Suriyadan oğurlayıb Londonda satırlar - ARAŞDIRMA - FOTOLAR
08.07.2015 17:34 A-reaksiya 8075

İngiltərənin əntiq mağazaları İŞİD tərəfindən qaçırılan sənət əsərlərini satır
UCL Arxeologiya İnstitutundan Yaxın Şərq mütəxəssisi Mark Altaweel Londonda bir neçə saatlıq bir araşdırma apararaq Londonun əntiq əşyalar satan mağazalarlında İraq və Suriya kimi ixtilaflı bölgələrdən gəldiyini zənn etdiyi əntiq əşyalar ortaya çıxarıb. Bu əşyalardan qədim şüşə qablar; kiçik heykəllər; bəzi oxralanmış sümük qazma alətlərinin yaşı e.ə. ikinci və dördüncü əsrlərə kimi gedib çıxır. Altaweel bu əsərlərin hardan gətirildiyinə də xüusi ilə diqqət yetirməyi vacib bilib. Çünki həmin ərazilər hal – hazırda İŞİD – in nəzarəti altındadır. O, adıçəkilən tarixi əsərlərin Londonun mərkəzində satışa çıxarılmasının nə qədər acınacaqlı olduğunu deyir. Arxeoloq bildirir ki, biz ancaq aysberqin görünən hissəsinin fərqindəyik.
Məsələ ilə bağlı narahatlıq keçirənlərin siyahısınba bu həftə UNESCO da əlavə olunub. Belə ki, UNESCO İraq və Suriyada tarixi əsər soyğunçuluğunun böyük ölçüdə olduğu ilə bağlı xəbərdarlıq edib. Bu isə bölgədəki dağıdıcı ixtilafdan daha dəhşətlidir. Mədəniyyətlərin beşiyi sayılan Mezopotamiya, nəhəng bir arxeoloji zənginliklərə sahib bir ərazidir. İlk şəhərlər orada qurulub və ora Roma, Yunan, Bizans və İslam dövrlərindən xəzinələr özündə qoruyub bu günə kimi gətirib çıxarıb. Bu gün, mədəniyyət mirası sayılan həmin ərazilərin soyğuna uğraması, yüzlərlə qeyri – qanuni qazıntı işlərinin aparılmış kosmosdan çəkilən görüntülərdən də açıq - aydın görünür. Bəzi media quruluşları, bu gəlir mənbəyinin təşkilatın (neft satışlarından sonra) "ən böyük ikinci gəlir mənbəyi" olduğunu bildirir. Dəqiq olan isə budur ki, İŞİD Nəmrud kimi UNESCO-nun dünyanın mədəni miras siyahısına daxil edilmiş ərazilərin məhv etməsini vəhşicəsinə sənədləşdirir və əntiq əşyalar soyğunçuluğundan əldə etdiyi mənfəət, onun dünyada ən zəngin terror təşkilatı olmasını təmin edib.
Glasgow Universitetində yerləşən Şotlandiya Cinayət və Ədalət Araşdırma Mərkəzindən (SCCJR) Neil Brodie hesab edir ki, koordinasiyalı strategiyalar və ortaq səylər olmadığı üçün indiyə kimi məsələni həllində təşəbbüslər hər zaman təsirsiz qalır: "Bu heç də sizə asan kimi deyil, ucuz da deyil" - deyir və əlavə edir: "İnsanlar almasa, heç kimi qazıntı işləri aparmaz. Qeyd edim ki, bu əşyalardan fantastic pullar əldə olunur".
Dünyanın ən böyük əntiq bazarlarından biri olan Londonun oğurlanan mallar üçün təbii çatış nöqtəsi olduğu düşünülür. Altaweel şəhərdə apardığı araşdırmalar zamanı əntiq kolleksiyaçısı kimi davranıb. O, rolunda çox inandırıcı idi, amma belə davranmaq heç də asan deyildi. Altaweel əntiq kolleksiyaçılarını və bu ticarəti qətiyyən sevmir. O, əntiq əşyaların xüsusi kolleksiyalar üçün satılmamalı olduğunu düşünür.
