Misir Qərb üçün nə məna ifadə edir?
06.07.2015 11:32 A-reaksiya 2528

Prof. Dr. ÇAĞRI ERHAN
Misirin ilk və tək seçilmiş prezidenti Məhəmməd Mursi və çoxlu sayda yoldaşının xunta məhkəməsi tərəfindən edama məhkum edilməsi ABŞ və Aİ - ə üzv olan ölkələrdə elə də böyük rezonans doğurmadı. ABŞ Xarici işlər nazirliyi mühakimə prosesinin ədalətsiz və hüququn aliliyinə zərər verəcək şəkildə icra edildiyini ifadə etdi, edam qərarlarından dərin narahatlıq duyduğunu ifadə etməklə kifayətləndi. Aİ xarici işlər Yüksək Nümayəndəsi isə toplu edam qərarlarının Misirin beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini vurğuladı.
Xalq tərəfindən, demokratik yollarla seçilmiş bir prezidentin əvvəla hərbi çevrilişlə devrilməsindən sonar ağla gəlməyəcək iddialarla edama məhkum edilməsi qarşısında təkcə narahatlıq duymaq bir mənaya gələ bilər: Bizim sözümüzdən çıxmayın, başqa nə bilirsinizsə edin.
Washington da, Brüssel də xuntacılara: Sisiyə də, Paşaya da eyni mesajı verirlər. İfrata varmadıqları təqdirdə, haqsızlara göz yumacaqları mesajını verirlər. Sisi Paşa da yolunu bu mesajlara uyğun olaraq müəyyən edir. Qərb ilə uyğunlaşma içində çalışdıqdan, ABŞ və Aİ ölkələrinin bölgədəki maraqlarını zədələyəcək bir addım atmadıqdan sonra Misirin, demokratiya və ya diktatura olmasının Qərb ölkələri üçün çox da əhəmiyyətli olmadığını ən gözəl şəkildə o, bilir. “Müsəlman qardaşlar”ın tamamilə təsirsiz hala gətirilməsinin, “Həmas”a inamçın öldürülməsinin, İsrailin təhlükəsizlik əndişələrinin ortadan qaldırılmasıdır əsas olan Qərb dünyası üçün və xunta da bunu əla bilir.
Təlimatla hərəkət edən Misir xunta məhkəmələri bu günə kimi yüzlərlə “Müsəlman Qardaşlar” üzvünə edam cəzası verib. Amma hələ bu cəzaların heç biri həyata keçirilməyib. Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Misirdəki bu qərarlara hər hansı bir reaksiya onsuz da vermirlər. Qərb ölkələrin sırf nəsə desinlər deyə "narahatlıq keçirdiklərini" qeyd etmələri, gələcəkdə bu edamların reallaşması halında da Misirin fövqəladə bir reaksiyayla üz – üzə qalmayacağını indidən bizlərə göstərmək üçündür. Bu isə demokratiya, hüquq, insan hüquqları, ədalət və vicdan baxımından olduqca ağır hallardır.
Camp David müqavilələrindən bu günə kimi Sedat və Mübarək dövrlərində Misir ABŞ üçün hansı yerdə idisə, bu gün də eyni yerdədir. Misirin sabit şəkildə Qərb tərəfdarı olması, İsraillə yaxşı münasibətlər qurması Washington rəhbərliklərinin əsas istəyidir. "Sabit" olmaq demək, "demokrat" olmaq demək deyil. Mübarək düz 30 il Misiri çox sabit, amma anti-demokratik bir şəkildə idarə etdi. Bütün ABŞ prezidentləri ilə çox isti münasibətlər qurdu. Əgər Təhrir qiyamına qarşı maneələr yaradılsaydı, Obama belə Mübarekdən vaz keçməyə bilərdi.
Universal olduqları iddia edilən dəyərləri qorumaq üçün dünyanın müxtəlif yerlərinə müdaxilə etməkdən belə çəkinməyən ölkələrin, həmin dəyərlərin Misirdə ayaqlar altında tapdalanmasına belə laqeyd yanaşmalarının arxasında şübhəsiz ki, öz mənfəətləri dayanır. Bu da onu deməyə əsas verir ki, Qərb tərəfindən dizayn edilən beynəlxalq əlaqələr sistemində əbədi dostluqlar, düşmənçiliklər, hər zaman qorunacaq dəyərlər vs. yoxdur; təəssüf ki, ancaq və ancaq mənafelər var...
Şərhlər