Azərbaycanlı milyarderin yeni yaxtası

26.03.2016 19:15     A-reaksiya     1406

Hollandiyanın “Heesen Yachts” tərsanəsi indiyədək bu ölkədə yığlılmış ən iri yaxta olan 70 metrlik “Galactica Super Nova”nı suya buraxıb.

 

Virtualaz.org xəbər verir ki, yaxta sınaqdan keçirilir və sınaq işləri başa çatandan sonra sifarişçiyə təhvil veriləcək. Sifarişçinin kimliyi açıqlanmır, ancaq məlumatlara görə onu sifariş verən azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovdur.

 

Yaxtada üçüncü mühərrik quraşdırılıb və bunun sayəsində sürəti saatda 30 dəniz uzelinə qədər artıb.

 

“Super Nova “nın xarici görkəmini məşhur yaxta dizayneri Espen Oeyno dizayn edib. Yaxtanın 6 kayutu var, həmin kayutlarda 12 VİP-qonaq yerləşə bilər. Sifarişçinin istəyinə əsasən yaxta bütün rahatlıqları ilə birlikdə təhvil veriləcək, kayutları qab-qacaqdan tutmuş mebelə qədər hər şeylə təchiz olunacaq. Yaxtanın göyərtəsində su tutumu 13500 litr olan hovuz da var.

 

Yaxta Şimal dənizində sınaqdan keçirilir. Bundan sonra yaxta ilk səfərə çıxacaq, Niderlanddan Monteneqroya üzəcək. Monakoda keçiriləcək yaxta şousunda ilk dəfə geniş publikaya təqdim olunacaq. Yaxtanın neçəyə başa gəldiyi məlum deyil.

 

 

Şərhlər

Çox oxunanlar