Laçının işğalından sonra ora gələn azərbaycanlılar - VİDEO
27.03.2016 22:03 A-reaksiya 1848
Avrasiya.net ermənilər tərəfindən Laçının işğalından sonra bir qrup separatçı kürdün ora gəlib erməni və digər bölgələrdən gələn kürd gənclərlə birlikdə “Qafqaz Kürdüstanı” dövlətinin elan edilməsi videosunu təqdim edir.
Bu videoda kürdlərin ermənilərlə birlikdə adıçəkilən dövlətin elan edildiyi kadrları və hətta azərbaycanlı separatçı Vəkil Mustafayevin kürd bayrağını öpməsi anı da düşüb.
Xatırladaq ki, 18 may 1992-ci ildə Laçın rayonunun işğal edilməsindən sonra hazırda İtaliyada məskunlaşan Vəkil Mustafayev İrəvana getmişdir. 1992-ci ilin iyun ayında Laçın şəhərində Qondarma “Qafqaz Kürdüstanı” elan edildi və Vəkil Mustafayev “baş nazir” təyin edilmişdi.
“Kürd Respublikası”nın yaradılması ideyası Laçın dəhlizini Dağlıq Qarabağa birləşdirən strateji vacib əlaqə hesab edən ermənilər tərəfindən planlaşdırılaraq 1920-ci ildə yaradılmış “Qırmızı Kürdistan”ın mahiyyətcə davamı idi. Buna baxmayaraq, işğal zamanı Laçının az saylı kürd əhalisi də azərbaycanlılarla bərabər qaçqın kimi ölkənin başqa rayonlarında sığınacaq tapdılar. Beləliklə də, “Kürd Respublikası”nı yaratmaq üçün İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bir dəstə kürd gənc və ziyalıları (təxminən 70 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçına gətirilimişdi.
Qondarma respublikanın baş naziri Vəkil Mustafayev Sovet hakimiyyəti illərində Mərkəzi Asiyada KQB-də baş zabit rütbəsində çalışıb. Ş.Mustafayev Özbəkistana sürgün edilmiş ailədə anadan olub. Onun həyat yoldaşı isə Sovet ordusunda zabit kimi qulluq göstərib.
Vəkil Mustafayev Qırğızıstanda böyüyüb, təhsil alıb və Daxili İşlər Nazirliyində vəzifə tutub. Bu elə bir məqama təsadüf edib ki, onu orada tutmaq istəyirdilər. 1980-ci ildə qaçdı Naxçıvana. Naxçıvanda yaşayan kürdlər onun müdafiəsinə qalxdıblar. Ermənistana, Azərbaycana, Moskvaya yazdılar ki, bəs o, yaxşı kadrdır, ona böhtan atıblar. Hələ Qarabağ məsələsi başlanmazdan öncə Vəkil Mustafayev Əli Bayramlı rayonunda polis rəisinin müavini idi. 1992-ci ildə Laçın işğal edildikdən sonra Vəkil Mustafayev Ermənistana gedib. Qondarma respublika dağılandan sonra Vəkil Mustafayedə əvvəlcə Krasnoda qaçır, bir müddət sonra isə İtaliyada sığınacaq aldı.
1997-ci ildə PKK lideri A.Öcalanla Dəməşqdə görüşüb.Şərəfi Əşir qondarma respublikanın baş nazir müavini təyin olunmuşdu, kabinetin digər üzvləri Karlan Çaçani mədəniyyət naiziri, Emerikə Sərdar isə informasiya naziri postlarını tutub.
Laçının işğalından sonra V.Mustafayev öz ailəsi ilə birgə İrəvana, oradan da Laçına gəlir. Laçındakı vəziyyətlə tanış olduqdan sonra yenidən İrəvana qayıdır. “İrəvanda mən bütün regionlardakı kürdlərə zəng edərək, kürd ordusunun yaradılması və Kürdüstanın sərhədlərini qorumaq üçün gəncləri Laçına göndərməyi xahiş etdim. Bunu məndən Ermənistan rəhbərliyi də xahiş etmişdi. Nəticədə Laçına Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstandan “Yakbun” nümayəndələri gəldi. Lakin onların arasında hərbi xidmət keçəcək gənclər yox idi...”. Buradan belə nəticəyə gəlmək olur ki, V.Mustafayev kimilərin separatçı siyasətini yalnız Rusiya, Ermənistan və ya Qərb kəşfiyyatı tərəfindən ələ alınmış bir qrup aldanmış şəxs dəstəkləyir. Bütövlükdə kürd xalqının belə tədbirlərdə heç bir rolu olmayıb. “İyunun 9-10-da Laçında təntənəli şəraitdə Qafqaz Kürdüstanının müstəqilliyinin bərpasını elan etdik və kürd bayrağı qaldırdıq. Eyni zamanda, kürdlərin Dağlıq Qarabağ müharibəsində neytral mövqedə olduqlarını bəyan etdik. Bu barədə bütün dünyaya xəbər verildi. Biz ümid edirdik ki, Kürdüstanı elan etdikdən sonra kürd gənclərinin buraya gəlişi tezləşəcək”.
Lakin özünün də etiraf etdiyi kimi, separatçının bu ümidi də gerçəkləşmir. Yazır ki, onu xain elan edənlərin ağzını yummaq üçün heç olmasa, Azərbaycan və digər regionlardan 200 müsəlman kürd lazım idi. Lakin Laçındakı 9 iyun tədbirinin videokadrlarından da göründüyü kimi orada, uzaqbaşı, 30-40 nəfər iştirak edib.
Şərhlər