Suriyada döyüşən qüvvələr və son vəziyyət - ARAŞDIRMA

04.07.2015 22:16     A-reaksiya     7164

Yazının ilk hissəsində Suriyada döyüşən qruplar içində önə çıxanlar və cəbhədəki son vəziyyəti ümumi etibarı ilə incələyəcəyik. Rəhbərliyə qarşı döyüşən təşkilat və meydana gələn qruplaşmaları qısaca aşağıdakı kimi sıralamaq mümkündür

 

Dövləti idarə edənlər və müttəfiqləri:

Ordu, Hizbullah, Milli Müdafiə qüvvələri, Əbul Fadl Abbas Briqadası, Fələstin Xalq Azadlıq Cəbhəsi, (İran) Qüds Briqadası.

Dövlətə qarşı vuruşanlar və onların müttəfiqləri:

Işidi, El Nusra Cəbhəsi, Fəth Ordusu (şimal və cənub), YPG (kürdlər), İslam Ordusu, OSO, Həmas, İslami Cihad kimi təşkilatlar.

Dövlətə qarşı vuruşanlar (müxalif tərəflər)

Azad Zabitlər Hərəkatı:

2011 – ci ilin ortalarında podpolkovnik Hüseyn Harmuş tərəfindən qurulub. Harmuş daha sonra yaşadığı Türkiyədən Suriyaya təslim edilib (təslim prosesi Türkiyədə ciddi rezonans doğurub). Daha sonra bəzi hərbçilər ordudan ayrıldıqlarını və hərəkata qatıldıqlarını açıqlayıblar.

Azad Suriya Ordusu:

Azad Suriya Ordusunun qurulması 2011-ci ilin iyulunda Polkovnik Riyad Əl Əsad tərəfindən elan edilib. 2011 – ci ilin sonlarına kimi Azad Zabitlər Hərəkatı və Azad Suriya Ordusu arasında ciddi bir ayrı-seçkilik yox idi. Daha sonra Azad Suriya Ordusu önə çıxıB və bu ikisi ümumi olaraq Azad Suriya Ordusu adı altında yaddaşlarda qalıb.

Azad Suriya Ordusunun elanından sonra ölkənin bir çox yerində Ceyş əl Hürr adı altında qruplaşmalar meydana gəlməyə başlayıb. Bunlar o zaman daha çox yerli (rayon, şəhər, kənd) bazında bir yerə cəmləşən müxaliflərin yaratdığı və hər kəsin öz təyin etdiyi ad ilə xatırlanan təşkilat(lanma) mövcud idi. Bu meydana gələn təşkilatlar ölkə daxilində hələ də "Azad Suriya Ordusu" kimi yad olunurlar, amma hər birinin öz adı var.

Bu qruplar İdlib, Hələb, Xumus, Dəra, Dəməşq, Hama əyalətlərinin müəyyən hissələrində müxtəlif birlik, briqada adları ilə fəaliyyət göstərirlər.

ƏL NUSRA:

"Jabhat Al Nusra Li Ahl Bilad Eş Şam" (qısa adı ilə “Əl Nusra”) 2012-ci ilin əvvəllərindən etibarən hərbi və kəşfiyyat binalarına etdiyi böyük bombalı hücumlarla adından söz etdirib. “Əl Nusra” zamanla ölkə içində müəyyən bölgələrə hakimi-mütləq halına gəlib.

“Əl Nusra” Hələb, İdlib, Rəqqa (daha sonra İŞİD tərəfindən çıxarılıb), Humus və Hama səhrası, Kalamun bölgəsi (Livan sərhədi boyunca Humus – Dəməşq arası səhralıq ərazi), Dəməşq çöl, Dəra və Kuneytra kimi şəhərlərin daha çox kənarlarında təsir qüvvəsini artırıb.

Bu günlərdə şimalda (Fəth Ordusu - Ceysul Fəth ilə birlikdə) İdlib və Hələb ilə cənubda Kuneytradan Dəraya uzanan İsrail sərhədindəki ərazidə söz sahibidir.

İŞİD:

İraqdakı adı İraq İslam Dövləti (İraq Əl Qaidəsi kimi də məşhurdur). Təşkilat Suriyada müharibə başlayandan sonra (2013 – cü ilin apreli) fəaliyyət sahəsini Suriyada da genişləndirib və adını İraq və Şam İslam Dövləti (İŞİD) olaraq dəyişdirib. Hələ də bu adla ya da qısaca (İslam Dövləti - İD) adı ilə xatırlanır.

İŞİD hələ də Suriyada ən geniş coğrafi ərazini əlində tutan təşkilatdır. Rəqqa vilayəti tamamilə, Dayrezzor (səhra tamamilə), Humus çöl qismən, Hələb çöl qismən, Hama çöl (kiçik bir bölgə) qismən təşkilatın əlində var. Işidi son dövrdə Şamda (Yarmuk) və Süveyda çölündə da görülməyə başlandı. Süveyda çölündə kiçik bir bölgə hələ də təşkilatın əlindədir.

İSLAM ORDUSU (CEYŞUL İSLAM):

İŞİD və “Əl Qaidə”yə alternativ olaraq 2013 – cü ildə Səudiyyə Ərəbistanının dəstəyi ilə qurulan İslam Cebhəsinin komponentlərindən olan İslam Ordusunun lideri Zəhran Əlluşdur. Qərargahı Dəməşq ətrafında İslam Ordusu Dəməşqin cənubi-şərqində (şərqi Quta bölgəsi) təsirlidir.

