Qərbin iqtisadi sistemi çökür? - YANAŞMA

08.07.2015 13:43     A-reaksiya     3038

Yunanıstanda keçirilən referendum nəticələri xalqın Aİ və BVF-nin ictimai proqramlarda büdcə kəsilməsinə qarşılıq kredit təkliflərini qəbul etmək istəmədiyini göstərdi. Mütəxəssislərə görə, “xeyr” cavabı, ancaq Yunanıstana yox, eyni zamanda Qərbin maliyyə sisteminə də təsir edəcək.

Mütəxəssislər beynəlxalq şəraitə də işarə edirlər: G7 - nin getdikcə azalan nüfuzu BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi kimi beynəlxalq təşkilatların artan əhəmiyyəti, avrozonada davam edən böhran ...

Qərbin təsirində olmayan beynəlxalq təşkilatların iqtisadi, maliyyə və siyasi əhəmiyyətinin artdığı bir coğrafiyada qərbi nə gözləyir? Türkiyə kimi qərb maliyyə sistemi içində olan dövlətlər qərbin inhisarında olmadan böyüyən beynəlxalq təşkilatlarla əlaqələrini necə quracaqlar?

Məsələ ilə bağlı Reaksiya.az – a danışan CHP sədrinin müavini, BMT nəzdində Türkiyə Daimi Nümayəndəliyi siyasi işlərdən məsul məsləhətçisi və Türkiyənin Vaşinqton səfiri vəzifələrində çalışmış Adana millət vəkili Faruk Loğoğlu bildirib ki, G-8 -i G7 – yə çevirən şərtlər bilinir: “Bunlar siyasi səbəblərdən daha çox iqtisadi səbəblərdir və daha çox qara camaata hesablanıb. Bunun aşılması olduqca vacibdir. Lakin daha əhəmiyyətli olan bir proses davam edir, o da Yunanıstandakı referendum nəticəsində formalaşmağa başlayıb. Bu proses, bütün Qərb sistemində, yəni Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa İttifaqı, Avropa Mərkəzi Bankı kimi təşkilatların radikal çevrilmələrinə yol açacaq.

 

BRİCS güclənəcək

 

Qərb sisteminin təşkilatları müəyyən məqsədlərlə, müəyyən səbəblərlə bir araya gələn təşkilatlardan ibarətdir. Bunların qlobal iqtisadiyyata, rifah və sabitliyə nə qədər qatqısı olduğunu qiymətləndirmək mənim üçün ən azından çətindir. Amma görürük ki, dünyada, xüsusilə Avropada iqtisadi böhran davam edir. Deməli, bu təşkilatlar vəzifələrini layiqincə yerinə yetirə bilmir.

Yunanıstandan sonra baş verənlər qərb maliyyə sisteminin dəyişməsinə gətirib çıxaracaq. Qərb maliyyə sistemi deyəndə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələrinin təsiri altında olan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Mərkəzi Bankı kimi təşkilatları nəzərdə tuturam. Bunlar dəyişməli olacaqlar. BRİCS bu proseslərdən lazım olan nəticələri, dərsləri çıxaracağı təqdirdə güclənə bilər. Bu da bir həqiqətdir ki, dolların hakim olduğu bazarlarda Amerika Birləşmiş Ştatları da lazım olan elastikliyi və gücü nümayiş etdirəcək.

 

Türkiyə nə edəcək?

 

Türkiyə isə mövcud varintda Qərb sistemi içində yer almaqdadır, yəni Dünya Bankı, Beynəlxalq Valyuta Fonduna üzv olan, Avropa İttifaqı ilə iştirak etmək müzakirələri içində olan bir ölkədir. BRİCS Bankının qurulmasını bütün dünya kimi Türkiyə də yaxından izləyir və bu quruluşla  bağlı konkretləşmələr. Amma tam olaraq BRİCS Bankının qurulması Türkiyə baxımından nə mənaya gəlir, hansı nəticələri doğurur və Türkiyə bu məsələdə nə edəcək, bu təbii ki, hökumətin verəcəyi qərarla sıx surətdə bağlıdır.

Şərhlər

Çox oxunanlar