Səudiyyə Ərəbistanının Rusiyaya qayıdışı ABŞ-ı qəzəbləndirib

07.07.2015 11:18     A-reaksiya     2711

 

 

Səudiyyə Ərəbistanının kralı Səlman bin Abdulaziz əl Səudun Rusiyaya səfərindən yazan Washington Post verdiyi açıqlamada "ABŞ-ın dünya ictimaiyyəti prestijinin əhəmiyyətli ölçüdə aşağı salan Vaşinqtonun köhnə müttəfiqləri Rusiya ilə yaxınlaşmağa gedir" – deyə bildirib.

Moskva ilə Riyad arasındakı ola biləcək əməkdaşlıq ABŞ-a "çevriliş" kimi xarakterizə edən “Washington Post” qzəeti, "30-cu illərin ortasında Franklin Delano Ruzveltin Səudiyyə Ərəbistanı ilə müqavilə imzalandığından bəri Səudiyyələrlə müttəfiqliyimiz davam edir. ABŞ-ın onları tək qoyduğunu hiss edən Səudiyyəlilər ABŞ-ın enişdə olduğunu və buna görə də yüksələn İran ilə çox yaxınlaşmalı olduqlarını düşünür. Onun üçün də özləri Rusiyaya tərəf qayıdırlar. Bu vəziyyət bizim indi həqiqətən də hansı mövqedə olduğumuzla bağlı çox şeyi izah edir" -deyə yazıb.

İyun ayının ortalarında Rusiyanın Sankt Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı xarici işlər naziri Məhəmməd ibn Səudla görüşmüşdü. Bu ziyarət Qərb mediasında fərqli şərhlərə səbəb olub. Putin və Məhəmməd bin Salam görüşündən sonra imzalanan bir çox razılaşma sürpriz mahiyyətində olub. Bu müqavilələrin ən əhəmiyyətlisi isə sülh məqsədləri ilə 16 nüvə reaktor bazasının, enerji və su ehtiyatlarının inşa edilməsidir. Həmin qurğuların işlədilməsində Rusiyanın böyük rolu olacaq.

Səudiyyə Ərəbistanının bu addımının Qərbin və xüsusilə ABŞ-ın təzyiqinə səbəb olacağını söyləyən XXI. Yüzyıl Türkiyə İnstitutunun Enerji təhlükəsizliyi üzrə eksperti Tuğçe Varol buna baxmayaraq Səudiyyə Ərəbistanının bölgədəki mövcud şərtlərə görə hərəkət etdiyini söyləyib. Reaksiya.az-a açıqlamasında Tuğçe Varol bildirib ki, hər nə qədər Səudiyyə Ərəbistanı neft zəngini bir ölkə olsa da enerji istehlakı hər il artmaqdadır: “Belə hesablamalar var ki, 2035-ci ildə Səudiyyə Ərəbistanı enerji ixrac edən yox, enerji idxal edən bir ölkə halına gələcək. Ölkə o hala gələndə isə Səudiyyə Ərəbistanının köməyinə Qərb ölkələr gəlməyəcək. Ona görə də hazırda həm nüvə enerji sərmayələri qoymağa çalışır, həm günəş enerjisi sərmayələrinin artırmağa çalışır. Səudiyyə Ərəbistanının Rusiya ilə olan enerji müqaviləsi bu nöqtədə çox kritikdir. Ölkə qərb dövlətlərini, Amerika şirkətlərini seçmədi,

əksinə rus texnologiyasına üstünlük verdi. Bu ölkənin öz seçimidir. Amma tam bu nöqtədə çox tənqid olunacağını və eyni zamanda təzyiqlərə məruz qalacağını düşünürəm.

Eyni zamanda həm Yəmən savaşı, həm Suriya savaşı, həm Səudiyyə Ərəbistanı ilə İranın rəqabəti kimi bir sıra şərtlər bir tərəfdən Səudiyyə Ərəbistanını üzünü Rusiyaya çevirməyə məcbur etdi. Çünki həm Suriyada, həm də Yəməndə Rusiyanın dəstəyinə ehtiyacı var. Və Ruslar da “gəlin, bir çox məsələdə razılaşa bilərik. Masaya sizə təqdim edəcəklərimizi verək. Budur, silahlarımız var, nüvə texnologiyamız var” - demiş ola bilər. Bu da Səudiyyə Ərəbistanına cazibədar gələ bilər. Bu proseslər eyni zamanda konyekturanı çox dəyişdirə biləcək hadisələrdir”.

Şərhlər

Çox oxunanlar