Çin liderliyində yeni maliyyə formasiyası: Asiya İnfrastruktur İnvestisiya Bankı - ARAŞDIRMA
06.07.2015 14:34 A-reaksiya 2492

Bir neçə ay öncə ortaya atılanAsiya İnfrastruktur İnvestisiya Bankı (AAYB) layihəsi Asiyada maliyyə sahəsində, regional bir formasiya kimi diqqət çəkir. Bankın, Qərb bank sektoruna alternativ bir formasiya kimi Amerika Birləşmiş Ştatlarının (ABŞ) bölgədəki iqtisadi təsirini azaltmağı hədəflədiyi qeyd olunur. Çin bu bankın quruluşuna liderlik edərək xüsusilə ilə dollar, avro və New York Bankçılıq Sektorunun təsirini azaldaraq, öz pul vahidi olan yenin istifadədə olduğunu göstərməyə çalışır.
Çinin paytaxtı Pekində və 100 milyard dollar sərmayəsi olan "Yeni Dünya Bankı" keçən il, son illərdə sürətlə inkişaf edən Asiya bölgəsindəki yol, dəmiryolu və enerji infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün qurulub. Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olan və ümumi üzvlük məlumat müraciətində olan ölkə sayı, 26 mart etibarilə 33 ölkəyə çıxıb. Çinin liderliyində qurulacaq banka Banqladeş, Burma, Kampuçiya, Hindistan, İndoneziya, Qazaxıstan, Küveyt, Malayziya, Maldiv, Monqolustan, Myanma, Nepal, Yeni Zelandiya, Oman, Pakistan, Filippin, Tailand, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri Lanka, Tacikistan, Özbəkistan, Vietnam, Qətər və İordaniya üzv olub.
Avropadan üzvlük məlumat müraciət edən ölkələr arasında İngiltərə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Lüksemburq də var. Türkiyə də bankın qurucu katibliyinə üzv olmaq niyyətini bildirib. 2015-ci ilin sonlarında fəaliyyətə keçməsi gözlənilən banka qurucu üzv olmaq üçün müraciətlər mart ayının sonunda bitəcəyi deyilir.
Asiya İnfrastruktur İnvestisiya Bankı alternativdir, yoxsa tamamlayıcı?
Asiya ölkələrinin inkişaf və infrastruktur sərmayələrinin maliyyələşdirilməsi baxımından, Yaponiya və ABŞ-ın böyük səhmdarı olduğu Asiya İnkişaf Bankı qarşısında yeni oyun yaradıcısı olacağı baxımından açıqlamaların verilməsi, Asiya İnfrastruktur İnvestisiya Bankının alternativmi, yoxsa tamamlayıcı bir təsirinin mi olacağı sualını ağla gətirir. Asiya İnkişaf Bankının bölgə ölkələrinə təmin ediləcək maliyyə məsələsində yetərsiz qalması AAYB - nin tamamlayıcı olması yönündə fikir yarada bilər. Ancaq Dünya Bankı da bölgəyə maliyyələşdirmə baxımından ayrıca bir variant kimi mövcuddur. Onsuz da Dünya Bankına alternativ olma ehtimalının, maliyyə gücü baxımından ən azından hələlik, zəif bir ehtimal olduğu AAYB, gələcəkdə bəlkə güclənərək bölgədə yeni oyunun aktor rolunu oynaya bilər.
Digər tərəfdən Çinin paytaxtı Pekində təşkil edilən Çin İnkişaf Forumunun açılışında çıxış edən Beynəlxalq Valyuta Fondu (IMF) prezidenti Christine Lagarde, BVF-nin Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb. BVF-nin infrastruktur sərmayələri üçün pul ayırmalarının mümkün olmadığını, BVF-nin hədəflərinin bundan çox fərqli olduğunu ifadə edən Lagarde, Dünya Bankının da bu formasiya ilə yaxından maraqlandığını, AAYB ilə əlaqələrin rəqabət əsaslı yox, əməkdaşlıq içində icra daha müsbət olacağını ifadə edib.