Altaweelin bölgə ilə olan əlaqəsi təkcə peşəsi ilə bağlı deyil. O, Bağdadda dünyaya gələn və Bəsrədə böyüyən amerikalılardandır. Biz ilk söhbətimizdə bir neçə dəqiqə ərzində onunla bağlı bir neçə bioqrafik məlumatı əldə etdik. Eynilə birinin soyadının sizinlə eyni bölgədən olub olmadığından şübhələndiyiniz birisi ilə söhbət edəndə olduğu kimi... Altaweel İraqın ən qədim qazıntılarına rəhbərlik edən və bu gün də böyük ölçüdə peşəssində böyük nüfuza sahib İraqlı arxeoloq Fuad Səfərin qohumudur. Altaweelin ailəsi 1980-ci illərdə, o, hələ yeddi yaşında ikən İraqdan ayrılsa da, tez-tez bu ölkəyə səfər edib və qohumlarına baş çəkib. O, Misirdən İrana, Türkiyədən Yəmənə və ordan da Ərəbistana kimi Yaxın şərqi qarış – qarış gəzib. İraq və Suriyada saysız – hesabsız arxeoloji qazıntılar aparıb. O, talan edilən xəzinələrə görə apardığımız araşdırmalar əsnasında hərdən keçmişdə indi gördüyümüz tarixi əsərlərə bənzər əsərləri tapdığını deyirdi.
Gələn bir neçə məlumat və internetdə apardığımız araşdırmalardan sonra Londonun mərkəzindəki satıcılarda bəzi kiçik antikvar əsərlər tapırıq. Çoxlu sayıda əsəri gözdən keçirmək lazım gəlir, amma arxeoloq dostumuz olduqca səbrlidir. Baxışlarını şüşələrin, sikkələrin, saxsı qabların, kiçik heykəllərin, lampaların, yumru möhürlərin üstündə gəzdirir və diqqətini bir əşya çəkir. Araşdırmamızın məqsədinin ziddinə gedirik, bu əntiq əşyaları tapmaq və araşdırmaq çox həyəcanvericidir. (İlk satıcıya "Əlcək taxmalıyammı?” - deyə soruşur. Ehtiyac yox imiş. Bu bazar arxeoloji sahələrin əksinə bundan qətiyyən narahat deyil). Altaweelin satıcılarla söhbəti əsasən əsərlər haqqındadır.
Altaweel bu əntiq əşyaların indi İŞİD nəzarətində olan bölgələrdən gəldiyini deyəndə satıcılar parçaların mənşəyi ilə bağlı olduqca şübhəli danışırlar. Bir satıcı, Altaweelin ya İraq və ya Suriyadan gəldiyini söylədiyi kiçik bir heykəli sərgidən satın aldığını iddia edir. Amma ortada heç bir sənəd yoxdur.
Yaxın şərq əşyaları ilə dolu kiçik və səssiz bir dükanı olan mehriban bir satıcı ona qısa bir müddət əvvəl İordaniyadan gələn bəzi şüşə heykəllər və qablar gətirildiyini deyir. Altaweel daha sonra mənə bildirir ki, bunlar qətiyyən İordaniyadan gətirilməyib: “Mən bunların Suriyadan qaçırıldığından şübhələnirəm".
Ohioda Shawnee Əyalət Universitetində dərs deyən suriyalı arxeoloq Əmr Əl Əzmin fikrincə, İŞİD bölgədə ərazilərə nəzarət etməyə başlayandan sonra bölgədə onsuz da mövcud olan qeyri – qanuni qazıntılar daha da vüsət alıb.
Mənbə: The Guardian
Rachel Shabi
Tərcümə: A.Osman
Reaksiya.Az
Şərhlər