Tahir Kərimovun dəbdəbəli villası əlindən alındı
27.03.2016 13:47 A-reaksiya 1667
Prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villası əlindən alınıb.
Tahir Kərimovun Salyan şəhərinin mərkəzində inşa etdirdiyi dəbdəbəli villası bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib. /olke.az
Şərhlər