Sabiq icra başçısı evlenir
27.03.2016 21:06 A-reaksiya 1733
Model Əfsanə Qasımova ailə qurmağa hazırlaşır. Sənətçinin ailə quracağı şəxs keçmiş məmurdur. Model özü də əməkdaşımızla söhbət zamanı xəbəri təsdiqləyib:
“Bəli, ailə qurmağa hazırlaşıram. Həyatımda olan şəxs vaxtilə çox böyük vəzifədə olub. Adını desəm, hamı tanıya bilər. Onsuz da toyumuzda hamı biləcək ki, o kimdir. Hələlik tələsmirik, bir-birimizi tanımağa çalışırıq. Qismət olsa, ilin sonuna kimi toyumuz olacaq”.
O da məlum olub ki, modelin ailə quracağı şəxs ondan 20 yaş böyükdür:
“Bəli, iyirmi yaş fərqimiz var. Amma buna görə heç birimiz narahat deyilik. Əsas olan ürəkdir, sevgidir”.
Qeyd edək ki, bir müddət öncə Əfsanə Qasımovanın açıq-saçıq fotoları telefonundan oğurlanmışdı.
Xatırladaq ki, bir müddət öncə Cəbrayılın icra başçısı vəzifəsindən azad olunan Mahmud Quliyev də evlənəcəyini bildirmişdi.(Ölkə.az)
Şərhlər