Tarasov: Kremlin Qarabağla bağlı - Gizli planı

28.03.2016 17:03     A-reaksiya     1449

Bu ayın sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərksiyanın ABŞ-da görüşü gözlənilir. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu görüşdən sonra Bakıya səfəri isə müəmmalı olaraq qalır. 


Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib. Politoloq qeyd edir ki, ABŞ-da Əliyev-Sərksiyan görüşü Rusiyanın müdaxiləsi olmadan keçiriləcək. Aprelin əvvəlində isə Lavrovun Bakıya səfəri Kremlin "gizli planı"nı işə salması ehtimalını gücləndirir. 


Digər yandan, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması da müzakirə mövzusu olacaq. 
"Qarabağ münaqişəsi artıq çoxdan beynəlmiləlləşdirilib. ATƏT-in Minsk Qrupu danışıqlar prosesində iştirak edir. Azərbaycan-Türkiyə ittifaqı günü-gündən möhkəmlənir. Rusiya da həmçinin Dağlıq Qarabağ konfliktinin Cənubi Osetiya, Abxaziya münaqişələri ilə paralalellik təşkil etmədiyini bildirir. Böyük güclər artıq Cənubi Qafqaz da daxil olmaqla, Böyük Yaxın Şərq layihəsini reallaşdırırlar", - Tarasov vurğulayıb. 


Rusiyanın "gizli planı" bir müddət öncə də gündəmdə idi. İddiaya görə, Kreml təklif edir ki, Ermənistan Dağlıq Qarabağdakı qoşunlarını tamamilə çıxarır və ətraf yeddi rayon Azərbaycana qaytarılır. İkinci variant isə Ermənistanın Laçından başqa digər işğal olunmuş rayonları qaytarması və Qarabağa dəhlizin təmin olunmasıdır. Köçkünlər qayıdacaq, Bakı da ərazidən çıxarılan ermənilərə kompensasiya ödəyəcək. Bu variantda Azərbaycan tərəfi ermənilərə kompensasiyasını birbaşa deyil, Rusiya vasitəsilə verəcək.

 

Şərhlər

Çox oxunanlar