Banka qurucu üzv olmaq üçün müraciət edən ölkələrə baxdığımız zaman, şəffaflıq və keyfiyyət standartları baxımından olduqca yüksək səviyyədə bir quruluşa sahib olacağı müşahidə olunur. Hər nə qədər Yaponiya yenə də əhəmiyyətli məsələləri dəqiqləşmədikcə belə bir təşkilatın içində yer almayacağını bildirilsə və Avstraliya müəyyən şərtlərin təmin edilməsi halında iştirak edə biləcəyini vurğulasa da, xüsusilə Avropadan gələn müraciətlər standart keyfiyyəti üçün bir göstərici xüsusiyyəti daşıyır. İngiltərə, Almaniya, Fransa, İtaliya, İsveçrə və Lüksemburq kimi ölkələrin varlığı, lazım olan yüksək standartların meydana gəlməsini bir mənada lokallaşdırır.
Amerikanın Bölgəyə Maliyyə Təsiri baxımından AAYB
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü ABŞ-ın Asiya İnfrastruktur İnvestisiya Bankının rəhbərlik, ekologiya və ictimai təminatlar məsələləri ilə bağlı kifayət qədər yüksək standartlara sahib olub olmadığı mövzusunda narahatlıqların olduğunu ifadə etsə də, bunun həqiqəti tam olaraq əks etdirmədiyi düşünülə bilər. Çünki ABŞ əsas eitbarı ilə, təminatlar ya da standartlardan əvvəl, bölgədə bu qədər güclü bir maliyyə quruluşunun yaranması baxımından narahatlıq keçirə bilər.
Bu yöndə bir açıqlama isə mərkəzi Sinqapurda yerləşən JBC İnstitutunun direktoru Benignidən gəlib. Benigni bildirib ki, Asiya İnfrastruktur İnvestisiya Bankı ABŞ-ın bölgədəki iqtisadi təsirini azaldacaq: “Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olmaq istəyən ölkələrin Qərb bank sektoruna alternativ axtarmaq niyyətindədirlər. Bu isə Asiya bölgəsindəki ABŞ dolları və New York bank sektorunun güclü təsirini azaldacaq bir cəhddən başqa heç nə deyil”.
Haaqa Strateji Araşdırmalar Mərkəzinin strateji məsələlər üzrə eksperti Willem Oosterveld da eyni istiqamətdə açıqlamalar verərək bildirib ki, Asiya-Sakit okean bölgəsində ABŞ-ın təsirini azaltmağın yeganə yolu Çinin bu bankı qurmasıdır: “ABŞ – ın təsirindəki Dünya Bankı, Asiya İnkişaf Bankı və BVF kimi beynəlxalq maliyyə təşkilatlarının qarşısına fərqli bir actor kimi çıxacaq Asiya İnfrastruktur İnvestisiya Bankının başqa bir əhəmiyyəti rolu da var. Bankın quruluş sərmayəsinin təxminən 50 milyard dollarlıq qisimini qarşılayacağını öhdələrinə götürən Çin bu regionda avro və dollardan başqa öz pul vahidinin istifadə edilməsini istəyir".
Türkiyənin Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü
Türkiyə Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlük üçün qurulduğu zaman müraciət edərək strateji əhəmiyyəti olan bir qərar verib. Çünki Asiya qitəsi həm Çin və Hindistanın əhali sıxlığı səbəbiylə istehlak bazarı baxımından dünyadakı əhəmiyyəti, həm də texnologiya və infrastruktur sərmayələri üçün olduqca yüksək potensialı ilə gələcək illərdə daha da əhəmiyyət qazanacaq olan bir qitədir. Burada həyata keçiriləcək layihələr üçün maliyyə mənbəyini Asiya İnfrastruktur İnvestisiya Bankı vasitəsi ilə təmin etmək Türkiyənin qurucu üzv olması ilə daha da mümkün hala gələcək. Başqa bir yöndə atılan istənilən bir addım hər mənada, həm layihə həyata keçirmək, həm də bölgədə əhəmiyyətli bir aktor olmaq baxımından Türkiyənin hadisələrdən kənarda qalmasına səbəb ola bilər”.
Şərhlər