MİLLƏT VƏKİLİNİN HƏRBİ BİLETİ DƏ SAXTA CIXDI - YARARSIZMİŞ

07.03.2016 22:32     A-reaksiya     1571

Deputat Nəriman Əliyevlə bağlı yeni məlumat yayılıb. Reaksiya.info xəbər verir ki, deputat Nəriman Əliyevlə bağlı yeni məlumat yayılıb. Bir neçə gün öncə saxta diplomu ilə gündəmə gələn deputatın problemləri bununla məhdudlaşmayıb. Reaksiya.info bakunews.az-ın elektron ünvanına daxil olan məlumata istinadən bildirir ki, Nəriman Əliyev hərbi xidmətdə də olmayıb. Hərbi xidmətə yararsız olan şəxsin deputatlığa nə qədər yararlı olması sual doğurur. Qeyd edək ki, sözügedən millət vəkilinin tərcümeyi-halında 1985-ci ildə Bakı Ticarət Texnikumuna daxil olub və 1988-ci ildə hərbi xidmətdən tərxis olduqdan sonra təhsilini davam etdirərək, adıçəkilən təhsil qurumunun məzunu olduğu yazır. Lakin mənbəmiz diplomunu olduğu kimi hərbi xidmətlə bağlı da tərcümeyi-halında saxtakarlıq etdiyini bildirib. Qeyd edək ki, tərcümeyi-halında yazıldığına görə, Nəriman Əliyev 1998-2003-cü illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı bitirib. Həmçinin o da məlum olub ki, millət vəkili 1999-cu ildə «Nur-M» MMC adlı şirkəti təsis edib. Lakin ölkə mətbuatında yazıldığına görə, Nəriman Əliyev Rostov Dövlət Universitetində oxumayıb və aldığı diplom da guya, saxtadır. Hətta bu iddianı irəli sürən şəxs onu da israrla bildirir ki, deputat ümumiyyətlə, rus dilində bilmir. Məlumat üçün vurğulamaq gərəkir ki, Nəriman Əliyevin adı son zamanlar həmkarı Elmira Axundova və Masallının icra başçısı Rafiq Hüseynovla bağlı qalmaqallarda hallanmaqdadır. Bundan başqa Nəriman Əliyevin şəxsi avtomaşınına 90 AA 133 dövlət nömrə nişanını almaq üçün 50 min dollar pul xərclədiyi də söylənilir. Nəriman Əliyevin Akif Çovdarov problemi Nəriman Əliyevin bacısının əri tutulub, millət vəkilinin özü isə istintaqda dindirilib Miq.az-a daxil olan məlumata görə, 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputa seçilmiş Nəriman Əliyevin başı bəlalardan qurtulmaq bilmir. dadır. Deputatın üzləşdiyi problemin baiskarı isə Akif Çovdarov olduğu bildirilir. Bir sıra cinayətlərdə ittiham olunan MTN-in keçmiş generalı Çovdarovla Nəriman Əliyevin ortaq bizneslərinin olması istintaqa sonradan məlum olub. İşin ən tərs tərəfi isə məlum olaylardan sonra deputat şərik olduğu biznesdən əldə etdiyi gəlirin bir hissəsini də elə keçmiş generalın adamlarına göndərirmiş. Bu azmış kimi, Çovdarovun Əliyevlə biznesini idarə edən adamı da faktiki olaraq işinin başındadır. Miq.az JAM.AZ-a daxil olan məlumata istinadən onu da bildirir ki, Nəriman Əliyevin Akif Çovdarovla əlaqələri üzə çıxdıqdan sonra istintaqa çağrılıb. Bir müddət əvvəl Baş Prokurorluğa dəvət edilən deputat orada bir neçə saat saxlanılıb. İfadə verdikdən sonra isə sərbəst buraxılıb. Lakin onun biznesinə rəhbərlik edən bacısının həyat yoldaşı isə həbs olunub. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələlik məlum deyil. Mənbələr bildirir ki, deputatın qohumunun saxlanılması üzrə qaldırılmış cinayət işinin «MTN İşi»ylə birləşdiriləcəyi ehtimal olunur. Çünki onun saxlanılmasının bilavasitə Akif Çovdarovla əlaqəli olduğu artıq dəqiqləşib. Miq.az-a daxil olan dıgər bir məlumatda isə deyilir ki, Nəriman Əliyevlə bağlı kompromatlar mətbuata bilərəkdən ötürülür ki, bu da qarşı tərəfin məqsədinin nədən ibarət olduğunun göstəricisidr. Nəzərinizə çatdıraq ki, ötən yazılarımızın birində Nəriman Əliyevlə bağlı gedən tənqidi yazılara rəy bildirən oxucuların əksəriyyəti millət vəkili haqqında yüksək rəy yazıb elektron ünvanımıza göndərmişdilər. Miq.az-ı[email protected] adresinə yazılan rəylərin birində maraqlı bir ifadə var idi: "Nəriman Əliyev çirkin kompramat savaşından bu dədə də üzüağ çıxacaq. Çünki gələn hədəflərin hardan qaynaqlandığını deputatla bahəm onun seciçiləri də gözəl bilir...Həm də hədəfin səngəri uzaqdan görünür..."

Şərhlər

Çox oxunanlar