Şəmkirin icra başçısı rayonda “at oynadır”

24.03.2016 19:25     A-reaksiya     1150

Şəmkir rayonunun bir qrup sakini "Milletinsesi.info" saytının redaksiyasına məlumat göndərib ki, 8 oktyabr 2013-cü ildən Şəmkirdə ruzi-bərəkət göyə çəkilməyə başlayıb.
 
Ona görə ki, həmin gün rayona Alimpaşa Məmmədov icra hakimiyyətinin başçısı təyin olunub.
 
Onu da diqqətinizə çatdıraq ki, Alimpaşa Məmmədov öz karyerasına nağara çalmaq və tamadalıqla başlasa da, sonradan nazir Fazil Məmmədovun himayəsi ilə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, hətta Bakı şəhər Vergilər Departamentinin rəisi olub.
 
Daha sonra (2013-cü ilin yay aylarında) Şəmkir rayonunda aparılan quruculuq -abadlıq işlərinə rəhbərlik edib. Şəmkir rayonuna icra hakimiyyətinin başçısı təyinatından sonra isə özünün biznes istiqamətini bir qədər dəyişib. İlk əvvəl rayonun Şəhidlər xiyabanındavə əsas küçələrində xurma ağacları əkdirib (təəssüflər olsun ki, əkdikləri bitmədi). Daha sonra külli miqdarda vəsait xərcləyərək maral yetişdirmə biznesinə başlayıb.
 
Deyilənlərə görə, onun himayədarı Fazil Məmmədovun Şəmkirdəki evində və "Yasdı meşə" ərazisində yerləşən iqamətgahında bir neçə maral bu gün də saxlanılır. Şəmkir camaatı bu biznesə görə onu "Maralpaşa" təxəllüsü ilə mükafatlandırıb.
 
Daha sonra isə o, Şəmkirdə sahibkarların qəniminə çevrilərək (Dəllər qəsəbəsi ərazisində) onların obyektlərini dağıdaraq Sabirkənd kəndinin ərazisinə köçürüb. İndi isə Alimpaşa Məmmədov Kür qəsəbəsinə gedən yolun üstündə "Şəmkir səbəti" bazarı inşa etdirərək, rayon məmurlarından həmin bazarda3000-5000 manat civarında obyektlərin almasını tələb edir. Kim bu göstərişə əməl etməsə, vəzifəsini itiracəyi ilə hədələyr. Söylənilənlərə görə, A. Məmmədov bu bazarı öz himayədarı Fazil Məmmədovun göstərişi ilə inşa etdirib. Baxmayara ki, Şəmkirdə və rayonun qəsəbələrində bazarlar fəaliyyət göstərir.
 

Azfakt.com

Şərhlər

Çox oxunanlar