Dudayevin 21 il öncə Qarabağ və Rusiya ilə bağlı ŞOK açıqlaması - VİDEO
28.03.2016 15:19 A-reaksiya 2135
2014-cü ildə Rusiya Ukraynaya müdaxilə etdi. Bunun ardınca rus qoşunları Suriyada peyda oldu. Doğrudur, bir müddət öncə qoşunlar buradan çıxarıldı, amma bütün siyasi ekspertlər və ölkələr Moskvanın növbəti hədəfinin hansı ölkə olduğunu düşünürlər.
Maraqlıdır ki, bu qərarın verilməsindən bir ay öncə Rusiya Ukrayna və Cənub Qafqaz cəbhəsinin yerləşdiyi bölgələrdə aktiv hərbi təlimlərə başlayıb. Məhz buna görə hər iki bölgənin yenidən hədəf olma imkanları əsas müzakirə mövzuları sırasındadır. Üstəlik, Rusiya bir neçə il öncədən etibarən özünün postsovet məkanında yaratdığı beşinci kolonlarını da aktivləşdirib.
Bir müddət öncə yerli mətbuatda məşhur çeçen lider Cövhər Dudayevin Rusiyanın Krımı hədəfi alacağı ilə bağlı 1995-ci ildə verdiyi proqnoz artıq reallaşıb. Bütünlüklə Qafqazın Rusiyanın təsir zonasından təmizlənməsinin tərəfdarı olan Dudayev öz çıxışlarında daima Rusiyanı imperiya adlandırmaqla bərabər, onun kimlərə hücum etdiyini də açıqlayıb.
Axar.az mövzunun aktuallığını nəzərə alıb Dudayevin 1995-ci ildə verdiyi müsahibədən bir parçanı yenidən oxucularına təqdim edir:
“Rusizm faşizmdən daha qorxuludur. Faşizm Avropa və dünyaya yayılandan sonra Rusiyanın quyruğunu tapdalayanda, o, hamıdan qabaq səsləndi ki, bütün dünyanı xilas edin. Nəticədə bütün dünya yardıma qaçdı. Hətta almanların özləri belə köməyə gəldilər. İndi rusizm Yer üzündən ən köməksiz qurbanları silir. Rusiya bütün tarixi boyunca ən köməksiz qurbanlarını seçir. Dağlıq Qarabağı seçdilər və məhv etdilər. Daha sonra Abxaziyaya getdilər. Onu Gürcüstan və Qafqazdan ayırdılar, bütün potensialını məhv etdilər. Gürcüstanda savaş, Azərbaycan-Ermənistan müharibəsi. Hər birində faktiki olaraq rus qoşunları, rusların silahları... Cənubi Osetiyanı izolyasiya və məhv etdilər. Şimali Osetiya, İnquşetiya... Rusiya rəhbərliyi bütün tarixi boyunca özünə ağır olanda heç vaxt əməl etmədiyi müqavilələri imzalamağa qaçıb.
O, heç vaxt bu müqavilələrə əməl etməyəcək. Güclənən kimi o, yenidən ən zəifi seçib, ona rişxənd etməyə başlayır. Rusiya həmişə şər imperiya olub, indi də qalmaqda davam edir”.
Şərhlər