Hitleri kim öldürüb: ABŞ, yoxsa SSRİ?
08.05.2016 15:31 A-reaksiya 1296
“Vaşinqton Post” qəzetinin əməkdaşı Maykl Birnbaum 9 May - Qələbə günü münasibətilə Moskvadan hazırladığı reportajda maraqlı faktlar qələmə alıb.
Axar.az xəbər verir ki, Birnbaum İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin ABŞ-da qeyd olunmadığını bildirib.
O, yazısında amerikalıların SSRİ-nin müharibədə elə də böyük rol oynamadığını düşündüklərini yazıb.
Amerikalı jurnalist həmçinin qeyd edib ki, ABŞ əhalisi Hitleri məhz özlərinin məğlub etdiyini, SSRİ-nin isə bu müddətdə, sadəcə, ABŞ-a kömək edən bir dövlət olduğunu zənn edirlər.
Lakin Maykl Birnbaum ABŞ əhalisindən fərqli olaraq, Hitler Almaniyasının devrilməsində SSRİ-nin böyük rol oynadığını yazıb.
Şərhlər