ən kəskin hiylələrindən biridir. Birincisi irqçilikdir, üçüncüsü qətl .. Bu gün Türkiyə və İslam dünyası bu şeytan üçbucağı içində salınıb.

Hədəflərində homoseksual evlilik, homoseksual məscid də var və təbii homoseksual axund. Gey, lezbiyan, biseksual, transseksuallarla bitməyəcək bu iş; ensest əlaqələrə kimi gedib çıxacaq. Artıq, fahişəlik, porno adi sayılmaqdadır. Bu isə ailəni, gəncləri təhdid edən bir haldır. Media və sənət dünyasından sonra siyasətdə də bu mövzunun adiləşdirilməsi üçün çalışılır. Məlum çevrələr bu məsələyə bizim dəyərlərimizə baxdığımız və əhəmiyyət verdiyimiz qədər əhəmiyyət verirlər elə bil. Bu məsələdə bəziləri Türkiyəni pilot ölkə kimi seçiblər sanki. Bilgi Universitetində bunların klubları var, Boğaziçində tədbirlər keçirirlər. Bəziləri bu işi hüquq anlayışı ilə əlaqələndirməyə çalışır. Solçilar, HDP, insan hüquqları aktivistləri və liberallar, sənətçilər və media üzərindən bu iş sistemli bir şəkildə adiləşdirilməyə və qanuniləşdirilməyə çalışılır.

Bəzən kibriti gözümüzə çox yaxınlaşdıranda arxasında dayanan böyük bir meşənin yandığını görmürük. Müsəlman xalqın dindən qoparılaraq dünyəviləşdirilməsi əsas şərt kimi qəbul edilir, dünyəviləşmə üçün isə fahişəlik, spirt və narkotik ən təsirli vasitə kimi görülür. Əyləncə sektoru, internet və telekanallar bunun tamamlayıcı elementləri sayılacaqlar. Fahişəlik bu mənada yeni bir müharibə və silah vasitəsi kimi ön plana çıxır. Bu müharibədə ilk hədəf isə gənclər və xanımlardır.

Hər tərəfdən, bütün cəbhlərdən bir müharibə ilə üz – üzəyik. Bir tərəfdən irqçiliklə imtahan olunuruq, digər tərəfdən fahişəlik və terrorla. Cahillik başımızın bəlası. İqtisadiyyat inhisarın təzyiqi altında. Bunu da görək; "Mütrefinler" dən olduq! Gündəlik həyatımızda yediyimiz qidalarla mədəmiz işğal edilib. Bir tərəfdən qısırlaşdırılırıq, digər tərəfdən cinsi baxımdan təhrik edilir ya da biseksual hala gətirilirik. Genetik balansımız pozulur. Bir atomizasiya, notralizasiya prosesi yaşayırıq. Cəmiyyət aqnostik hala gətirilməyə çalışılır. Milli mənəvi dəyərlər məhv edilərkən, yeni süni plesebo dinlər ortaya atılır. Gördükləri  işi dinlə əlaqələndirirlər, Dini anlayış və təşkilatların içini boşaldıb, hökmləri şərh edirlər. Bizim bəzi siyasətçilərin, yeni zəngin və bürokratların xanımları və övladları da bu təhdidin altında. Təhdid qapımızda. Bəzi həyat ustaları asiyatik bir həyat tərzi kimi yoqa vasitəsi ilə yalançı bir cənnətdən nirvanadan danışır, bəzi həyat ustaları NLP – dən bəhs edib, sizə yer üzündə xoşbəxtlik və sağlamlıq, müvəffəqiyyətin sirlərini açıqlayır. Bəziləri Neosufist, bəziləri neosələfi, bəziləri Şiə, bəziləri liberal, bəziləri dünyəvi sayır özünü artıq. Hər şey dinlə əlaqələndirilir. Bir də görəcəksiniz ki, fahişəlik belə dinlə əlaqələndirilib artıq. Kimi “cariyə” deyir, kimi “siğə” edir, kimi dini nikah deyə gizli nikah qıyır.

Yəni bu mövzuda yalnız o birilərin xəyanətkar planlarından qaynaqlanmır təhdid. Bizdə də uzaqlaşmalar var. Ailənin və təhsilin bu mövzudakı rolu əhəmiyyətlidior. Hər iki mövzuda da çox da uğur qazana bilməmişik. Bunu etiraf edək. Yeni hökumətin bu məsələləri prioritet məsələ kimi ələ alması şərtdir. Bu məsələni təkcə öz ölkəmizdə, ya da İslam dünyasında yox, bütün dünyada prioritet məsələ kimi təqdim etməliyik.

İndi Ramazan ayında yaşanan hadisələr, bu mövzuda ağlımızı başımıza almaq üçün bir fürsət, bir vəsilə ola bilər. Bu məsələdə ancaq etiraz aksiyaları keçirmək və ya açıqlamalar vermək məsələni həll etməyəcək. Qaranlığa söyməyi bir kənara qoyub, durub bir ocaq qalamalıyıq. Bu iş tək başına Ankaraya həvalə edilərək də həll edilə bilməz. Bu məsələnin terror və müharibədən daha ciddi bir məsələ olduğunu da qeyd etməliyik. Onsuz da gecikmişik, sabah daha da gecikə bilərik.

Salam və dua ilə.

Şərhlər

Çox oxunanlar