İslam Ordusu ilə cənubda (şimalda Dəməşq Cəbhəsi kimi) "cənub cəbhəsi" adıyla da xatırlanan qruplaşma meydana gətirmək məqsədi ilə bəzən koordinasiya üçün danışıqlar aparılıb, ancaq dəqiq bir razılaşma  əldə edilməyib. Buna görə də İslam Ordusu müstəqil faəliyyət göstərməyə üstünlük verir.

CƏNUB CƏBHƏSİ:

Cənub Cəbhəsi Azad Suriya Ordusu və İslam Cəbhəsi də daxil olmaqla təxminən 50 – yə yaxın qrupun bir araya gəlməsi ilə yaradılan ortaq təşkilatdır. Cənub Cəbhəsi Dara - Kuneytra xəttində Suriya ordusu və İŞİD-ə qarşı döyüşür. Daranın böyük bir hissəsi ilə Kuneytra kəndlərinin və qədim Kuneytranın (xaraba) hamısı Cənubi Cəbhəsinin əlindədir.

YPG (Kürdlər):

Kürdlərin yaratdığı silahlı müxalifət içində ancaq öz bölgələrində mübarizə aparan xeyli qruplar mövcuddur. Bunlar içində ən güclüsü PYD –yə bağlı Xalq Müdafiə Qüvvələri təşkilatıdır (YPG). Suriya ordusunun 2012-ci ildə böyük şəhərlərdən çəkilməsi ilə YPG hakim olduğu bölgədə İŞİD -ə qarşı mübarizə aparır (daha əvvəl Əl Nüsra, ASO kimi təşkilatlara qarşı döyüşüblər).

Mərkəzi Haseki bölgəsində olan YPG son dövrdə Türkiyə - Suriya sərhədindəki ərazidə xeyli irəliləyib. (Bu hissəyə Türkiyə sərhədində vəziyyət bölməsində xüsusi olaraq toxunacağıq).

Buraya kimi saydığımız təşkilatların (İŞİD xaricində) hamısı bir şəkildə ortaq təşkilatların (cəbhələr) içində yer alan təşkilatlardır. Digər onlarla kiçik təşkilat ilə birlikdə sistem içində qruplaşmalardan Fəth ordusunu, Cənub cəbhəsini, Furqan Əl Furatı, Şam cəbhəsini, İslami Cəbhəni saymaq olar.

Dövlətlə birlikdə döyüşənlər

Suriya ordusundan ayrılmalar (İnşiqaq) gözləniləndən az olub. Üsyanın əvvəllərində Yəmən kimi qopmaların olacağı, gözlənilirdi ancaq bu baş vermədi.

Ordu 4 ildən çoxdur ki, davam edən döyüşlərdə təxminən 100 mindən itki verib. Bu itkilərin bir qismini Milli Müdafiə Qüvvələri (NDF) kimi adlandırılan könüllər veriblər.

HİZBULLAH

Hizbullah Suriyada gedən müharibədə 2012 – ci ilin ortalarından bəri iştiak edir. Suriyada təxminən 5-10 min döyüşçüsünün döyüşdüyü bildirilir. Suriya ordusu döyüşlər başlayanda "küçə döyüşünü" bilmirdi. Hizbullah Suriya ordusuna böyük əməliyyatlarda kritik dəstək verdi. Bunlara ən əsas iki nümunə kimi Kuşeyri və Dəməşq Kənd və Quta bölgəsindəki əməliyyatlar ilə hələ də davam edən Kalamun bölgəsi əməliyyatlarını göstərə bilərik)

Digər tərəfdən Hizbullah hələ də Dəməşq Kənd, Dara - Kuneytra xətti, Kalamun bölgəsi, Humus səhrası və Hələbdə Suriya ordusu ilə birlikdə döyüşür.

MİLLİ MÜDAFİƏ QÜVVƏLƏRİ (NDF)

 

NDF üzvlərinin bəzisi Bəas partiyası gənclik təşkilatının üzvləri, bəzisi sıradan gənclərdən ibarət olan qruplardan döyüşlər başlayanda nümayişçiləri dağıtmaq üçün istifadə olunurdu, ancaq daha sonra rəhbərlik Milli Müdafiə qüvvələri adı altında bu qüvvələri vahid bir mərkəzdə cəmləşdirdi. Suriyada "Lica əl Saab" (xalq birlikləri) kimi yadda qalan, Suriya içində və xaricində eyni zamanda "Şəbbiha" adıyla bilinən bu təşkilat minlərlə insanı öz ətrafında birləşdirir.

Rəhbərliyin hakim olduğu bölgələrin demək olar ki, hamısında aktivdilər. Qarşıdurmalara ümumiyyətlə birbaşa qarışmırlar. Ya ordu həmin əraziyə daxil olduqdan sonra girirlər, ya da ordu hakimiyyəti təmin etdikdən sonra o bölgədə nəzarət nöqtələrində və ya patrul məqsədli çalışırlar.

 

Suriya müqaviməti (MUKAVAMA EL SURİYYE)

 

Təşkilatın lideri Mihrace Ural Türkiyə mənşəli keçmiş bir "Təcililər" təşkilatının üzvüdür. Uzun illərdir Suriyada yaşayır. Lazkiyə ətrafında fəaliyyət göstərir.

 

Əbülfəzl Abbas ordusu

 

Bu təşkilatın Suriyadakı varlığı daha çox şiələr üçün müqəddəs məkanların qorunması məqsədini güdür(Dəməşqdə Seyyidə Zeynəb və Seyyidə Ruqiyyə türbələri kimi). Ancaq bəzən, xüsusilə Seyyidə Zeynəb türbəsi ətrafında ordu ilə birgə hərəkət etdiyi ifadə edilir.

Şərhlər

Çox oxunanlar