Kamran Həsənliyə cinayət işi açıldı
10.03.2016 15:45 A-reaksiya 1362
"O, MÜĞƏNNİ SAMİR PİRİYEVİN KÜLLİ MİQDARDA PULUNU MƏNİMSƏMƏKDƏ İTTİHAM OLUNUR"
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Bu barədə hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
(Axsam.az)
Şərhlər