Ərəb dünyasının çökməsi

01.06.2015 17:08     A-reaksiya     1692

Sünnilər ilə şiələr arasındaki krizis təkcə İŞİD - in İraqdaki Ramadi şəhərindən çıxarılmasını çətinləşdirmir. Bu krizisin bütün bölgənin çöküşünü sürətləndirir.

Rainer Sollich

Deutcsh Welle saytının redaktoru

 

Ramadinin əldə olunmasının İŞİD ilə mübarizədə bir geriləmə olduğunu deyən Pentaqon sözçüsü Steyv Verren, yenə də bunu şişirtməməyin vacib olduğunu vurğulayır və "Koalisiya qüvvələri və İraqlı ortaqlarımızla geri dönərək Ramadini yenidən almalıyıq" deyir. ABŞ xarici işlər naziri John Kerry də mümkün olduğu qədər optimist bir rəftar sərgiləməyə çalışır və Ramadinin önümüzdəki günlərdə təkrar ələ keçiriləcəyinə inandığını söyləyir.

Sırf hərbi baxımdan baxıldığında bu iki yanaşmanın da yerində bir analiz olduğu deyilə bilər. Koalisiya qüvvələrinin səkkiz aydır davam edən hava hücumlarının İŞİD - i ciddi ölçüdə zəiflətdiyi açıq – aşkar görünür. Terroristlərin qeyri-qanuni gəlir mənbələri azalıb, Kobani və Tikriti itiriblər və bəlkə Ramadini də uzun müddət əllərində saxlaya bilməyəcəklər. Amma bunun qarşılığında nə baş verəcək?

 

Qarşılıq insan həyatıyla ödənir

 

Nəticə nə olursa olsun, qarşılıq insan həyatı ilə, talelərə vurulan zərbələrlə ödənir. Ramadi uğrunda gedən döyüşlərdə ən az 500 qadın və kişi həyatını itirdi, 25 mindən çox adam bölgədən köç etmək məcburiyyətində qaldı. İŞİD yenidən çoxlu sayda adamı guya xain olduqlarına görə qətlə yetirsə, yerini, yurdunu tərk edib qaçanların sayı da artacaq. Amerikalıların hava hücumlarına dəstək xüsusiyyətində, Ramadinin ağırlıqlı olaraq sünni əhalisini qorumaq məqsədiylə Şiə polislərinin silahlandırılması da bölgədən köçü artıracaq. Sünnilər ilə şiələr arasındakı fərqliliklərin illərdir açıq iqtidar döyüşlərinə səbəb olması və bütün seqmentlər tərəfindən terror, qanlı zorakılıq hadisələrini və intiqam hallarını haqlı hala gətirən faktorlar kimi istifadə edildiyi bir bölgədə, şiə polislərinin dövrəyə girməsi, axırı qaranlıq olan və çox təhlükəli bir oyunun addım səsləridir.

İŞİD - in çox uzaq olmayan bir gələcəkdə tretorial bir güc kimi qəbul olunması mümkün deyil. Həm İraqda, həm də Suriyada. Amma sonra bu iki ölkədən geriyə nə qalacaq? Bu problemin cavabı bir müəmma. Ancaq İŞİD - i, bu coğrafiyada həm siyasi rəhbərlik heyətlərində, həm də xalqın narahatlıq içində olan böyük əksəriyyətində hələ də əhəmiyyətli sayılan və çox təəssüf ki, əhəmiyyət daşımağa davam edəcək olan məzhəblər arası fərqlilikləri istifadə etməyi yaxşı bacarır və buna görə də bölgədə vurucu bir terrorist qruplaşmanın meydana gəlmə ehtimalı çox yüksəkdir.

Suriya, İraq, Liviya, Yəmən... Məzhəblərarası, etnik mənşəli və ya tayfalar arası iqtidar savaşları ucbatından uğursuzluqla üzləşən Ərəb ölkələrin siyahısı uzanıb gedir və bu prosesin sonu hələ ki, görünmür.

 

Həyəcan zəngləri çalınmır...

 

Gənclik bizim gələcəyimizdir... Bu cümlə ərəb siyasətçilərinin də dilindən düşmür. Ancaq bu gənclər, heç bir perspektivləri olmadığı üçün küçədə boş - boş dolaşırsa, Avropaya qaçmaq üçün insan tacirlərinin əlinə düşürsə ya da silahlı qarşıdurmalarda oyuncaq kimi istifadə edilirsə, əslində həyəcan zəngləri çoxdan çalınmalıdır.

Lakin bölgədə həyəcan zəngləri isə hələ də çalınmır...

Şərhlər

Çox oxunanlar