Bu universitetin rektoru işdən çıxarıldı

28.03.2016 18:53     A-reaksiya     1439

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev  Asəf İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Asəf Daşdəmir oğlu İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

 

Prezidentin digər sərəncamı ilə Asəf İsgəndərov Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Şərhlər

Çox oxunanlar